Hidrometeorologiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və ona uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlardan ibarətdir.
Hidrometeorologiya fəaliyyəti ilə əlaqədar meydana çıxan su, torpaq, əmlak, təbiəti mühafizə və digər münasibətlər bu qanunla yanaşı Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir.