Qanunvericilik › Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlardan istifadəyə görə ödəmə dәrәcәlәri və qaydalarının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 09.07.1999) › Tam mətn

Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlardan istifadəyə görə ödəmə dәrәcәlәri və qaydalarının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 09.07.1999)

Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlardan istifadəyə görə ödəmə dәrәcәlәri və qaydalarının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 09.07.1999) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlardan istifadəyə görə ödəmə dərəcələrinin və qaydalarının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Hidrometeorologiya fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 747 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlardan istifadəyə görə ödəmə dərəcələri və qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 9 iyul 1999-cu il

1. Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlardan istifadəyə görə aşağıdakı işlərə ödəmələr alınır:

məlumatların seçilməsinə, surətlərin çıxarılmasına və istifadəyə verilməsinə;

hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Azərbaycan Respublikasının dövlət məlumatlar fondundan istifadəyə;

hidrometeoroloji müşahidə şəbəkələrinin xidmətindən istifadəyə;

qanunvericiliklə müəyyən edilmiş digər xidmət işlərinə.

2. Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlardan istifadəyə görə ödəmə dərəcələri aşağıdakı kimi müəyyən olunur:

I. Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə standart vaxtlarda aparılan müşahidələrin nəticələri:

Meteoroloji müşahidələr:

bir müşahidənin aparılması

sutka ərzində müşahidələrin aparılması (8 müşahidə)

Aktinometriya üzrə müşahidələr:

bir müşahidənin aparılması

sutka ərzində müşahidələrin aparılması (5 müşahidə)

İstilik balansı üzrə müşahidələr:

bir müşahidənin aparılması

sutka ərzində müşahidələrin aparılması (5 müşahidə)

Aeroloji müşahidələr:

bir müşahidənin aparılması

sutka ərzində müşahidələrin aparılması (4 müşahidə)

Radiometeoroloji müşahidələr:

bir müşahidənin aparılması

sutka ərzində müşahidələrin aparılması (8 müşahidə)

Aqrometeoroloji müşahidələr:

bir müşahidənin aparılması

Hidroloji (çay) müşahidələr:

bir müşahidənin aparılması

sutka ərzində müşahidələrin aparılması (2 müşahidə)

bir müşahidənin aparılması

sutka ərzində müşahidələrin aparılması (2 müşahidə)

Su balansı üzrə müşahidələr:

bir müşahidənin aparılması

sutka ərzində müşahidələrin aparılması (2 müşahidə)

Qar uçqunu üzərində müşahidələr:

bir müşahidənin aparılması

il ərzində müşahidələrin aparılması

Su üzərində müşahidələr:

bir müşahidənin aparılması

il ərzində müşahidələrin aparılması (2 müşahidə)

Dəniz sahil müşahidələri:

bir müşahidənin aparılması

sutka ərzində müşahidələrin aparılması (4 müşahidə)

Açıq dəniz müşahidələri:

bir müşahidənin aparılması

Atmosfer havasının çirklənməsi üzrə müşahidələr:

bir müşahidənin aparılması

sutka ərzində müşahidələrin aparılması (4 müşahidə)

Radiometrik çirklənmə üzrə müşahidələr:

bir müşahidənin aparılması

il ərzində müşahidələrin aparılması

Səth sularının çirklənməsi üzərində müşahidələr:

bir müşahidənin aparılması

Dəniz suyunun çirklənməsi üzərində müşahidələr:

bir müşahidənin aparılması

Torpağın çirklənməsi üzərində müşahidələr:

bir müşahidənin aparılması

Ozonometrik müşahidələr:

bir müşahidənin aparılması

sutka ərzində müşahidələrin aparılması (4 müşahidə).

elmi-tədqiqat gəmiləri ilə ekspedisiya şəraitində aparılan hidrometeoroloji və okeanoloji müşahidələrin nəticələri

dəniz ekspedisiya müşahidələrinin nəticələrindən bir stansiya üçün hazırlanan illik məlumatlar.

bir stansiya üzrə aylıq məlumat

bir stansiya üzrə illik məlumat

hidrometeoroloji bülleten

ekspedisiya, marşrut və aviameteoroloji müşahidələrin ümumiləşdirilmiş məlumatları (icmalları)

hidrometeoroloji illiklər

buraxılmış çoxillik və başqa növ hidrometeoroloji məlumatlar toplusu.

standart müşahidə vaxtlarından əlavə aparılan hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə müşahidələr

sifarişə əsasən müvəqqəti təşkil olunmuş müşahidə şəbəkələrində aparılan hidrometeoroloji müşahidələr

sifarişə əsasən təbii mühitin çirklənməsinin vəziyyəti üzrə stasionar müşahidə şəbəkələrindən kənarda aparılan müşahidələr

əlavə müşahidə edilmiş hidrometeoroloji hadisələr (havanın, torpağın, suyun maksimum temperaturu, maksimum su sərfi, yağıntılar, ifrat təhlükəli hidrometeoroloji məlumatlar), kəmiyyətlər və onların şərhi.

dəmir yol və avtomobil marşrutları üzrə hidrometeoroloji proqnozlar

kənd təsərrüfatı bitkilərinin fenoloji inkişafı üzrə aqrometeoroloji proqnozlar

kənd təsərrüfatı bitkilərinin fenoloji inkişafı üzrə aqrometeoroloji icmallar

heyvandarlıq üçün hidrometeoroloji proqnozlar

«Azərenerji» Səhmdar Cəmiyyəti üçün ayrı-ayrı rayon, ərazi və obyektlər üzrə hidrometeoroloji proqnozlar

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin gəmiləri və dənizdə neft çıxaran təşkilatlar üçün dəniz sektorları və akvatoriyalar üzrə hidrometeoroloji proqnozlar

meşə yanğını təhlükəsizliyi barədə hidrometeoroloji proqnozlar

alpinizm üçün hidrometeoroloji proqnozlar

qar uçqunu təhlükəsizliyi barədə hidrometeoroloji proqnozlar

respublika hava limanı üzrə müxtəlif müddətlərə hazırlanan aviameteoroloji proqnozlar

hava marşrutları, trasları, aviasiya işləyən rayonlar və yerli hava limanları üçün hündürlüklər üzrə aviameteoroloji proqnozlar

təhlükəli sel və qar uçqunu barədə məlumatlar

kənd təsərrüfatı bitkilərinin vəziyyəti və inkişafı barədə məlumatlar

ifrat təhlükəli hidrometeoroloji hadisələrin nəticələri barədə məlumatlar

dağlarda olan su ehtiyatı barədə məlumatlar (icmal)

ərazinin və ya dəniz akvatoriyasının çirklənməsi barədə məlumatlar (icmal)

hidrometeoroloji şərhin nəticələri (göstəriciləri)

hidrometeoroloji şərhin kəmiyyət göstəriciləri

ənənəvi olmayan hidrometeoroloji şərhlər (tədqiqatlar)

xüsusiləşdirilmiş hidrometeoroloji arayışlar və məsləhətlər

iqtisadiyyat sahələri üzrə hazırlanan xüsusiləşdirilmiş hidrometeoroloji arayışlar

ekspedisiya və xüsusiləşdirilmiş hidrometeoroloji müşahidələrin ümumiləşdirilmiş məlumatları

hidrometeoroloji atlaslar, monoqrafiyalar, hesabatlar, ekspertiza məlumatları

3. Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ödənişli məlumatlardan istifadəyə görə ödəmələrin həcmi müvafiq icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin sifarişi əsasında mülkiyyət formasından asılı olmayaraq. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada hidrometeorologiya fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər (bundan sonra istehsalçılar adlandırılır) ilə bağlanmış müqavilələrə uyğun müəyyənləşdirilir.

4. Ödənişli məlumatların seçilməsinə və surətlərin çıxarılmasına bu Qaydaların 2-ci bəndində göstərilən ödəmə dərəcələrinin 0,5 faizi məbləğində vəsait sifarişçi tərəfindən ödənilir.

5. Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlardan istifadəyə görə ödəmələr tam həcmdə istehsalçıların xüsusi hesabına köçürülür və sahənin inkişafına yönəldilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49)

15 yanvar 2014-cü il tarixli 7 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 yanvar 2014-cü il, № 16, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 1, maddə 57)

19 fevral 2025-ci il tarixli 26 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 fevral 2025-ci il, “Xalq” qəzeti, 23 fevral 2025-ci il, № 41, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 2, maddə 187)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver