10.1. Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin ekspertizası layihə mərhələsi də daxil olmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənişli əsaslarla həyata keçirilir.
10.2. Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin ekspertizasını aparmaq üçün elmi tədqiqat və layihə təşkilatları cəlb edilə bilər.
10.3. Ekspertizanın nəticəsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən qurğuların təhlükəsizlik bəyannaməsinin təsdiqi haqqında qərar verilir.