14.1. Hidrotexniki qurğuların təhlükəsizliyinə nəzarət onların təhlükəsizliyinin qiymətləndirilməsi məqsədi ilə qurğuların istismarı, eləcə də tikintisi, yenidən qurulması, əsaslı təmiri, bərpası və konservasiyası zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla texniki yoxlama qaydasında həyata keçirilir.
14.3. Texniki yoxlamanın nəticələri əsasında müvafiq icra hakimiyyəti orqanları qərar qəbul edir və onu hidrotexniki qurğunun mülkiyyətçilərinə və ya istismarçılarına göndərir.
14.4. Mülkiyyətçilər və ya istismarçılar texniki yoxlamanın nəticələri barədə müvafiq icra hakimiyyəti orqanlarının qərarını yerinə yetirməyə borcludurlar.