Qanunvericilik › Hüquq-mühafizə və digər orqanların maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilən müsadirə edilmiş əmlakın hərəkəti haqqında hesabat forması və onun təqdim olunması Qaydaları (Maliyyə Nazirliyi, 14.11.2007) › Tam mətn

Hüquq-mühafizə və digər orqanların maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilən müsadirə edilmiş əmlakın hərəkəti haqqında hesabat forması və onun təqdim olunması Qaydaları (Maliyyə Nazirliyi, 14.11.2007)

Hüquq-mühafizə və digər orqanların maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilən müsadirə edilmiş əmlakın hərəkəti haqqında hesabat forması və onun təqdim olunması Qaydaları (Maliyyə Nazirliyi, 14.11.2007) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

müavini______________ İlqar Fəti-zadə

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 16 oktyabr tarixli, 469 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Müsadirə edilmiş əmlakın bir hissəsinin hüquq-mühafizə və digər orqanların maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilməsi Qaydaları”nın 4.4-cü bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və hüquq-mühafizə və digər orqanların maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilən müsadirə edilmiş əmlakın hərəkəti haqqında hesabat forması və onun təqdim olunması qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalar qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət nəfinə müsadirə olunmuş əmlakın bir hissəsi verilən cinayət işləri üzrə ibtidai istintaq aparmış hüquq-mühafizə orqanlarına və inzibati xətalar haqqında işlər üzrə icraata başlamış orqanlara şamil edilir.

2.1. “Müsadirə olunmuş əmlakın hərəkəti haqqında” hesabat forması (əlavə № 1) qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət nəfinə müsadirə olunmuş əmlakın bir hissəsini təhvil alan cinayət işləri üzrə ibtidai istintaq aparmış hüquq-mühafizə orqanları və inzibati xətalar haqqında işlər üzrə icraata başlamış orqanlar tərəfindən tərtib olunur.

2.2. Bu hesabatın müvafiq olaraq 2-ci, 3-cü və 4-cü sütunlarında əmlakın qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət nəfinə müsadirə olunması barədə məhkəmə hökmünü (qərarını) çıxaran məhkəmə orqanının adı, həmin hökmün (qərarın) tarixi və nömrəsi əks etdirilir.

2.3. Əmlakın hərrac vasitəsilə satışından əldə olunmuş vəsaitin hesabatı tərtib edən orqanın büdcədənkənar hesabına satışdan daxil olan vəsaitin 30 faiz hissəsinin məbləği və bu faktı təsdiq edən sənədin adı, tarixi və nömrəsi müvafiq olaraq hesabatın 5-ci və 6-cı sütunlarında əks etdirilir.

2.4. Hüquq-mühafizə orqanı tərəfindən milli və xarici valyutada müsadirə edilmiş pul vəsaitlərinin (xarici valyuta konvertasiya edilməklə) bank əməliyyatları üzrə xərclər çıxılmaqla Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin Azərbaycan Respublikasının Mərkəzi Bankındakı müvafiq hesablarına məhkəmənin verdiyi hökm (qərar) haqqında icra vərəqəsi həmin orqana daxil olduqdan sonra üç gün ərzində tam köçürülməsi təmin edilir.

Mədaxil olunmuş vəsaitin 25 faizi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən hüquq-mühafizə orqanının müvafiq xəzinə hesabına köçürülür.

Müsadirə edilmiş milli və xarici valyutada olan pul vəsaitlərinin “Müsadirə edilmiş əmlakın bir hissəsinin hüquq-mühafizə və digər orqanların maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilməsi Qaydaları”nın 3.1.2-ci yarımbəndinə uyğun olaraq bu hesabatı tərtib edən orqanın büdcədənkənar hesabına daxil olan 25 faiz hissəsinin məbləği, bu faktı təsdiq edən sənədin adı, tarixi və nömrəsi, müvafiq olaraq hesabatın 7-ci və 8-ci sütunlarında əks etdirilir.

2.5. “Müsadirə edilmiş əmlakın bir hissəsinin hüquq-mühafizə və digər orqanların maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilməsi Qaydaları”nın 3.1.3-cü yarımbəndinə uyğun olaraq hüquq-mühafizə və digər orqanların tələbatı əsasında müsadirə edilmiş əmlakdan bu hesabatı tərtib edən orqana tam natura şəklində verilən əmlakın adı və fərdi xüsusiyyətləri, əmlakın qiymətləndirilmiş məbləği və əmlakın verilməsi faktını təsdiq edən sənədin adı, tarixi müvafiq olaraq hesabatın 9-cu, 10-cu, 11-ci sütunlarında əks etdirilir.

2.6. Bu Qaydaların 2.3-cü, 2.4-cü və 2.5-ci bəndlərində nəzərdə tutulmuş büdcədənkənar hesaba daxil olan vəsaitin cəmi isə 12-ci sütunda əks etdirilir.

“Müsadirə olunmuş əmlakın hərəkəti haqqında” hesabat qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət nəfinə müsadirə olunmuş əmlakın bir hissəsini təhvil alan cinayət işləri üzrə ibtidai istintaq aparmış hüquq-mühafizə orqanları və inzibati xətalar haqqında işlər üzrə icraata başlamış orqanlar tərəfindən altı ayda bir dəfə, növbəti ayın 20-dən gec olmayaraq Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına, Maliyyə Nazirliyinə, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə rəhbər və baş mühasib tərəfindən imzalanıb həmin orqanın möhürü ilə təsdiq olunaraq təqdim olunur.

Bu Qaydalar dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir.

______________________________________

Baş mühasib:__________________________________

(imzası, soyadı, adı, atasının adı, vəzifəsi)

(imzası soyadı, adı, atasınm adı)

1. 16 iyun 2009-cu il tarixli İ-72 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Əmri (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2009-cu il, № 06)

2. 21 aprel 2010-cu il tarixli İ-64 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Əmri (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2010-cu il, № 3-4-5)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver