"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 192 nömrəli Fərmanının 2.1-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 16 oktyabr 2006-cı il tarixli, 469 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Müsadirə edilmiş əmlakın bir hissəsinin hüquq-mühafizə və digər orqanların maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilməsi Qaydaları”nın 4.4-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası
1. “Hüquq-mühafizə və digər orqanların maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilən müsadirə edilmiş əmlakın hərəkəti haqqında hesabat forması və onun təqdim olunması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14 noyabr 2007-ci il tarixli İ-101 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 30 noyabr 2007-ci il tarixdə (şəhadətnamə № 3373) dövlət qeydiyyatına alınmış “Hüquq-mühafizə və digər orqanların maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilən müsadirə edilmiş əmlakın hərəkəti haqqında hesabat forması və onun təqdim olunması Qaydaları”, habelə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 16 iyun 2009-cu il tarixli İ-72 nömrəli (23 iyun 2009-cu il tarixdə dövlət qeydiyyatına alınmış) əmrinin 4-cü hissəsi və 21 aprel 2010-cu il tarixli İ-64 nömrəli (30 aprel 2010-cu il il tarixdə dövlət qeydiyyatına alınmış) əmrinin 3-cü hissəsi ləğv edilsin.
3. Nazirliyin aparatının Uçot siyasəti şöbəsinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
4. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Bu Qaydalar “Müsadirə edilmiş əmlakın bir hissəsinin hüquq-mühafizə və digər orqanların maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 16 oktyabr tarixli, 469 nömrəli Fərmanına, «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 192 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır və hüquq-mühafizə və digər orqanların maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilən müsadirə edilmiş əmlakın hərəkəti haqqında hesabat forması və onun təqdim olunması qaydalarını müəyyən edir.
2.1. “Hüquq mühafizə və digər orqanların maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilən müsadirə edilmiş əmlakın hərəkəti haqqında hesabat” forması məhkəmənin hökmü (qərarı) əsasında dövlət nəfinə müsadirə olunmuş əmlakın qanunvericiliklə müəyyən olunmuş qaydada bir hissəsini təhvil alan cinayət işləri üzrə ibtidai istintaq aparmış hüquq-mühafizə orqanları və inzibati xətalar haqqında işlər üzrə icraata başlamış orqanlar tərəfindən tərtib olunur (əlavə olunur).
2.2. Bu hesabat forması aşağıda göstərilən 3 hissədən ibarətdir.
2.2.1. a) Hüquq mühafizə və digər orqanların maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilən müsadirə edilmiş əmlakın hərraclar vasitəsi ilə satışından daxil olan pul vəsaitlərinin hərəkəti;
2.2.2. b) Hüquq mühafizə və digər orqanların maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilən müsadirə edilmiş milli və xarici valyutadan daxil olan pul vəsaitlərinin hərəkəti;
2.2.3. c) Hüquq mühafizə və digər orqanların maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilən müsadirə edilmiş natura şəklində verilən əmlakın hərəkəti.
2.3. Məhkəmə hökmü (qərarı) əsasında dövlət nəfinə müsadirə olunmuş əmlakların satışı qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla Hərracların Təşkili Mərkəzi, bütün növ qiymətli kağızların satışı isə Fond Birjası vasitəsi ilə həyata keçirilir.
2.4. Məhkəmə hökmü (qərarı) əsasında dövlət nəfinə müsadirə olunmuş əmlakların satışı üzrə hərrac baş tutduğu andan sonra 3 gün ərzində Hərracların Təşkili Mərkəzi və ya Fond Birjası tərəfindən əmlakın saxlanılması, daşınması, qiymətləndirilməsi və satışı ilə bağlı, habelə qanunvericiliklə müəyyən olunan digər xərclər, o cümlədən cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi xərcləri çıxılmaqla, qalan məbləğin 30%-i aidiyyəti orqanın hesabına, qalan vəsait isə dövlət büdcəsinə köçürülür.
2.5. Hesabat formasının a) Hüquq mühafizə və digər orqanların maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilən müsadirə edilmiş əmlakın hərraclar vasitəsi ilə satışından daxil olan pul vəsaitlərinin hərəkəti hissəsi aşağıdakı qaydada doldurulur:
2.5.1. 1-ci sütunda sıra nömrəsi;
2.5.2. 2-ci sütunda əmlakın qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət nəfinə müsadirə olunması barədə məhkəmə hökmünü (qərarını) çıxaran məhkəmənin adı;
2.5.3. 3-cü sütunda dövlət nəfinə müsadirə olunmuş əmlak üzrə icra sənədinin tarixi və nömrəsi;
2.5.4. 4-cü sütunda dövlət nəfinə müsadirə olunmuş əmlakın icra sənədinə əsasən adı;
2.5.5. 5-ci sütunda əvvəlki dövrlər üzrə müsadirə edilmiş əmlakın satışından dövlət büdcəsinə daxil olan vəsaitin 30%-dən hüquq-mühafizə və digər orqanların hesabına köçürülməyən məbləğ;
2.5.6. 6-cı sütunda hesabat dövrü ərzində müsadirə edilmiş əmlakın satışından dövlət büdcəsinə daxil olan vəsaitin 30%-i;
2.5.7. 7-ci sütunda hesabat dövrü ərzində müsadirə edilmiş əmlakın hərraclar vasitəsi ilə satışından dövlət büdcəsinə daxil olan vəsaitin 30%-dən hüquq-mühafizə və digər orqanların hesabına köçürülmüş məbləğ üzrə sənədin adı, tarixi və №si;
2.5.8. 8-ci sütunda hesabat dövrü ərzində müsadirə edilmiş əmlakın hərraclar vasitəsi ilə satışından dövlət büdcəsinə daxil olan vəsaitin 30%-dən hüquq-mühafizə və digər orqanların hesabına köçürülmüş məbləğ;
2.5.9. 9-cu sütunda hesabat dövrünün sonuna müsadirə edilmiş əmlakın satışından dövlət büdcəsinə daxil olan vəsaitin 30%-dən hüquq-mühafizə və digər orqanların hesabına köçürülməyən məbləğ əks etdirilir.
2.6. Hüquq-mühafizə orqanı və digər orqanlar tərəfindən məhkəmə hökmünə (qərarına) əsasən müsadirə edilmiş milli və xarici valyutada müsadirə edilmiş pul vəsaitləri qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla (xarici valyuta konvertasiya edilməklə) Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin Azərbaycan Respublikasının Mərkəzi Bankındakı müvafiq hesablarına köçürülür.
2.7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin Azərbaycan Respublikasının Mərkəzi Bankındakı hesabına daxil olan müsadirə edilmiş milli və ya xarici valyutada olan vəsaitdən məhkəmə hökmü (qərarı) qüvvəyə mindikdən sonra 3 gün ərzində qanunvericiliklə müəyyən edilən xərclər, o cümlədən bank əməliyyatları üzrə xərclər, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi xərcləri çıxılmaqla, qalan məbləğin 25%-i aidiyyəti orqanın hesabına, qalan vəsait isə dövlət büdcəsinə köçürülür.
2.8. Hesabat formasının b) Hüquq mühafizə və digər orqanların maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilən müsadirə edilmiş milli və xarici valyutadan daxil olan pul vəsaitlərinin hərəkəti hissəsi aşağıdakı qaydada doldurulur:
2.8.1. 1-ci sütunda sıra nömrəsi;
2.8.2. 2-ci sütunda milli və xarici valyutada olan pul vəsaitlərinin qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət nəfinə müsadirə olunması barədə məhkəmə hökmünü (qərarını) çıxaran məhkəmənin adı;
2.8.3. 3-cü sütunda dövlət nəfinə müsadirə olunmuş milli və xarici valyutada olan pul vəsaitləri üzrə icra sənədinin tarixi və nömrəsi;
2.8.4. 4-cü sütunda dövlət nəfinə müsadirə olunmuş milli və xarici valyutada olan pul vəsaitlərinin icra sənədinə əsasən adı;
2.8.5. 5-ci sütunda əvvəlki dövrlər üzrə müsadirə edilmiş milli və xarici valyutadan dövlət büdcəsinə daxil olan vəsaitin 25%-dən hüquq-mühafizə və digər orqanların hesabına köçürülməyən məbləğ;
2.8.6. 6-cı sütunda hesabat dövrü ərzində müsadirə edilmiş milli və xarici valyutadan dövlət büdcəsinə daxil olan vəsaitin 25%-i;
2.8.7. 7-ci sütunda hesabat dövrü ərzində müsadirə edilmiş milli və xarici valyutadan dövlət büdcəsinə daxil olan vəsaitin 25%-dən hüquq-mühafizə və digər orqanların hesabına köçürülmüş məbləğ üzrə sənədin adı, tarixi və №si;
2.8.8. 8-ci sütunda hesabat dövrü ərzində müsadirə edilmiş milli və xarici valyutadan dövlət büdcəsinə daxil olan vəsaitin 25%-dən hüquq-mühafizə və digər orqanların hesabına köçürülmüş məbləğ;
2.8.9. 9-cu sütunda hesabat dövrünün sonuna müsadirə edilmiş milli və xarici valyutadan dövlət büdcəsinə daxil olan vəsaitin 25%-dən hüquq-mühafizə və digər orqanların hesabına köçürülməyən məbləğ əks etdirilir.
2.9. Məhkəmə hökmünə (qərarına) əsasən müsadirə edilmiş əmlakdan hüquq-mühafizə orqanı və digər orqanların tələbatlarına cavab verən əmlak tam natura şəklində bu orqanlara verilir.
2.10. Hesabat formasının c) Hüquq mühafizə və digər orqanların maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilən müsadirə edilmiş natura şəklində verilən əmlakın hərəkəti hissəsi aşağıdakı qaydada doldurulur:
2.10.1. 1-ci sütunda sıra nömrəsi;
2.10.2. 2-ci sütunda əmlakın qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət nəfinə müsadirə olunması barədə məhkəmə hökmünü (qərarını) çıxaran məhkəmənin adı;
2.10.3. 3-cü sütunda dövlət nəfinə müsadirə olunmuş həmin əmlak üzrə icra sənədinin tarixi və nömrəsi;
2.10.4. 4-cü sütunda dövlət nəfinə müsadirə olunmuş əmlakın icra sənədinə əsasən adı;
2.10.5. 5-ci sütunda hesabat dövrünün əvvəlinə hüquq-mühafizə və digər orqanlara müsadirə edilmiş natura şəklində verilməsi müəyyən edilən əmlakın məbləği;
2.10.6. 6-cı sütunda hesabat dövrü ərzində hüquq-mühafizə və digər orqanlara müsadirə edilmiş natura şəklində verilməsi müəyyən edilən əmlakın məbləği;
2.10.7. 7-ci sütunda hesabat dövrü ərzində hüquq-mühafizə və digər orqanlara müsadirə edilmiş natura şəklində “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin qəbul-təhvil verilməsi Aktı”na əsasən verilmiş əmlak üzrə həmin aktın tarixi və №si;
2.10.8. 8-ci sütunda hesabat dövrü ərzində hüquq-mühafizə və digər orqanlara müsadirə edilmiş natura şəklində verilmiş əmlakın məbləği;
2.10.9. 9-cu sütunda hesabat dövrünün sonuna hüquq-mühafizə və digər orqanlara müsadirə edilmiş natura şəklində verilməsi müəyyən edilən əmlakın məbləği əks etdirilir.
2.11. Hesabat formasının a), b) və c) hissələrinin sonunda olan “I yarımillik üzrə hesabat dövrünün cəmi”, “II yarımillik üzrə hesabat dövrünün cəmi” və “Cari il üzrə yekunu” sətirləri aşağıdakı qaydada doldurulur:
2.11.1. “I yarımillik üzrə hesabat dövrünün cəmi” sətrində təqvim ilinin birinci yarımilliyində 5, 6, 8 və 9-cu sütunlar üzrə cəmi məbləğ göstərilir;
2.11.2. “II yarımillik üzrə hesabat dövrünün cəmi” sətrində təqvim ilinin ikinci yarımilliyində 5, 6, 8 və 9-cu sütunlar üzrə cəmi məbləğ göstərilir;
2.11.3. “Cari il üzrə yekunu” sətrində “I yarımillik üzrə cəmi” və “II yarımillik üzrə cəmi” sətirlərinin göstəricilərinin cəmi əks etdirilir.
3.1. “Hüquq mühafizə və digər orqanların maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilən müsadirə edilmiş əmlakın hərəkəti haqqında hesabat” məhkəmənin hökmü (qərarı) əsasında dövlət nəfinə müsadirə olunmuş əmlakın qanunvericiliklə müəyyən olunmuş qaydada bir hissəsini təhvil alan cinayət işləri üzrə ibtidai istintaq aparmış hüquq-mühafizə orqanları və inzibati xətalar haqqında işlər üzrə icraata başlamış orqanlar tərəfindən hər yarımillikdə bir dəfə, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə rəhbər və baş mühasib tərəfindən imzalanıb həmin orqanın möhürü ilə təsdiq olunaraq təqdim olunur.
3.2. Müsadirə edilmiş əmlakın hərəkəti olmadığı halda “Hüquq mühafizə və digər orqanların maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilən müsadirə edilmiş əmlakın hərəkəti haqqında hesabat” bu Qaydaların 3.1-ci bəndinin tələblərinə uyğun təqdim olunur.
I yarımillik üzrə hesabat dövrünün cəmi
II yarımillik üzrə hesabat dövrünün cəmi
I yarımillik üzrə hesabat dövrünün cəmi
II yarımillik üzrə hesabat dövrünün cəmi
I yarımillik üzrə hesabat dövrünün cəmi
II yarımillik üzrə hesabat dövrünün cəmi
______________________________________
Baş mühasib:______________________________
(imzası, soyadı, adı, atasının adı, vəzifəsi)
(imzası soyadı, adı, atasınm adı)
1. 09 dekabr 2019-cu il tarixli Q-14 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201912090014, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 18 dekabr 2019-cu il)
2. 12 iyun 2020-ci il tarixli Q-12 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202006120012, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 24 iyun 2020-ci il)
3. 22 oktyabr 2021-ci il tarixli Q-15 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202110220015, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 oktyabr 2021-ci il)