Qanunvericilik › “Hüquqi və fiziki şəxslərin sənaye parkının rezidentinin rezidenti kimi qeydiyyatdan keçmək üçün təqdim etdikləri ərizənin forması və ona əlavə edilən sənədlərin siyahısı”nın, “Sənaye parkının qeydiyyat şəhadətnaməsinin forması”nın və “Sənaye parklarının, habelə onların rezidentlərinin və qeyri-rezidentlərinin reyestrinin aparılması qaydası”nın təsdiq edilməsi haqqında (İqtisadiyyat Nazirliyi, 15.05.2013) › Tam mətn

“Hüquqi və fiziki şəxslərin sənaye parkının rezidentinin rezidenti kimi qeydiyyatdan keçmək üçün təqdim etdikləri ərizənin forması və ona əlavə edilən sənədlərin siyahısı”nın, “Sənaye parkının qeydiyyat şəhadətnaməsinin forması”nın və “Sənaye parklarının, habelə onların rezidentlərinin və qeyri-rezidentlərinin reyestrinin aparılması qaydası”nın təsdiq edilməsi haqqında (İqtisadiyyat Nazirliyi, 15.05.2013)

“Hüquqi və fiziki şəxslərin sənaye parkının rezidentinin rezidenti kimi qeydiyyatdan keçmək üçün təqdim etdikləri ərizənin forması və ona əlavə edilən sənədlərin siyahısı”nın, “Sənaye parkının qeydiyyat şəhadətnaməsinin forması”nın və “Sənaye parklarının, habelə onların rezidentlərinin və qeyri-rezidentlərinin reyestrinin aparılması qaydası”nın təsdiq edilməsi haqqında (İqtisadiyyat Nazirliyi, 15.05.2013) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 aprel 2013-cü il tarixli, 865 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli, 363 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nin 17-1.2-ci və 2006-cı il 28 fevral tarixli, 504 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamə”nin 4.7-ci və 5.11-ci bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyası

1. “Hüquqi və fiziki şəxslərin sənaye parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün təqdim etdikləri ərizənin forması və ona əlavə edilən sənədlərin siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. “Sənaye parkının rezidentinin qeydiyyat şəhadətnaməsinin forması” təsdiq edilsin (əlavə olunur).

3. “Sənaye parklarının, habelə onların rezidentlərinin və qeyri-rezidentlərinin reyestrinin aparılması qaydası” təsdiq edilsin (əlavə olunur).

4. Hüquq şöbəsinin müdiri Anar Əliyevə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin.

5. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

6. Kollegiyanın məsul katibi, Ümumi şöbənin müdiri Rövşən Ataşova tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.

7. Bu qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Əsas: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 15.05.2013-cü il tarixli iclasının 8 nömrəli protokolu.

iqtisadi inkişaf naziri Şahin Mustafayev

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 2013-cü il 15 may tarixli, 08 nömrəli qərarı ilə təsdiq edilmişdir.

1. Ərizəçi haqqında məlumatlar:

1.1. Hüquqi şəxsin tam adı / fiziki şəxsin soyadı, adı, atasının adı ________________________

__________________________________________________________________________________

1.2. Hüquqi (fiziki) şəxsin hüquqi (fəaliyyət) ünvanı ___________________________________

__________________________________________________________________________________

1.3. VÖEN və dövlət qeydiyyatına alındığı tarix _______________________________________

1.4. Əlaqə telefonu ________________________________________________________________

1.5. İnternet ünvanı (vebsaytı) (əgər varsa) ____________________________________________

1.6. Elektron poçtu (əgər varsa) ______________________________________________________

1.7. Hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin (təmsilçisinin):

1.7.1. soyadı, adı, atasının adı _______________________________________________________

1.7.2. ünvanı _____________________________________________________________________

1.7.3. əlaqə telefonu _______________________________________________________________

1.7.4. elektron poçtu (əgər varsa) ___________________________________________________

1.7.5. şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və sənədi verən orqanın adı ______________________________________________________________________

1.8. Fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və sənədi verən orqanın adı _________________________________________________________________

1.9. Hüquqi və fiziki şəxsin mövcud fəaliyyət növü ___________________________________

(istehsal edilən məhsullar, göstərilən xidmətlər və s.)

_________________________________________________________________________________

1.10. Hüquqi və fiziki şəxsin sənaye parkında məşğul olmaq istədiyi sahibkarlıq fəaliyyəti növü üçün verilmiş lisenziya və icazələrin (əgər varsa):

1.10.1. adı və fəaliyyət növü _________________________________________________________

1.10.2. verilmə tarixi və nömrəsi _____________________________________________________

1.10.3. müddəti (başlama və başa çatma tarixləri göstərilməklə) _________________________

1.11. Hüquqi şəxsin hər bir təsisçisinin (iştirakçısının):

1.11.1. tam adı (hüquqi şəxsdirsə) ___________________________________________________

1.11.2. soyadı, adı, atasının adı (fiziki şəxsdirsə) ______________________________________

1.11.3. hüquqi ünvanı / yaşayış yeri ________________________________________________

1.11.4. qeydiyyatı haqqında məlumat _______________________________________________

2. Sənaye parkında nəzərdə tutulan ərazinin göstəriciləri:

2.1. Ümumi sahə (m)__________________________ 2.2. Bina (m)_________________________________________

2.3. Əsas istehsalat sahəsi (m)_________________ 2.4 Ofis (m)____________________________________________

2.5. Anbar (m)və(m)_________________________ 2.6. Yardımçı sahə (m) ________________________

2.7. Laboratoriya (m) ___________________________ 2.8. Digər __________________________

3. Sənaye parkında nəzərdə tutulan istehsalat tələbatı:

3.1. Təbii qaz (m³/il) ___________________________ 3.2. İçməli su (m³/il) __________________

3.3. Texniki su (m³/il) __________________________ 3.4. Tullantı suyu (m³/il) ______________

3.5. Elektrik enerjisi (kVt/s il) ___________________ 3.6. Kanalizasiya (m³/il) _______________

3.7. Elektrik enerjisinə tələb olunan maksimal güc (kVt) ________________________________

3.8. Digər _________________________________________________________________________

4. Sənaye parkında nəzərdə tutulan tullantıların ətraf mühitə təsiri:

4.1. CO (ton/il) _________________________________ 4.2. CO2 (ton/il) ____________________

4.3. NOx (ton/il) _____________________ 4.4. SO2 (ton/il) ________________________________

4.5. SO (ton/il) _____________________ 4.6. Digər ______________________________________

5. Sənaye parkında nəzərdə tutulan fiziki çirklənmə:

5.1. Vibrasiya (Hz/il)_____________________________ 5.2. Səs-küy (dB/il)_________________

5.3. Elektromaqnit şüalar (Tl/il)_________________ 5.4. Radiasiya (mcR/il)________________

5.5. Sənaye tullantıları (ton/il) __________________ 5.6. Digər __________________________

6. İnvestisiya layihəsi üzrə məlumatlar:

6.1. İnvestisiya layihəsinin adı _______________________________________________________

__________________________________________________________________________________

6.2. İstehsal olunacaq məhsul, görüləcək iş və xidmətlər ______________________________

__________________________________________________________________________________

6.3. İnvestisiyanın mənbəyi _________________________________________________________

6.4. İnvestisiyanın həcmi ___________________________________________________________

6.5. Layihənin nəzərdə tutulan başlanma tarixi ________________________________________

6.6. Layihənin müddəti _____________________________________________________________

6.7. Yaradılacaq yeni iş yerlərinin növü və sayı ________________________________________

6.8. Layihənin qısa təsviri ___________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

Xahiş edirəm _____________________________________________________________________

__________________________________________________ rezidenti kimi qeydiyyata alasınız.

(sənaye parkının adı)

Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti (ərizəçi hüquqi şəxs olduqda)

Hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin (təmsilçisinin) şəxsiyyətini təsdiq edən sənədin surəti (ərizəçi hüquqi şəxs olduqda)

Fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin və vergi uçotuna alınması haqqında şəhadətnamənin surəti (ərizəçi fiziki şəxs olduqda)

Hüquqi şəxsin nizamnaməsinin surəti (ərizəçi hüquqi şəxs olduqda)

İnvestisiya layihəsi (biznes plan)

Hüquqi və fiziki şəxsin sənaye parkında məşğul olmaq istədiyi sahibkarlıq fəaliyyəti üçün verilmiş lisenziya və icazələrin surətləri (əgər ərizədə göstərilibsə)

Ərizənin doldurulduğu tarix _______________________________________

Hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin (təmsilçisinin) / fiziki şəxsin imzası ___________

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 2013-cü il 15 may tarixli, 08 nömrəli qərarı ilə təsdiq edilmişdir.

QEYDİYYAT №-si _______________________________

Qeydiyyata alındığı tarix: ___________________

Əsas: ___________________________________ ______________ tarixli

__________________ ____________ __________________________

(məsul şəxsin vəzifəsi) (imzası) (adı, soyadı)

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 2013-cü il 15 may tarixli, 08 nömrəli qərarı ilə təsdiq edilmişdir.

1.1. “Sənaye parklarının, habelə onların rezidentlərinin və qeyri-rezidentlərinin reyestrinin aparılması qaydası” “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli, 865 nömrəli Fərmanının 3.1-ci bəndinə əsasən hazırlanmışdır və sənaye parklarının, habelə onların rezidentlərinin və qeyri-rezidentlərinin reyestrinin aparılması qaydasını müəyyən edir.

1.2. Sənaye parklarının, habelə onların rezidentlərinin və qeyri-rezidentlərinin reyestri (bundan sonra – reyestr) idarəedici təşkilat tərəfindən aparılır.

1.3. Reyestr informasiya ehtiyatıdır, onun istifadəsi və mühafizəsi idarəedici təşkilat tərəfindən təmin edilir.

2.1. Reyestr təqvim illərinə əsasən və hər sənaye parkı üzrə ayrıca aparılır.

2.2. Reyestr kağız (reyestr kitabı) və elektron formada tərtib edilir və Azərbaycan dilində aparılır. Kağız və elektron daşıyıcılardakı qeydlər arasında uyğunsuzluq olduqda, kağız daşıyıcılar üzərində olan qeydlərə üstünlük verilir.

2.3. Reyestr kitabı qaytanlanır, idarəedici təşkilatın səlahiyyətli vəzifəli şəxsi tərəfindən imzalanır və möhürlənir.

2.4. Reyestrin elektron formada tərtib edilməsi təşkilati, metodoloji və texniki proqram prinsiplərinin tətbiqinə əsaslanmaqla dövlətin digər informasiya sistemləri və şəbəkələri ilə onun qarşılıqlı əlaqədə fəaliyyət göstərməsini təmin edir.

2.5. Reyestr aşağıdakılardan ibarətdir:

2.5.1. sənaye parkları barədə məlumatlar;

2.5.2. rezident və qeyri-rezident olan hüquqi və fiziki şəxslər barədə məlumatlar;

2.5.3. sənaye parkının və onun rezidentinin qeydiyyatı və ləğvi barədə məlumatlar;

2.5.4. reyestrə daxil edilmiş məlumatlarda dəyişikliklər;

2.5.5. sənaye parkı və onun rezidenti kimi qeydiyyata alınmaq üçün təqdim edilmiş sənədlər.

2.5-1. Reyestrə sənaye parkı barədə aşağıdakı məlumatlar daxil edilir:

2.5-1.1. yaradılması barədə aktın tarixi, nömrəsi və növü;

2.5-1.2. adı, yaradılmasının məqsədi, fəaliyyət profili və müddəti;

2.5-1.3. ərazisinin ölçüsü və yerləşdiyi inzibati ərazi vahidi;

2.5-1.4. məlumatların reyestrdə qeydiyyat tarixi və nömrəsi;

2.5-1.5. reyestrə daxil edilmiş məlumatlarda dəyişikliklər barədə qeyd.

2.6. Reyestrə rezident və qeyri-rezident barədə aşağıdakı məlumatlar daxil edilir:

2.6.1. hüquqi şəxs olan rezidentin və qeyri-rezidentin tam adı və təşkilati-hüquqi forması;

2.6.2. fiziki şəxs olan rezidentin və qeyri-rezidentin soyadı, adı və atasının adı;

2.6.3. rezidentin və qeyri-rezidentin hüquqi (fəaliyyət) ünvanı;

2.6.4. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

2.6.5. hüquqi şəxs olan rezidentin və qeyri-rezidentin hər bir təsisçisinin (iştirakçısının):

2.6.5.1. tam adı (hüquqi şəxsdirsə);

2.6.5.2. soyadı, adı və atasının adı (fiziki şəxsdirsə);

2.6.5.3. hüquqi ünvanı/yaşayış yeri;

2.6.5.4. dövlət qeydiyyatı haqqında məlumatlar;

2.6.6. hüquqi şəxs olan rezidentin və qeyri-rezidentin səlahiyyətli nümayəndəsinin (təmsilçisinin) soyadı, adı, atasının adı və ünvanı;

2.6.7. rezidentin sənaye parkında qeydiyyata alınması və qeydiyyatının ləğvi haqqında qərarın tarixi və nömrəsi;

2.6.8. qeyri-rezidentin sənaye parkında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilənin imzalanması və ona xitam verilməsi tarixi.

2.6-1. Sənaye parkının yaradılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən qərar qəbul edildikdən sonrakı 10 (on) iş günündən gec olmayaraq, bu barədə məlumatlar reyestrə daxil edilir.

2.7. İdarəedici təşkilat hüquqi və fiziki şəxsin sənaye parkının rezidenti kimi qeydiyyata alınması və ya qeydiyyatının ləğvi haqqında qərar qəbul etdikdən habelə qeyri-rezidentlər ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə bağlandıqdan və ya həmin müqavilə ləğv edildikdən sonra beş iş günündən gec olmayaraq reyestrə məlumatları daxil edir.

2.7-1. Sənaye parkına vahid və təkrarolunmaz beş rəqəmdən ibarət qeydiyyat nömrəsi verilir. Qeydiyyat nömrəsindəki ilk üç rəqəm sənaye parkının reyestrdəki sıra nömrəsini, növbəti iki rəqəm qeydiyyata alındığı ilin son iki rəqəmini göstərir və qeydiyyat nömrəsi hər təqvim ili üzrə yenilənmir. Qeydiyyat nömrəsi reyestrdə və reyestrdən çıxarışda əks olunur.

2.8. Sənaye parkının rezidenti və qeyri-rezidentinə vahid və təkrarolunmaz 11 rəqəmdən ibarət qeydiyyat nömrəsi verilir. Qeydiyyat nömrəsindəki ilk üç rəqəm rezidentin və qeyri-rezidentin reyestrdəki sıra nömrəsini, növbəti iki rəqəm rezidentin sənaye parkında qeydiyyata alındığı, qeyri-rezidentlə isə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilənin imzalandığı ilin son iki rəqəmini, növbəti altı rəqəm isə vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin üçüncü-səkkizinci rəqəmlərini göstərir. Qeydiyyat nömrəsi reyestrdə, sənaye parkının rezidentinin qeydiyyat şəhadətnaməsində və reyestrdən çıxarışda əks olunur.

2.9. Sənaye parkının və onun rezidentinin qeydiyyatı ləğv edildikdə, qeyri-rezidentlə isə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqaviləyə xitam verildikdə onların qeydiyyat nömrəsi silinmir, başqasına verilmir və bu barədə reyestrdə qeyd aparılır.

2.10. Reyestrə daxil edilən məlumatlarda dəyişikliklər baş verdikdə sənaye parkının rezidenti və qeyri-rezidenti bu barədə idarəedici təşkilata məlumat verməlidir. Məlumat daxil olduqdan sonra beş iş günündən gec olmayaraq idarəedici təşkilat tərəfindən reyestrə müvafiq dəyişikliklər daxil edilməlidir.

2.11. Reyestr məlumatlarındakı dəyişikliklərlə bağlı reyestr kitabında qeydlər aparılarkən ilkin məlumatlara, habelə həmin məlumatlarla əlaqəli digər dəyişikliklərə sıra nömrəsinə uyğun istinadlar edilir.

2.12. Reyestrdə dəyişiklik edilərkən, o cümlədən rezident və qeyri-rezident olan hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, fiziki şəxsin soyadı, adı və atasının adı dəyişdikdə qeydiyyat nömrəsi dəyişilmir.

2.13. Reyestrə məlumatlar daxil edildikdən, sənaye parkının rezidentinə qeydiyyat şəhadətnaməsi verildikdən və rezidentin sənaye parkında qeydiyyatının ləğvi barədə qərar qəbul edildikdən, qeyri-rezidentlə isə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə imzalandıqdan və ona xitam verildikdən sonra idarəedici təşkilat iki iş günü ərzində bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə rəsmi məlumat təqdim etməlidir.

2.14. Sənaye parkları, onların rezident və qeyri-rezidentləri barədə məlumat idarəedici təşkilatın internet informasiya ehtiyatında açıqlanır.

3.1. Sənaye parkının rezidenti və qeyri-rezidenti özü barəsində reyestrdəki məlumatlarla tanış olmaq, reyestrdən çıxarışı və sənaye parkında qeydiyyata alınmaq üçün təqdim etdiyi sənədlərin surətlərini almaq hüququna malikdir.

3.2. Reyestrdən çıxarış idarəedici təşkilatın səlahiyyətli vəzifəli şəxsinin imzası ilə verilir və möhürlə təsdiq edilir.

3.3. Reyestrdən çıxarış “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sorğu əsasında üçüncü şəxslərə də verilir. Bu halda reyestrdən çıxarışda əks olunan məlumatlar (rezident və qeyri-rezident olan hüquqi şəxsin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) sorğuya uyğun verilir.

Reyestr məlumatlarını əks etdirən və sənaye parkında qeydiyyata alınmaq üçün təqdim edilən sənədlər, o cümlədən sənaye parkının rezidentinin qeydiyyat şəhadətnaməsi və reyestrdən çıxarış “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mühafizə edilmək üçün arxivə verilir.

1. 15 iyul 2014-cü il tarixli 5 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201407150005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 iyul 2014-cü il)

2. 28 iyun 2016-cı il tarixli 6 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201606280006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 13 iyul 2016-cı il)

3. 16 sentyabr 2020-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202009161006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 sentyabr 2020-ci il)

4. 1 noyabr 2021-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202111010014, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 noyabr 2021-ci il)

5. 21 iyul 2022-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202207210014, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 avqust 2022-ci il)

6. 10 may 2023-cü il tarixli 6 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202305100006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 24 may 2023-cü il)

7. 6 iyun 2023-cü il tarixli 8 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306060008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 iyun 2023-cü il)

8. 3 aprel 2026-cı il tarixli 3 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202604030003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 23 aprel 2026-cı il)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver