1. Vətəndaş, yaxud vətəndaşlar qrupu istehsal vasitələrini və təsərrüfat fəaliyyəti ilə məşğul olmaq üçün onlara lazım olan başqa əmlakı icarəyə götürə bilərlər.
2. Fərdi icarə, yaxud qrup icarəsi şərtləri üzrə əmək fəaliyyəti ilə məşğul olan şəxslər fəhlə və qulluqçularla bərabər sosial sığorta edilməli və sosial cəhətdən təmin olunmalıdırlar. İcarəçilər qanunvericilikdə müəyyən olunmuş qaydada və miqdarda müvafiq icra hakimiyyəti orqanına vəsait ayırırlar. İcarəçilərin sığorta haqqı ödənilən iş dövrü əmək stajına daxil edilir.
3. Fərdi icarə, yaxud qrup icarəsi zamanı icarəçilər istehsal olunmuş məhsul barəsində müstəqil sərəncam verir, istehlakçı ilə razılaşmaya əsasən və ya müstəqil surətdə müəyyən edilmiş qiymətlər və tariflər üzrə işlər görür və xidmətlər göstərirlər. İstehsal edilmiş məhsul respublika ərazisində sərbəst surətdə satılır. Respublika hüdudlarından kənara məhsul qanunvericilikdə müəyyən olunmuş qaydada aparılır.
4. (çıxarılıb)
5. İcarəçi məhsulun (işlərin, xidmətlərin) satış pulundan icarə haqqını, vergiləri və bankın borcları üzrə tədiyələri ödədikdən sonra onun barəsində müstəqil sərəncam verir.
6. (çıxarılıb)
7. Kəndli və başqa əmək təsərrüfatları istehsal fəaliyyətini həyata keçirərkən kooperasiya əlaqələrinə kirə bilər, təchizat-satış, emal, təmir, tikinti kooperativləri və başqa kooperativlər, habelə təsərrüfat birlikləri yarada bilər, ittifaqlarda birləşə bilərlər.
8. İcarəçinin pul əməliyyatları üçün bank idarələrində hesab açmaq ixtiyarı vardır.
9. (çıxarılıb).
10. (çıxarılıb)