26.1. Sığortaçı baş verə biləcək sığorta hadisələri hesab edilə bilən halların baş verməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilən tədbirlərin, o cümlədən bununla bağlı təbliğat-təşviqat işlərinin maliyyələşdirilməsi, habelə belə hallar baş verdikdə zərərin qarşısının alınmasına və azaldılmasına yönələn lazımi xərclərin ödənilməsi üçün bu Qanunun 12.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq məcburi ayırmalar hesabına qarşısıalınma tədbirləri fondunu formalaşdırmalıdır.
26.2. Qarşısıalınma tədbirləri fondunda yığılan vəsaitlər bu Qanunda nəzərdə tutulmuş hər bir icbari sığorta növü üzrə ayrılıqda hesablanmalı və Mərkəzi Bank tərəfindən müəyyən edilən təyinatlar üzrə istifadə olunmalıdır.