Qanunvericilik › İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 31

Maddə 31. İştirakçı sığortaçıların əlavə haqları

İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

31.1. Kompensasiya ödənişlərinin verilməsi üçün Büronun kompensasiya ödənişləri ehtiyatı kifayət etmədikdə, belə ödənişlər üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədilə Büronun istifadə etdiyi öz vəsaiti iştirakçı sığortaçılar tərəfindən ödənilən əlavə haqlar hesabına kompensasiya olunur.

31.2. Büro tərəfindən tələb olunduğu halda əlavə haqların ona ödənilməsinə təminat yaratmaq məqsədi ilə sığortaçı Mərkəzi Bank tərəfindən müəyyən edilən qaydada şərti öhdəliklər ehtiyatı formalaşdırır.

31.3. İştirakçı sığortaçının ödəməli olduğu əlavə haqların məbləği onun bu Qanunda nəzərdə tutulmuş müvafiq icbari sığorta növünə aid sığorta müqavilələri üzrə son bir il müddətində daxil olan sığorta haqlarının bütün iştirakçı sığortaçıların həmin növə aid sığorta müqavilələri üzrə həmin müddət ərzində daxil olan sığorta haqlarına nisbətinə mütənasib olaraq müəyyən edilir.

31.4. Əlavə haqların ödənilməsinə zərurət yarandıqda, bu haqların hər bir konkret hal üzrə ödənilmə üsulu və müddətini Mərkəzi Bank müəyyən edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver