73.1. Bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş Büronun təsis iclası bu Qanunun qüvvəyə mindiyi tarixdən 30 gün müddətində Mərkəzi Bank tərəfindən çağırılır. Büronun təsis iclasına bu Qanunun 28.3-cü maddəsində nəzərdə tutulmuş iştirak haqqını və 30.1-ci maddəsində nəzərdə tutulmuş təminat depozitini ödəyəcəyi halda məcmu kapitalı Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 79.4-cü və 79.5-ci maddələrində müəyyən edilmiş tələblərə uyğun gələn sığortaçılar çağırılırlar.
73.2. Büronun təsis iclasında aşağıdakı məsələlər barədə qərarlar qəbul edilməlidir:
73.2.1. Büronun təsis edilməsi;
73.2.2. Büronun nizamnaməsinin təsdiq olunması;
73.2.3. Büronun fəaliyyətə başlaması üçün təşkilati işlərin həyata keçirilməsi, o cümlədən Büronun dövlət qeydiyyatına alınması məqsədilə müvəqqəti inzibatçının seçilməsi.
73.3. Büronun təsis iclasında təsisetmə və fəaliyyətin ilkin mərhələsi ilə bağlı zəruri hesab edilən digər məsələlər barədə də qərarlar qəbul edilir.