78.1. Bu Qanun dərc edildiyi tarixdən 1 ay sonra qüvvəyə minir.
78.2. Bu Qanunun 78.1-ci maddəsində nəzərdə tutulmuş qüvvəyə minmə tarixindən Azərbaycan Respublikasının “Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında” 1996-cı il 31 may tarixli 113-IQ nömrəli, “İcbari ekoloji sığorta haqqında” 2002-ci il 12 mart tarixli 271-IIQ nömrəli, ” “Sərnişinlərin icbari sığortası haqqında” 2003-cü il 17 iyun tarixli 474-IIQ nömrəli, “Yanğından icbari sığorta haqqında” 2004-cü il 6 yanvar tarixli 573-IIQ nömrəli, qanunları ləğv edilir.