“Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 597-II QD nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 aprel tarixli 53 nömrəli Fərmanının 2.3.2-ci yarımbəndinin və “İşçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 14 yanvar tarixli 7 nömrəli qərarının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.2-ci və 14.5-ci bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyası
1. “İcbari tibbi müayinələrin keçirilməsi Qaydası” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “İşçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısı”na dair Təlimat” təsdiq edilsin (2 nömrəli əlavə).
3. “Tibbi profilaktik müayinələrin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1998-ci il 23 yanvar tarixli 13 nömrəli əmri ləğv edilsin.
4. Hüquq və daxili nəzarət sektoru müdirinin vəzifəsini icra edən E.Əzizova tapşırılsın ki, bu qərar 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.
5. Qərarın icrasına nəzarət nazir müavinlərinə həvalə edilsin.
Kollegiyanın məsul katibi
1.1. Bu Qayda “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin ikinci abzasına əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin (bundan sonra - nazirlik) Kollegiyasının 2012-ci il 13 dekabr tarixli 46 nömrəli “İcbari tibbi müayinələrin təkmilləşdirilməsi barədə” qərarının (bundan sonra - qərar) 1 nömrəli əlavəsində göstərilən zərərli və təhlükəli istehsalat amilləri (faktorları) olan iş yerlərində və həmin qərarın 2 nömrəli əlavəsində nəzərdə tutulan işlərdə çalışan işçilərin icbari ilkin və dövri tibbi müayinələrinin keçirilməsi qaydasını müəyyən edir.
1.2. İlkin icbari tibbi müayinələr (bundan sonra – ilkin müayinə) işçinin sağlamlıq vəziyyətinin görəcəyi işə uyğunluğunun və işçinin əmək fəaliyyətinin nəticəsi olaraq sonradan yaranan xəstəliklərin təyin edilməsi məqsədilə aparılır.
1.3. Dövri icbari tibbi müayinələr (bundan sonra – dövri müayinə) ağır, zərərli və təhlükəli istehsalat amillərinin, işçinin sağlamlığına təsiri, bu təsir nəticəsində yaranan xəstəliklərin ilkin əlamətlərinin aşkar edilməsi, işçilərin səhhətinin dinamik müşahidəsi, bədbəxt hadisələr, peşə xəstəlikləri, infeksion və parazitar xəstəliklərin qarşısını almaq məqsədilə aparılır.
1.4. İş yerlərinin sanitar-gigiyenik şəraitinə nəzarət ərazi gigiyena-epidemiologiya mərkəzləri (bundan sonra - GEM) tərəfindən aparılır.
2.1. İlkin və dövri müayinələr işçinin yaşadığı və ya iş yerinin yerləşdiyi ərazi üzrə müalicə-profilaktika müəssisələri (bundan sonra - MPM) tərəfindən aparılır.
2.2. Qərarın 1 nömrəli əlavəsində nəzərdə tutulan bütün zərərli və təhlükəli istehsalat amillər olan işlərə, eləcə də ictimai iaşə, ticarət, qida sənayesi, məişət xidməti, təhsil müəssisələrinə işə qəbul olunan şəxslər işə qəbul zamanı işəgötürənin göndərişi ilə ilkin müayinədən keçməlidirlər. İşçi eyni ixtisas (peşə) üzrə, eyni əmək şəraiti, eyni zərərli maddələr və ağır, zərərli və təhlükəli istehsalat amilləri olan digər işə keçərkən onun əvvəl keçdiyi tibbi müayinənin müddəti nəzərə alınır.
2.3. Tibbi müayinələrin dövriliyi qərarın 1 və 2 nömrəli əlavələrinə (bundan sonra - siyahılar) uyğun olaraq müəyyən olunur.
2.4. Bu qaydanın 1.1-ci bəndində göstərilən şəxslər ilkin müayinədən keçmək üçün tibbi müayinə kartını GEM-dən əldə edirlər.
İlkin müayinə zamanı işəgötürən şəxsi MPM-ə göndərərkən müayinə olunanın soyadını, adını, atasının adını, təvəllüdünü, peşəsini, iş şəraitində mövcud zərərli və təhlükəli amilləri və əlverişsiz əmək şəraitini tam göstərməlidir. Müayinəyə göndərilən şəxsiyyətini təsdiq edən sənədi MPM-ə təqdim etməlidir.
2.5. Hər ilin dekabr ayının 1-dən gec olmayaraq işəgötürən, dövri müayinədən keçməli olan işçilərin siyahısını bu qaydanın 1 nömrəli əlavəsinə uyğun olaraq GEM ilə razılaşdıraraq, tibbi müayinələri aparacaq MPM-ə təqdim edir.
2.6. Tibbi müayinələrdən tam və vaxtında keçilməsinə nəzarət GEM tərəfindən həyata keçirilir. Dövri müayinədən keçməyə təqdim edilmiş işçilərin siyahısına əsasən MPM tərəfindən dekabr ayının sonunadək tibbi müayinələrdən keçmə cədvəli tərtib edilir.
2.7. Tibbi müayinə kartları işçilərə, kartdan istifadə qaydası ilə tanış edilməklə verilir və işçilər müayinədən keçmək üçün MPM-ə göndərilir.
2.8. Tibbi müayinələr aparılan MPM-in rəhbəri həkim-terapevtin sədirliyi ilə həkim komissiyası yaradır və tibbi müayinələrin keçirilməsinə məsuliyyət daşıyır.
2.9. İşə qəbul olunarkən ilkin müayinədə siyahılarda nəzərdə tutulan bütün ixtisas həkimləri iştirak edir, dövri müayinələrin keçirilməsi zamanı isə ixtisas həkimlərinin iştirakı tibbi göstərişə əsasən müəyyən edilir.
2.10. Tibbi müayinə kartı işçidə saxlanılır. Tibbi müayinə kartının itməsi və ya istifadəyə yararsız vəziyyətə düşməsi barədə işçi kartı aldığı ərazi GEM-inə yazılı məlumat verir və bu barədə məlumat sistemə daxil edildiyi zaman köhnə tibbi müayinə kartı bloklanır və yeni kart hazırlanaraq işçiyə təqdim edilir.
2.11. Tibbi müayinə barədə bütün məlumatlar müayinə olunanın ambulator tibbi kitabçasına daxil edilir və müayinədə iştirak edən hər bir həkim işçinin peşə yararlığı barədə öz rəyini orada qeyd etməlidir. İşçi iş yerini dəyişərsə, onun ambulator tibbi kitabçası işçinin yeni iş yeri üzrə MPM-ə göndərilir.
2.12. İşçinin işə yararlığı müəyyən edilərkən siyahılarda qeyd olunan tibbi əks-göstərişlər rəhbər tutulmalıdır. Dövri müayinələr aparılarkən işçilərin peşə yararlılığı işçinin sağlamlıq vəziyyəti, yaşı, peşəsinin xüsusiyyətləri əmək şəraiti və s nəzərə alınmaqla, hər bir işçi üçün fərdi qaydada müəyyən olunur. Xəstəliyə şübhə olduğu təqdirdə, xəstəliyin profili üzrə müalicə-profilaktika müəssisələrindən işçinin tibbi sənədləri tələb edilir. Tibbi əks-göstərişlər siyahısında ruhi xəstəliklər, narkomaniya və toksikomaniya olduğu hallarda, MPM tərəfindən yazılı sorğu verməklə, şəxsin daimi qeydiyyatda olduğu əraziyə xidmət edən psixonevroloji, narkoloji dispanserdən (dispanser şöbədən, kabinetdən) onun qeydiyyatda olub-olmadığı barədə arayış alınmalıdır.
2.13. Dövri müayinə keçən şəxs üçün xəstəliyin gizli əlamətləri olduğu hallarda həkimlər aşağıdakı müalicə-sağlamlaşdırma tədbirləri hazırlayır:
2.13.1. istehsalat amillərinin təsirindən sağlamlığına yüngül zərər dəyən işçilərin dinamiki müşahidə və müalicəsi;
2.13.2. xəstəliyin xarakterindən asılı olaraq işçilərin stasionar və sanator-kurort müalicəsinə, istirahət evlərinə və profilaktik sanatoriyalara göndərilməsi;
2.13.3. işin davam etdirilməsinə əks-göstəriş olan keçirilmiş peşə xəstəliyinin fəsadları olduqda, işçinin yüngül işə keçirilməsi. Səhhəti nəzərə alınmaqla tibbi əks-göstəriş olan istehsalat amillərindən kənar müvəqqəti işə keçirilmə zamanı, xəstənin ixtisas dərəcəsinə uyğun iş MPM tərəfindən müəyyən edilir;
2.13.4. əmək qabiliyyətinin daimi itirilməsini və onun itirilmə dərəcəsini, orqanizmin funksiyalarının pozulması faizini müəyyən etmək üçün işçinin Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi.
2.14. Tibbi müayinənin nəticəsinə uyğun olaraq işçinin müvəqqəti və ya daimi başqa işə keçirilmə barədə həkim komissiyasının tövsiyəsinə əsasən işəgötürən tərəfindən zəruri tədbirlər görülür.
2.15. MPM işəgötürənlə birlikdə hər il üçün növbəti ilin yanvar ayının 15-dək dövri tibbi müayinələrin nəticələrini ümumiləşdirir və bu qaydanın 3 nömrəli əlavəsində göstərilən formaya uyğun yekun aktı tərtib edir.
2.16. Yekun akt 3 nüsxədə tərtib olunaraq 1 nüsxəsi işəgötürənə, 1 nüsxəsi nəzarət üçün GEM-ə verilir, 1 nüsxəsi isə MPM-də saxlanılır.
2.17. Tibbi müayinələr zamanı peşə xəstəliyi əlamətləri müəyyən olunarsa, işçi diaqnozun dəqiqləşdirilməsi və xəstəliyin peşə ilə əlaqəsinin öyrənilməsi məqsədilə nazirliyin V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutuna (bundan sonra - İnstitut) göndərilir. GEM İnstitutun sorğusu əsasında müayinə olunan şəxsin “İşçinin əmək şəraitinin sanitar-gigiyenik xasiyyətnaməsi”ni tərtib edir. Tibbi müayinələr zamanı peşə xəstəliklərinə şübhə olduğu hallarda yaranan mübahisəli məsələlər İnstitut tərəfindən araşdırılır.
2.18. Tibbi müayinələr zamanı yoluxucu və parazitar xəstəliklər və ya belə xəstəliklərə yoluxma əlamətləri olan işçilər aşkar edildikdə, ərazi GEM-ə məlumat verilməlidir.
2.19. Yoluxucu və ya parazitar xəstəlik diaqnozunun təsdiq edilməsi yoluxucu xəstəliklər xəstəxanalarında (şöbələrdə) aparılır. Xəstəliyin peşə ilə əlaqəsinin təyin olunması infeksionist və epidemioloqun iştirakı ilə aparılır. Yoluxmanın peşə mənşəli olmasını təsdiq edən sənəd bu qaydanın 4 nömrəli əlavəsində göstərilən epidemioloji müayinə kartıdır. Epidemioloji müayinə kartının doldurulmasının düzgünlüyü yoluxucu xəstəlik zamanı GEM-in, xüsusi təhlükəli yoluxucu xəstəliklərlə peşə yoluxması zamanı isə tərkibində xüsusi təhlükəli yoluxucu xəstəliklər şöbəsi olan sanitariya-epidemioloji xidmət idarəsi tərəfindən təsdiq edilir.
2.20. Peşə xəstəlikləri müəyyən olunmuş, eləcə də mənşəyində istehsalat amilləri əsas rol oynayan orqan və sistemində yüngül dəyişiklikləri olan bütün işçilər müəyyən olunmuş patoloji dəyişikliklərin xarakterindən asılı olaraq müvafiq mütəxəssislərin dispanser müşahidəsində olmalıdırlar. Peşə xəstəliyi olan işçilər keçmiş iş yerinə müvafiq MPM-lərdə tibbi yardım almaq hüququna malikdirlər.
3.1. İlkin və dövri müayinələr aparılan zaman aşağıda göstərilən tibbi əks göstərişlər aşkar olduqda şəxslər işə buraxılmırlar:
3.1.1. orqan və sistemlərin davamlı qabarıq funksiya pozuntusu ilə anadangəlmə inkişaf qüsurları, deformasiyalar, xromosom anomaliyaları;
3.1.2. xarici amillərin təsirindən mərkəzi və periferik sinir sistemlərin, daxili orqanların, sümük-əzələ sistemi və birləşdirici toxumaların zədələnməsi nəticəsində inkişaf edən onların qabarıq funksiya pozuntusu, geridönməz inkişaf dəyişiklikləri;
3.1.3. hərəki və hissi, koordinasiya və statik, koqnitiv və amnestik-intellektual pozuntularla mərkəzi sinir sisteminin müxtəlif etiologiyalı qabarıq ifadə olunmuş xəstəlikləri;
3.1.4. narkolepsiya və katolepsiya;
3.1.5. şüur pozuntuları ilə müşayiət edilən xəstəliklər, epilepsiya və epileptik sindrom, sinkopal sindrom;
3.1.6. ağır, davamlı, tez-tez fəsadlaşan əlamət və hallarla büruzə olunan, psixonevroloji müəssisədə dinamik müşahidəsi mütləq olan psixi xəstəliklər;
3.1.7. əhval – ruhiyyənin qabarıq formalı dəyişiklikləri, nevrotik dəyişikliklər, stress və somatik formalı şəxsiyyət pozuntuları və digər növ dəyişikliklər müşahidə edilərsə, şəxsin fərdi şəkildə terapevtin iştirakı ilə ixtisaslaşmış həkim komissiyasında işə yararlığı məsələsi həll olunur;
3.1.8. alkoqolizm, toksikomaniya və narkomaniya;
3.1.9. proqressivləşən gedişli digər orqan və sistemlərin zədələnmə əlamətləri və funksiyasının 3-4 –cü dərəcəli pozuntuları ilə endokrin sistemin xəstəlikləri;
3.1.10. bədxassəli yenitörəmələr;
3.1.11. proqressivləşən və tez-tez residivləşən qan və qanyaradıcı orqanların xəstəlikləri (hemoblastozlar, hemolitik və aplastik anemiya, qabarıq formalı hemorragik diatezlər);
3.1.12. hipertoniya xəstəliyi, II mərhələ, 3-cü dərəcə, IV risk qrupu;
3.1.13. qandövranı çatışmamazlığı ilə ürəyin və perikardın xroniki xəstəlikləri (funksional sinif III mərhələ, QDÇ II mərhələ və daha çox;
3.1.14. ürəyin işemik xəstəliyi;
3.1.15. stenokardiya (funksional sinif III-IV mərhələ);
3.1.16. ürəyin nəqledici sisteminin keçiricilik pozuntuları (sinoaurikulyar blokada III dərəcə, sinus düyünündə zəiflik, Hiss dəstəsinin hissəvi və tam blokadası, Hiss dəstəsinin sağ ayaqcığının hissəvi və tam blokadası, Hiss dəstəsinin sol ayaqcığının hissəvi və tam blokadası).
Müəssisənin adı və ünvanı_________________________________________________________________________
1. Dövri tibbi müayinəni aparan müəssisə________________________________________________
2. Aktın tərtib edilmə tarixi____________________________________________________________
3. İşçilərin ümumi sayı _____________o cümlədən qadınlar və 18 yaşadək uşaqlar ______/_______
4. Ağır, zərərli və təhlükəli iş şəraitində çalışan işçilərin sayı ________________________________
5. Tibbi müayinədən keçməyən işçilərin sayı_____________________________________________
6. Müvəqqəti tibbi əks göstəriş olan işçilərin sayı ____________________________________________________
7. Daimi tibbi əks göstəriş olan işçilərin sayı _________________________________________________________
8. Peşə xəstəlikləri əlamətlərinin olması barədə xəbərdarlıq edilən işçilərin sayı________________
o cümlədən qadınlar və 18 yaşadək uşaqlar _______ /_______
9. Dövri tibbi müayinə keçirənlərdən əmək qabiliyyətini davamlı itirən işçilərin sayı____________
o cümlədən qadınlar və 18 yaşadək uşaqlar ________ /________
10. Dövri tibbi müayinə keçməyənlərdən əmək qabiliyyətini davamlı itirən işçilərin sayı_____________ o cümlədən qadınlar və 18 yaşadək uşaqlar _______ /________
11. Peşə patologiyası ilə bağlı:
11.1. ambulator müayinəyə ehtiyacı olan işçilərin sayı ________
11.2. stasionar müalicəyə ehtiyacı olan işçilərin sayı _____________
11.3. Sanator-kurort müalicəsinə ehtiyacı olan işçilərin sayı ___________
11.4. Dispanser müşahidəyə ehtiyacı olan işçilərin sayı ____________
Dövri tibbi müayinə keçmiş şəxslərin cinsi, təvəllüdü, çalışdığı struktur bölməsi, həkim komissiyanın son rəyi göstərilməklə siyahısı əlavə olunur.
1. Son diaqnoz ____________________________________________________________________________
2. Törədicinin növü _______________________________________________________________________
3. Xəstə: yerli □ gəlmə □
4. Soyadı, adı, atasının adı__________________________________________________________________
5. Cinsi: kişi □ qadın □
6. Doğulduğu il, ay və gün_________________________________________________________________
7. Yaşayış ünvanı: şəhər ________________________, rayon_____________________________________
küçə_____________________________________________ ev №_________ mənzil №________________
8. İş yeri; təhsil müəssisəsi; sosial xidmət müəssisəsinin №-si _____________________________________
Peşəsi____________________________________________________________________________________
9. İş yerində, təhsil müəssisəsində, sosial xidmət müəssisəsində son davamiyyət______________________
10. Yaşayış yeri üzrə müalicə müəssisəsi______________________________________________________
11. Xəstə haqqında məlumat alınıb (tarix, saat)________________________________________________
12. Məlumatı göndərən müəssisə____________________________________________________________
13. Təcili bildiriş vərəqəsində göstərilən diaqnoz ______________________________________________
14. Xəstəliyin əvvəlində əsas simptomlar ____________________________________________________
_________________________________________________________________________________________
15. Xəstə peşə müayinəsi vaxtı epid göstərişlər üzrə □, tibbi yardım üçün müraciət edərkən □ aşkar edilmişdir
16. Epidemioloji müayinənin tarixi və vaxtı___________________________________________________
Müşahidənin sonu (tarix) __________________________________________________________________
17. Xəstələnmə tarixi
19. Diaqnozun qoyulma tarixi
20. Hospitalizasiya tarixi
21. Son diaqnoz tarixi
22. Hospitalizasiya yeri ___________________________________________________________________
23. Evdə saxlanılıb (səbəb): epidgöstəriş olmadığına görə □, kliniki göstəriş olmadığına görə □, stasionarda yer olmadığına görə □, hospitalizasiyadan imtina □
24. Gecikdirilmiş hospitalizasiyanın səbəbləri: epidgöstəriş olmadığına görə □, kliniki göstəriş olmadığına görə □, stasionarda yer olmadığına görə □, gecikdirilmiş müraciət □, gecikdirilmiş diaqnoz □, imtina □
25. Laborator müayinə aparılıb □, aparılmayıb □
26. Diaqnoz təsdiq olunub:
27. Son vaksinasiya haqqında məlumat (plan üzrə, epidgöstərişə görə, tarix, preparatın dozası, seriyası)
_________________________________________________________________________________________
Xəstənin peyvənd statusu
Peyvəndlərarası intervalların pozulması ilə
Peyvənd sxeminin pozulması səbəbləri
Xəstə peyvənd olunmayıb: tibbi əksgöstərişə görə □, imtinaya görə □, digər □
29. Yoluxmanın təxmini müddəti: ____________________________dan ______________________dək
30. Yoluxmanın təxmini müddətindən xəstəliyin əmələ gəlməsinə kimi olan müddətdə xəstənin qeyri-adi şəraitdə olması:
Başqa yaşayış məntəqəsində olması
Qohum və tanışlarla görüşməsi
Tikinti, kənd təsərrüfatı və digər işlərlə əlaqədar səfərə çıxması
Təbiət şəraitində istirahət (turist səyahəti, ov və digər) etməsi
Stasionarda müalicə alması
Qanın və ya plazmanın köçürülməsi
Tibbi əməliyyatlar (hansı)
Heyvanlarla (quşlarla) təmas
Su kəmərində, kanalizasiya sistemində qəzalar
31. Yoluxmanın mənbəyi ola bilən şübhəli şəxslər (xəstələr və ya bu infeksiyaya şübhəli şəxslər, rekonvalessentlər, infeksiya daşıyıcıları, donorlar):
Soyadı, adı, atasının adı
Diaqnoz və kliniki forma (və ya donorçuluq)
Təmas yeri, tarix və xarakteri, donorun ünvanı
32. Xəstəliyin əmələ gəlməsinə səbəb ola bilən qida məhsulları və su haqqında məlumat (güman olunan faktorlar yazılır):
Məhsulun adı, su mənbəyinin növü
Alınma yeri və tarixi
İstifadə tarixi və yeri
Keyfiyyəti (xəstənin və ya başqa şəxslərin dediyinə görə)
33. Yaşayış şəraiti: ayrı mənzil □, xüsusi ev □, ümumi mənzildə otaq □, yataqxana □, mehmanxana □, pansionat □, digərləri □
34. Yerləşdirilmənin sıxlığı ________________ nəfər ___________________ otaqda _________________ kv.metr
35. Su təchizatı: su kəməri □, su çəni □, quyu (ictimai, xüsusi) □, gətirilmə su □, açıq hovuz □, suyun keyfiyyəti (deyilənə görə)______________________
Təchizatın müntəzəmliyi__________________________________
36. Çirkabların atılması və kənar edilməsinin növü: kanalizasiya □, çirkab quyusu □, həyət ayaqyolusu □, digər üsul □
37. Zibilin kənarlaşdırılması: zibil borusu □, zibildaşıyan maşın □, konteyner □, digər üsul □
38. Mənzilin sanitariya vəziyyətinin saxlanılması______________________________________________
39. Pedikulyozun □, gəmiricilərin □, digər həşəratların □ olması
40. Xəstəliyin əmələ gəlməsində digər mühüm amillər ________________________________________
_________________________________________________________________________________________
41. Xəstənin yerləşdiyi obyektin və onun struktur bölmələrinin adları (sex, sinif, qrup)_____________
_________________________________________________________________________________________
42. Sanitariya-gigiyenik və eksepidemik tələblərə uyğunluq: ___________________________________
Yerləşmənin sıxlığı üzrə____________________________________________________________________
İzolyasıya üzrə____________________________________________________________________________
Su təchizatı üzrə__________________________________________________________________________
Kanalizasiya üzrə_________________________________________________________________________
Qida məhsullarının saxlanılması üzrə________________________________________________________
Qidanın hazırlanması üzrə_________________________________________________________________
43. Xəstəliyi törədən amillər________________________________________________________________
44. Ətraf mühitdən götürülən materialların (həşəratlar daxil olmaqla) laborator müayinəsi:
45. Yaşayış yeri, iş yeri, mütəşəkkil uşaq kollektivi üzrə təmasda olan şəxslərlə profilaktik tədbirlər:
46. Ocaqlarda infeksiyanın ötürülmə mexanizmini ləğv etmək üçün tədbirlər:
Tədbirin keçirilmə vaxtı
İçraya nəzarət (laborator müayinələrin nəticələri daxil olmaqla)
Tamamlayıcı dezinfeksiya
Xəstə ____________________________________xəstəxanaya hospitalizasiya olunmuşdur
A. Yoluxma: ____________________________________ şəhərinin
____________________________________ rayonunun
____________________________________yaşayış məntəqəsinin
ərazisində baş vermişdir
B. Ehtimal olunan yoluxma yeri:
C. Ehtimal olunan infeksiya mənbəyi:
aşkar etmək mümkün olmadı
Ç. İnfeksiya törədicisini ötürən əsas amil:
D. Yoluxmaya səbəb olan şərait:
Mənbəyin vaxtında aşkar olunmaması
Dezinfeksiya rejiminə
İmmunizasiyanın keçirilməməsi
Səbəbləri aşkar etmək mümkün deyil
Qida məhsulları ilə bağlı sanitariya qaydalarının pozulması:
Saxlanılması və daşınmasında
Xammalların işlənməsində
E. Ocaqda xəstələnmə:
Yaşayış yeri üzrə: ilkin □, ardıcıl □
İş yeri, təhsil, istirahət, müalicə yerləri üzrə: ilkin □, ardıcıl □
Həkim epidemioloq ____________________________________ İmza__________________
Digər mütəxəssislər_____________________________________İmza__________________
____________________________________ İmza __________________
Tarix _______________________________
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 15 may 2014-cü il tarixli 24/2 nömrəli qərarı ilə təsdiq edilmişdir
1. Bu Təlimat Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 363 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nin 17-1.2-ci yarımbəndini rəhbər tutaraq, “İşçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 14 yanvar tarixli 7 nömrəli qərarına əsasən hazırlanmışdır və işçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısının (bundan sonra - siyahı) tətbiqi qaydalarını müəyyən edir.
2. Bu Təlimat peşə xəstəliklərinin diaqnozunun müəyyən edilməsi, onun yerinə yetirilən iş və ya peşə ilə əlaqələndirilməsi, əmək qabiliyyətinin itirilməsinin ekspertizası, tibbi və əmək reabilitasiyasının təşkili, eləcə də müəssisələr tərəfindən işçinin sağlamlığının pozulması ilə əlaqədar onlara dəyən maddi ziyanın ödənilməsi məsələsinin həll olunmasında istifadə olunur.
3. Siyahıya həm ağır, zərərli və təhlükəli istehsalat amillərinin (faktorlarının) təsiri ilə yaranan peşə xəstəlikləri, həm də inkişafında ağır, zərərli və təhlükəli istehsalat amillərinin təsiri ilə əlaqəsi olan və orqanizmdə oxşar dəyişikliklər törədən, digər qeyri-istehsalat amillərinin açıq-aşkar təsiri istisna olunan xəstəliklər daxildir.
4. Peşə xəstəliyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin (bundan sonra nazirlik) V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu tərəfindən təyin edilir.
5. Kəskin peşə xəstəlikləri ağır, zərərli və təhlükəli istehsalat amillərinin maksimal səviyyəsinin yolverilən normasının intensivliyinin qəfildən, birdəfəlik (bir iş növbəsində) təsirinin artması nəticəsində əmələ gələn xəstəliklərdəndir.
6. Yoluxucu xəstəliklər zamanı xəstənin xəstəliyi ilə əmək fəaliyyəti arasındakı əlaqə, xəstəlik ocağında epidemioloji tədqiqat aparan ərazi gigiyena və epidemiologiya mərkəzlərinin mütəxəssisləri tərəfindən təyin edilir.
7. Xroniki peşə xəstəliklərinə ağır, zərərli və təhlükəli istehsalat amillərinin təsiri nəticəsində inkişaf edən xəstəliklər aid edilir. Xəstəliyin peşə mənşəli olub-olmaması müəyyənləşdirilərkən, xəstəliyin kliniki formaları, etioloji amilləri (xəstəliyin yaranma səbəbi), iş yerlərinin xarakteri və əməyin sanitar-gigiyenik şəraiti əsas götürülür. İstehsalat mühitinin və əlverişsiz istehsalat amillərinin səviyyəsinin tədqiqinin aparılmaması bu peşə xəstəliyi diaqnozunun qoyulmasına mane olmur.
8. Zərərli istehsalat amillərinin təsiri kəsildikdə belə peşə xəstəliklərinin sonradan inkişaf edə biləcəyi nəzərə alınmalıdır. Peşə xəstəliklərinin ağırlaşmaları peşə xəstəliklərinə aid edilir.
9. Xroniki peşə xəstəliyinin müəyyən edilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır:
9.1. ixtisasına (peşəsinə) uyğun diaqnoz göstərilməklə göndəriş (xəstənin yaşadığı ərazi üzrə ambulator-poliklinika və ya müalicə aldığı ixtisaslaşdırılmış tibb müəssisələri tərəfindən verilir);
9.2. müəssisənin yerləşdiyi ərazi üzrə gigiyena və epidemiologiya mərkəzi tərəfindən verilmiş bu Təlimata əlavədə göstərilən “İşçinin əmək şəraitinin sanitar-gigiyenik xasiyyətnaməsi” (iş prosesi zamanı işçinin təmasda olduğu bütün ağır, zərərli və təhlükəli istehsalat amilləri göstərilməklə) hazırlanır;
9.3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə əmək kitabçasının işçinin işlədiyi müəssisənin kadrlar xidməti tərəfindən təsdiq olunmuş surəti;
9.4. xəstəliyə dair aparılan müalicə və profilaktik tədbirlər göstərilməklə ambulator kitabçadan çıxarış.
10. Qarışıq etiologiyalı (müxtəlif mənşəli) peşə xəstəliklərinin ekspertizası peşə xəstəliklərinin ekspertizası kimi aparılmalıdır.
11. Peşə xəstəliyi üzrə orqanizmin funksiyalarının pozulması və peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən aparılır.
“İşçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısı”na dair Təlimata ƏLAVƏ
1. İşçi ___________________________________________________________________________________
1.1. Doğum tarixi_________________________________________________________________________
1.2. Bu sanitariya-gigiyena xasiyyətnaməsinin tərtib olunması üçün bildiriş ______________________
________________________________________________________________________________________
2. Müəssisənin adı (işəgötürən) ________________________________________________________
____________________________________________________________________________________
2.1. Obyektin adı (sexin, sahənin, emalatxananın)_________________________________________
3. İşçinin peşəsi və ya vəzifəsi ___________________________________________________________
3.1. Ümumi iş stajı_______________________________________________________________________
3.2. Həmin peşədə iş stajı_________________________________________________________________
3.3. Peşə xəstəliyinin yaranmasına səbəb ola biləcək ağır, zərərli və təhlükəli istehsalat amilləri ilə təmasda olduğu iş stajı ___________________________________________________________________
3.4. Əmək fəaliyyəti (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarışa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə əmək kitabçasına əsasən)_______________________________________________
________________________________________________________________________________________
4. Bu sahədə əmək şəraitinin təsviri ________________________________________________________
(iş yerinin sahəsi, həcmi, avadanlıqların yerləşdirilməsi və onların
________________________________________________________________________________________
________________________________________________________________________________________
________________________________________________________________________________________
________________________________________________________________________________________
________________________________________________________________________________________
4.1. Yerinə yetirilən texnoloji əməliyyatların, istehsal mühiti və əmək prosesinin bütün zərərli
amillərinin göstərilməsi ilə istehsal fəaliyyətinin dəqiq və ətraflı təsviri_________________________
________________________________________________________________________________________
4.2. İstifadə olunan material və maddələrin tərkibi və resepturası ______________________________
________________________________________________________________________________________
4.3. Əmək və istirahət rejimim xüsusiyyətləri: vaxta üsulu, növbəli, reqlamentləşdirilmiş tənəf-
füslərin olması və müddəti ________________________________________________________________
________________________________________________________________________________________
4.4. Fərdi qoruyucu vasitələrdən istifadə ____________________________________________________
5. İş yerində ağır, zərərli və təhlükəli istehsalat amillərindən asılı olaraq istehsalat mühitinin vəziyyəti (imkan daxilində dinamikda 5 il). Onları həyat keçirən təşkilatlar. Tədqiqatlar aparmış laboratoriyalar, onların aparılma tarixləri barədə məlumat. Əgər arxiv və ya ədəbiyyat göstəriciləri istifadə olunarsa, mənbə və il. Növbə ərzində zərərli amilin təsir müddəti mütləq göstərilməlidir __________________________________________________________________________________________
__________________________________________________________________________________________
__________________________________________________________________________________________
__________________________________________________________________________________________
6. İşçi zonasının havasının tərkibində kimyəvi mənşəli maddələrin miqdarı: faktiki, yol verilən hədd (YVH), neçə dəfə artıqdır ___________________________________________________________________
7. İşçi zonasının havasının tərkibində bioloji mənşəli maddələrin miqdarı: faktiki, YVH, neçə dəfə artıqdır _________________________________________________________________________________
8. İşçi zonasının havasının tərkibində fibrinogen təsirli, asbesttərkibli tozların aerozollarının miqdarı: faktiki, YVH, neçə dəfə artıqdır______________________________________________________________
9. Səs-küy. Lokal və ümumi vibrasiya, infra və ultrasəs faktiki, yol verilən səviyyə (YVS), neçə dəfə artıqdır __________________________________________________________________________________
10. İstehsalat otaqları üçün mikroiqlim göstəriciləri (havanın hərarəti S, havanın hərəkət sürəti m/san, rütubət %)________________________________________________________________________
11. İşıqlanma mühiti.Əsas göstəriciləri. İstehsalat otaqlarının işıqlanma mühitinin sanitariya-normalarına uyğunluq səviyyəsi___________________________________________________________
12. İonlaşdırıcı elektromaqnit sahələrinin və şüalarının paramaetrləri, YVS-dən nə qədər yüksəkdir_______________________________________________________________________________
13. İonlaşdırıcı şüalanmanın paramaetrləri, YVS-dən nə qədər yüksəkdir________________________
________________________________________________________________________________________
14. Sanitar-məişət otaqlarının mövcudluğu, onların istifadə və saxlanma vəziyyəti_________________
________________________________________________________________________________________
15.Qidalanma ilə, o cümlədən profilaktik və müalicə-profilaktik qidalanma ilə təminat___________
________________________________________________________________________________________
16. Tibbi təminat (dövrü tibbi müayinələrdən keçməsi), nəticəsi_______________________________
17. İşçidə əvvəllər peşə xəstəliyi qeydə alınmışdırmı, xəstəliyinin peşə ilə əlaqəsinin təyini məqsədilə peşə xəstəlikləri üzrə mütəxəssisə müayinəyə göndərilibmi _________________________
18.Bu sexdə, sahədə, peşə qrupunda peşə xəstəliyi və ya zəhərlənmənin olması__________________
19. İşçinin əmək şəraiti barədə rəy __________________________________________________________
________________________________________________________________________________________
20. Sanitariya-gigiyena xasiyyətnaməsini ____________________________________________________
_________________Gigiyena və Epidemiologiya Mərkəzinin həkim gigiyenisti ___________________
Sanitariya-gigiyena xasiyyətnaməsi ilə tanış oldular:
İşəgötürən __________________________________________
İşçi (qanuni nümayəndəsi) ____________________________
Sanitariya-gigiyena xasiyyətnaməsi _______nüsxədə tərtib olunmuşdur.
1. 15 oktyabr 2018-ci il tarixli 63 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201810150063, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 oktyabr 2018-ci il)
2. 2 dekabr 2020-ci il tarixli 56 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202012020056, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 dekabr 2020-ci il)
3. 22 noyabr 2021-ci il tarixli 39 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202111220039, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 02 dekabr 2021-ci il) (2022-ci ilin iyulun 1-dən qüvvəyə minir.)
4. 21 may 2025-ci il tarixli 5 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202505210005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 iyun 2025-ci il)
5. 7 aprel 2026-cı il tarixli 4 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202604070004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17 aprel 2026-cı il)