Qanunvericilik › “İcbari tibbi sığorta üzrə sığorta ehtiyatlarının yaradılması və onlardan istifadə Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 17.08.2020) › Tam mətn

“İcbari tibbi sığorta üzrə sığorta ehtiyatlarının yaradılması və onlardan istifadə Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 17.08.2020)

“İcbari tibbi sığorta üzrə sığorta ehtiyatlarının yaradılması və onlardan istifadə Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 17.08.2020) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1718-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 dekabr tarixli 898 nömrəli Fərmanının 2.3.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“İcbari tibbi sığorta üzrə sığorta ehtiyatlarının yaradılması və onlardan istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 17 avqust 2020-ci il

1.1. Bu Qayda “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-21.5-ci maddəsinə əsasən hazırlanmışdır və icbari tibbi sığorta üzrə sığorta ehtiyatlarının yaradılmasını və onlardan istifadə qaydasını müəyyən edir.

2.1. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra - Agentlik) sığorta əməliyyatları üzrə fəaliyyətinin sabitliyini təmin etmək məqsədilə icbari tibbi sığorta fondunun maliyyə mənbələrinin 4 faizi həcmində sığorta ehtiyatlarını yaradır.

2.2. Sığorta ehtiyatlarının istifadəsinə bu Qaydanın 2.1-ci bəndinin tələbləri nəzərə alınmaqla Agentliyin İdarə Heyətinin qərarı ilə yol verilir.

3.1. Sığorta ehtiyatlarının istifadəsinə aşağıdakı hallardan birinin və ya eyni zamanda bir neçəsinin baş verməsi zamanı yol verilir:

3.1.1. inflyasiya nəticəsində icbari tibbi sığortanın xidmətlər zərfi ilə əhatə olunan tibbi xidmətlərin tariflərinin artımına mütənasib əlavə öhdəliklərin yaranması;

3.1.2. məzənnə dəyişikliyi ilə əlaqədar Agentliyin xarici valyutada olan öhdəliklərinin həcminin artması;

3.1.3. Azərbaycan Respublikası Konstitusiyasının 111-ci maddəsinə əsasən hərbi vəziyyət elan olunduqda tibbi xidmətlərə olan yüksək tələbat nəticəsində yaranmış əlavə öhdəliklərin qarşılanması;

3.1.4. Azərbaycan Respublikası Konstitusiyasının 112-ci maddəsinə əsasən fövqəladə vəziyyət elan olunduqda sığortaolunanlara tibbi xidmətlərin göstərilməsi ilə əlaqədar əlavə maliyyə vəsaitinin tələb olunması;

3.1.5. icbari tibbi sığorta fondunun maliyyə mənbələri üzrə yığımların proqnozlaşdırılan səviyyədə icra olunmaması nəticəsində öhdəliklərin qarşılanmaması;

3.1.6. demoqrafik göstəricilərin proqnozlaşdırılmış həddi aşması ilə əlaqədar olaraq tibbi xidmətlərə olan tələbatın artması;

3.1.7. Bu Qaydanın 3.1.1-3.1.6-cı yarımbəndlərində sadalanmayan digər proseslərin təsiri ilə əhalinin xəstələnmə tendensiyalarının dəyişməsi nəticəsində icbari tibbi sığorta ödənişləri üzrə öhdəliklərin ümumi məbləğinin Agentliyin büdcəsində bu xərc istiqaməti üzrə nəzərdə tutulmuş məbləğini aşması.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver