1.1. İcra haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, “Dövlət icra məmurları haqqında” və “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının qanunlarından, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsindən, habelə digər qanunvericilik aktlarından ibarətdir.
1.1-1. İnzibati xətalara dair işlər üzrə inzibati cərimə tətbiq edilməsi barədə qərarlar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 142, 143, 144.1, 145, 146.3, 147, 150-ci maddələrinin tələbləri nəzərə alınmaqla bu Qanuna müvafiq icra olunur.
1.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə icraya dair Azərbaycan Respublikasının qanunvericiliyindən fərqli qaydalar müəyyən olunduqda, beynəlxalq müqavilələr tətbiq edilir.
1.3. Ələt azad iqtisadi zonasında məhkəmə və digər orqanların qərarlarının icrası “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.