2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir.
2.2. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
2.3. Bu Qanunda icra məmurları dedikdə “Dövlət icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun fəaliyyət göstərən dövlət icra məmurları və “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun fəaliyyət göstərən xüsusi icra məmurları nəzərdə tutulur.
2.4. Xüsusi icra məmurları məhkəmə və digər orqanların qərarlarını “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla icra edirlər.
2.5. Bu Qanunda icra qurumu və onun rəhbərinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar səlahiyyətləri xüsusi icra məmurlarına münasibətdə bilavasitə həmin icra məmurlarının özləri tərəfindən həyata keçirilir.