24.1. icra sənədi aşağıdakı hallarda aidiyyəti üzrə göndərilmiş hesab edilir:
24.1.1. icra sənədi borclunun əmək haqqından (gəlirindən) birdəfəlik və ya vaxtaşırı tutmalar üçün onun iş yerinə göndərildikdə;
24.1.2. icra sənədi bir icra qurumundan müvafiq ərazi üzrə digər quruma göndərildikdə.
24.2. İcra sənədi borclunun iş yerinə göndərildikdə, icra məmuru onun icra vəziyyətini yoxlamalıdır.
24.3. İcra sənədlərinin aidiyyəti üzrə göndərilməsi barədə icra məmuru tərəfindən tələbkara məlumat verilir.