27.1. İcra sənədləri üzrə icraat zamanı borclunun, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən onun axtarılması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur.
27.2. Borclunun əmlakının və ya uşağının axtarılması barədə də icra məmuru qərar qəbul edir.
27.3. Axtarış icra sənədinin icra olunduğu yer və ya borclunun məlum olan son yaşayış yeri (olduğu yer) üzrə yaxud onun əmlakının olduğu yer üzrə, habelə tələbkarın yaşayış yeri (olduğu yer) üzrə elan edilir.
27.3-1. Borclu hüquqi şəxsin icra orqanının rəhbərinin axtarışı icra sənədinin icra olunduğu yer və ya onun məlum olan son yaşayış yeri (olduğu yer) üzrə, habelə hüquqi şəxsin olduğu yer üzrə elan edilir.
27.4. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin və uşağın axtarılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Şəxsin axtarışının elan olunması və qərarın icrası ilə bağlı məlumat və sənəd mübadiləsi “Elektron icra” informasiya sistemi ilə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin inteqrasiyası əsasında aparılır.
27.5. Borclu hüquqi şəxsin habelə borclu hüquqi və fiziki şəxslərin əmlakının axtarılması icra məmurları tərəfindən həyata keçirilir.
27.9. Borclunun və ya onun əmlakının, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin axtarılmasından imtina olunması barədə icra məmurunun qərarından tərəflər onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.
II fəsil
İcraatda İştİrak edən şəxslər