38.1. Borclunun əmlakına baxış keçirilməsi, onun əmlakının həbsi, müsadirəsi və yaxud başqasına verilməsi, habelə borclunun və ya başqa şəxslərin tutduğu yaxud borcluya və ya başqa şəxslərə məxsus yaşayış və ya qeyri-yaşayış sahələrinin, obyektlərin açılması ilə bağlı həyata keçirilən icra hərəkətlərində hal şahidlərinin iştirakı məcburidir.
38.2. Digər hallarda hal şahidləri maraqlı tərəfin təklifinə əsasən icra məmuru tərəfindən dəvət olunurlar.
38.3. İcraatın iştirakçıları ilə qohumluq və tabeçilik əlaqələrində olmayan, tam fəaliyyət qabiliyyətli 18 yaşına çatmış hər bir vətəndaş hal şahidi qismində dəvət oluna bilər. Hal şahidlərinin sayı ikidən az ola bilməz.