Qanunvericilik › İcra haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 41

Maddə 41. İcra məmurları ilə dövlət orqanlarının (qurumlarının) qarşılıqlı fəaliyyəti

İcra haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

41.1. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı icra məmurlarına maneçilik törədildikdə və ya onların həyat və sağlamlıqları üçün təhlükə yarandıqda, müvafiq icra hakimiyyəti orqanı qanuna uyğun olaraq icra məmurlarına kömək göstərməyə borcludur. Digər dövlət orqanları (qurumları) icra hərəkətlərinin həyata keçirilməsinə əsasnamələrinə (nizamnamələrinə) uyğun olaraq yardım etməlidirlər.

41.2. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı icra məmurlarının borclu hüquqi və fiziki şəxsin əmlakı, o cümlədən pul vəsaitləri və digər maddi sərvətləri barədə məlumatı “Elektron icra” informasiya sistemi vasitəsilə əldə etmək hüququ vardır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver