Qanunvericilik › İcra haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 56

Maddə 56. Tələbin borclu hüquqi şəxsin pul vəsaitlərinə yönəldilməsi

İcra haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

56.1. Borclu hüquqi şəxsin kassasında və ya başqa otaqlarında aşkar edilmiş nağd pul vəsaitləri (manatla və xarici valyuta ilə) götürülür.

56.2. Götürülmüş manatla pul vəsaitləri, borcun həcmi miqdarında tələbkarın hesabına, icra ödənişinin həcmi miqdarında dövlət büdcəsinə və ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürülməsi üçün həmin gün banka təhvil verilir. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün nəzərdə tutulmuş vəsait isə icra xidmətinin depozit hesabına köçürülür.

56.3. Borclu hüquqi şəxsin banklarda və ya digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinin üzərinə həbs qoyulması ilə bağlı icra məmuru bu Qanunun 45-ci maddəsində nəzərdə tutulmuş tədbirləri görür.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver