6.1. Aşağıdakılar icra sənədləri sayılır:
6.1.1. Məhkəmələr tərəfindən:
Azərbaycan Respublikası məhkəmələrinin qərarları;
iddianın təmin edilməsi ilə bağlı tədbirlərin görülməsi haqqında məhkəmələrin qərardadları;
məhkəmələrin cinayət işləri üzrə hökmlərinin, qərardadlarının və qərarlarının əmlakın alınmasına dair hissəsi;
xarici və yerli arbitraj məhkəmələrinin qərarları;
xarici dövlətlərin məhkəmələrinin qərarları əsasında verilən icra vərəqələri.
6.1.2. məhkəmə əmrləri;
6.1.2-1. icra məmurlarının icra ödənişinin alınması barədə qərarları;
6.1.3. alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlər;
6.1.4. notariusun icra qeydləri;
6.1.5. inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarları;
6.1.6. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarları;
6.1.6-1. xüsusi icra məmurunun standart haqqın tutulması barədə qərarı;
6.1.7. Vekseldə onun aksepti haqqında qeyd olunubsa, onun aksepti hallarında veksel üzrə ödənilməməsinə görə qanunvericiliyə uyğun verilən protestlər;
6.1.8. Bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar;
6.1.9. məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderləri (bundan sonra – qısamüddətli mühafizə orderi).