Qanunvericilik › İcra haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 66

Maddə 66. Tələbin cəza çəkən və ya barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş borclunun qazancına yönəldilməsi

İcra haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

66.1. Tələb, islah işləri növündə cəza çəkən məhkumların qazancına, məhkəmənin hökmünə və ya qərardadına əsasən tutulan məbləğlər çıxıldıqdan sonra, bu Qanunun 64-cü və 65-ci maddələri ilə müəyyən edilmiş qaydada yönəldilir.

66.2. Tələb cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların qazancına bu Qanunun 64-cü və 65-ci maddələri ilə müəyyən edilmiş qaydada yönəldilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver