81.1. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər belə xərclərin nağdsız qaydada həyata keçirilməsini təsdiq edən ödəniş sənədləri əsasında borclu tərəfindən icra xidmətinin depozit hesabına 3 iş günü müddətində köçürülür və müvafiq xərcləri çəkmiş şəxslərin hesabına göndərilir.
81.1-1. Elektron hərracın keçirilməsi ilə bağlı xərclər hərracın qalibi tərəfindən, əmlak bu Qanunun 62.20-ci maddəsinə uyğun olaraq tələbkar tərəfindən əldə edildikdə isə tələbkar tərəfindən ödənilir. Elektron hərracın baş tutmadığı digər hallarda onun keçirilməsi ilə bağlı xərclər elektron hərracda iştirak haqları hesabına kompensasiya edilir.
81.2. İcra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin ləğv edilməsi ilə əlaqədar icraata xitam verildikdə, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər dövlət büdcəsi hesabına ödənilir.
81.4. İcra hərəkətləri ilə bağlı xərclərin tutulması, habelə bu Qanunla müəyyən edilmiş hallarda həmin xərclərin dövlət büdcəsi hesabına ödənilməsi icra məmurunun qərarına əsasən həyata keçirilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə göndərilir.
81.5. Tərəflər bu Qanunun 81.4-cü maddəsində nəzərdə tutulmuş qərarın surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.