81-2.1. Bu Qanunun 79.1-ci maddəsinin birinci cümləsi və 79.2-ci maddəsi istisna olmaqla, bu Qanunun X fəslinin müddəaları xüsusi icra məmurlarının fəaliyyətinə şamil olunmur.
81-2.2. Xüsusi icra məmurlarının fəaliyyəti üzrə xərclər və haqlar “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş qaydada hesablanır və ödənilir.
XI fəsil
Məhkəmə və dİgər orqanların qərarlarının İcrası haqqında Azərbaycan Respublİkası qanunverİcİlİyİnİn pozulmasına görə məsulİyyət