Qanunvericilik › İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. İctimai şuranın sədri, sədr müavini və katibi

İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9.1. İctimai şuranın sədri şuranın iclasında şuranın üzvləri arasından iki il müddətinə seçilir.

9.2. İctimai şuranın sədri:

9.2.1. ictimai şuranın fəaliyyətinə rəhbərlik edir;

9.2.2. dövlət və yerli özünüidarəetmə orqanları, vətəndaş cəmiyyəti institutları ilə münasibətlərdə ictimai şuranı təmsil edir;

9.2.3. ictimai şuranın fəaliyyətinin prioritet istiqamətlərini müəyyənləşdirir;

9.2.4. ictimai şuranın iclaslarına sədrlik edir.

9.3. İctimai şura sədrinin müavini şuranın iclasında şuranın üzvləri arasından iki il müddətinə seçilir.

9.4. İctimai şuranın katibi şuranın iclasında şura üzvləri arasından iki il müddətinə seçilir.

9.5. İctimai şuranın katibi:

9.5.1. ictimai şuranın cari fəaliyyətini təmin edir;

9.5.2. ictimai şura üzvlərinin fəaliyyətini əlaqələndirir;

9.5.3. ictimai şuranın aktlarını aidiyyəti üzrə təqdim edir;

9.5.4. ictimai şuranın kargüzarlıq işini təşkil edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver