Qanunvericilik › İctimai televiziya və radio yayımı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12

Maddə 12. İctimai yayım proqramlarının dili

İctimai televiziya və radio yayımı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

12.1. İctimai yayım proqramları, bir qayda olaraq, Azərbaycan Respublikasının dövlət dilində yayımlanır. "Proqramların dili" dedikdə, qaçan sətirlər (subtitr) və təsviri (mətni) açıqlayan səs başa düşülür.

12.2. Xarici dildə hazırlanan proqramlar, bu dildəki tədris və retranslyasiya edilən proqramlar istisna edilməklə, Azərbaycan dilində subtitrlərlə müşayiət olunur, bədii, sənədli filmlər, çıxışlar və s. Azərbaycan dilinə tərcümə edilir.

12.3. İctimai yayım proqramlarına Azərbaycan Respublikasının ərazisində yaşayan milli azlıqların dillərində proqramlar daxil edilir.

12.4. İctimai yayım proqramlarında dövlət dili normalarına riayət edilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver