Qanunvericilik › “İdmançılara təqaüdlərin və digər ödənişlərin verilməsi Meyarları və Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 25.01.2010) › Tam mətn

“İdmançılara təqaüdlərin və digər ödənişlərin verilməsi Meyarları və Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 25.01.2010)

“İdmançılara təqaüdlərin və digər ödənişlərin verilməsi Meyarları və Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 25.01.2010) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

"Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 147 nömrəli Fərmanının 1.13-cü bəndinin icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "İdmançılara təqaüdlərin və digər ödənişlərin verilməsi Meyarları və Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, idmançılara təqaüdlərin və digər ödənişlərin verilməsi üçün tələb olunan xərclərin hər il dövlət büdcəsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə "Bədən tərbiyəsi və idmanın təşkili" bölməsi üçün nəzərdə tutulmuş vəsait dairəsində maliyyələşdirilməsini təmin etsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 25 yanvar 2010-cu il

Bu Meyarlar və Qaydalar "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 147 nömrəli Fərmanının 1.13-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və idmançılara təqaüdlərin və digər ödənişlərin verilməsi meyarlarını və qaydalarını müəyyən edir.

2.1. İdman sahəsində təqaüdlər Olimpiya və Paraolimpiya Oyunlarına vəsiqə qazanmış idmançılara və beynəlxalq yarışlara hazırlıq və onlarda iştirakı prosesində milli yığma komandanın üzvlərinə verir.

2.2. Olimpiya və Paraolimpiya Oyunlarına vəsiqə qazanmış milli yığma komandaların hər bir üzvünə xüsusi dövlət təqaüdü verilir.

2.3. Olimpiya və Paraolimpiya Oyunlarına vəsiqə qazanmış idmançılara xüsusi dövlət təqaüdlərinin verilməsi Olimpiya və Paraolimpiya Oyunlarına ciddi hazırlığın, təlim-məşqlərin və beynəlxalq arenada yüksək idman nailiyyətləri göstərilməsinin stimullaşdırılmasını təmin etmək məqsədi daşıyır.

2.4. Xüsusi dövlət təqaüdlərinin ödənilməsi Olimpiya və Paraolimpiya Oyunlarına vəsiqə qazanması faktının müvafiq Beynəlxalq Federasiya tərəfindən təsdiq edilməsindən dərhal sonra həyata keçirilir. Təqaüdlərin son ödənilmə müddəti Olimpiya və Paraolimpiya Oyunlarının başlandığı günə qədər hesab olunur.

2.5. Beynəlxalq yarışlara hazırlıq və iştirakla bağlı təqaüdlər idman növləri üzrə respublika federasiyalarının təqdimatları əsasında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən hər il üçün təsdiq edilmiş milli yığma komandaların tərkibində çıxış edən idmançılara verilir.

Təqaüdlər milli yığma komandaların tərkibində çıxış edən idmançılara onların həmin komandada fəaliyyət göstərdikləri müddətdə verilir.

3.1. Milli yığma komandaların tərkibində çıxış edən idmançılara beynəlxalq yarışlara hazırlıq və iştirakla bağlı ödənişlər və xərclər aşağıdakılardan ibarətdir:

3.1.1. təlim-məşq toplanışlarında və beynəlxalq yarışlarda iştirak müddətində idmançıların qidalanması, vitamin və digər dərman vasitələri ilə təmin edilməsi və bərpa prosesləri üçün xərclər;

3.1.2. idmançıların sığortası, xüsusi idman avadanlıqları, ləvazimatları və geyimləri ilə təmin olunmaları üçün xərclər və ezamiyyə xərcləri.

4.1. Xüsusi dövlət təqaüdləri Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində bədən tərbiyəsi və idman tədbirləri üçün nəzərdə tutulan vəsaitlər hesabına yalnız nağdsız qaydada ödənilir. Bu təqaüdlərin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin müvafiq əmri ilə həyata keçirilir.

4.2. Milli yığma komandaların tərkibinə təsdiq edilmiş idmançılara təqaüdlərin müəyyən edilməsi və ödənilməsi müvafiq idman növləri üzrə idmançıların mənsub olduqları idman təşkilatları və respublika federasiyaları tərəfindən həyata keçirilir.

4.3. Bu Qaydaların 3-cü bəndində göstərilmiş milli komandaların tərkibində çıxış edən idmançılara beynəlxalq yarışlara hazırlıq və iştirakla bağlı tələb olunan digər ödənişlər və xərclər həmin yarışlara hazırlıq və iştirakı həyata keçirən müvafiq təşkilat tərəfindən ödənilir.

1. 26 may 2017-ci il tarixli 234 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 may 2017-ci il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 1005)

2. 25 sentyabr 2024-cü il tarixli 443 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 sentyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 29 sentyabr 2024-cü il, № 213, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1106)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver