14.1. İntizam qurumu bu Qanunla və milli antidopinq qurumunun qaydaları ilə onun səlahiyyətlərinə aid edilmiş antidopinq qayda pozuntularını müəyyənləşdirmək və onlarla bağlı işlərə baxmaq səlahiyyətinə malikdir. Beynəlxalq səviyyəli idmançılar və milli səviyyəli idmançılar nəticələrin idarə edilməsi üzrə antidopinq təşkilatının, ÜADA-nın və digər antidopinq təşkilatlarının razılığı ilə ilkin dinləmə olmadan birbaşa İdman Arbitraj Məhkəməsində dinləmə keçirilə bilər.
14.2. İntizam qurumu bu Qanuna və milli antidopinq qurumunun qaydalarına uyğun olaraq antidopinq qayda pozuntularına görə tətbiq edilən sanksiyaları müəyyənləşdirmək hüququna malikdir.
14.3. İntizam qurumu fəaliyyətini ədalətli və qərəzsiz həyata keçirir.
14.4. İntizam qurumunun qərarı və ya antidopinq qayda pozuntularına görə tətbiq etdiyi sanksiyalar İdman Arbitraj Məhkəməsindən və ya apellyasiya qurumundan başqa digər məhkəmə, arbitraj məhkəməsi, dinləmə orqanı tərəfindən ləğv edilə, dəyişdirilə və ya etibarsız hesab edilə bilməz.
14.5. İdman subyektləri intizam qurumunun tələblərinə riayət etməlidirlər.