Qanunvericilik › İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 17

Maddə 17. Apellyasiya qurumunun hüquqları

İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

17.1. Apellyasiya qurumu bu Qanunda və milli antidopinq qurumunun qaydalarında nəzərdə tutulan pozuntu hallarını müəyyənləşdirmək və onlarla bağlı işlərə baxmaq hüququna malikdir. ÜADA Məcəlləyə uyğun olaraq şikayət etmək hüququna malik olarsa və tərəflərdən biri yekun qərardan şikayət verməzsə, bu qərarla bağlı ÜADA birbaşa İdman Arbitraj Məhkəməsinə şikayət edə bilər.

17.2. Apellyasiya qurumu bu Qanuna və milli antidopinq qurumunun qaydalarına uyğun olaraq antidopinq qayda pozuntularına görə tətbiq edilən sanksiyaları müəyyənləşdirmək hüququna malikdir.

17.3. Apellyasiya qurumu öz səlahiyyətlərini ədalətli və qərəzsiz şəkildə yerinə yetirməlidir.

17.4. Apellyasiya qurumu tərəfindən tətbiq edilən son qərar və ya antidopinq qayda pozuntularına görə tətbiq edilən sanksiyalar İdman Arbitraj Məhkəməsindən başqa digər məhkəmə, arbitraj məhkəməsi, dinləmə orqanı tərəfindən ləğv edilə, dəyişdirilə və ya etibarsız hesab edilə bilməz.

17.5. İdman subyektləri apellyasiya qurumunun tələblərinə riayət etməlidirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver