Qanunvericilik › “İlkin tibbi yardım göstərən tibb müəssisələrində müalicəsinə icazə verilən xəstəliklərin (psixi pozuntuların) Siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 11.06.2012) › Tam mətn

“İlkin tibbi yardım göstərən tibb müəssisələrində müalicəsinə icazə verilən xəstəliklərin (psixi pozuntuların) Siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 11.06.2012)

“İlkin tibbi yardım göstərən tibb müəssisələrində müalicəsinə icazə verilən xəstəliklərin (psixi pozuntuların) Siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 11.06.2012) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 25 oktyabr tarixli 224-IVQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 24 noyabr tarixli 532 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“İlkin tibbi yardım göstərən tibb müəssisələrində müalicəsinə icazə verilən xəstəliklərin (psixi pozuntuların) Siyahısı” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 11 iyun 2012-ci il

Üzvi emosional-labil (astenik) pozuntu

Yüngül dərəcəli koqnitiv pozuntu

Yüngül dərəcəli depressiv epizod

Orta dərəcəli depressiv epizod

Rekurrent depressiv pozuntu, yüngül dərəcəli gedişli epizod

Rekkurent depressiv pozuntu, orta dərəcəli gedişli epizod

Təşviş pozuntuları (epizodik paroksizmal həyəcan)

Generalizə olunmuş təşviş pozuntuları

Qarışıq təşviş və depressiv pozuntular

Kəskin stress reaksiyası

Posttravmatik stress pozuntusu

Uyğunlaşma pozuntusu (adaptasiya pozuntuları)

Somatikləşmiş pozuntu

Somatoform vegetativ pozuntu

Qeyri-üzvi mənşəli yuxusuzluq

Qeyri-üzvi mənşəli hipersomniya

Qeyri-üzvi mənşəli ayıq-yuxu rejiminin pozuntusu

Qeyd. Siyahıda qeyd olunan pozuntuların ilkin tibbi yardım göstərən tibb müəssisələrinin həkimləri tərəfindən müalicəsi zamanı bir ay müddətində xəstənin vəziyyəti yaxşılaşmadıqda, xəstə mütləq ixtisaslaşdırılmış psixiatriya müəssisəsinə göndərilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver