31.1. İnformasiya sahibi ictimai informasiyanı elə üsulla açıqlamalıdır ki, bu informasiya ehtiyacı olan hər kəsə mümkün qədər tez çatsın.
31.2. İctimai informasiyanın açıqlanması üsulu xüsusi qanunla və ya beynəlxalq müqavilələrlə nəzərdə tutulubsa, onda ictimai informasiya açıqlanarkən həmin qanunla və ya beynəlxalq müqavilə ilə nəzərdə tutulan üsul tətbiq olunur. Əgər həmin vəzifə, həmçinin bu Qanunun 29.1-ci maddəsinin tələblərindən irəli gəlirsə, ictimai informasiya İnternet informasiya ehtiyatlarına da daxil edilir.
31.3. İnformasiya sahibi insanların həyatı, sağlamlığı və əmlakı, yaxud ətraf mühit üçün yaranan təhlükə, ictimaiyyət üçün mühüm əhəmiyyət kəsb edən digər hadisələr və faktlar barədə informasiyanı, həmin təhlükənin qarşısını almaq və onun mümkün olan nəticələrini azaltmaq məqsədilə dövri mətbuatda, televiziya və radio proqramlarında və İnternet informasiya ehtiyatlarında təcili surətdə açıqlamalıdır.