56.1. Dövlət orqanları bu Qanunun 29.1-ci maddəsində göstərilən ictimai informasiyaları açıqlamaq üçün ən qısa zamanda, lakin bu Qanun dərc olunduqdan sonra 1 ildən gec olmayaraq öz İnternet informasiya ehtiyatlarını yaradırlar, bələdiyyələr isə bu Qanunun 29.1-ci maddəsində göstərilən ictimai informasiyaları açıqlamaq üçün mümkün qədər qısa zamanda, lakin bu Qanun dərc olunduqdan sonra 3 ildən gec olmayaraq öz İnternet informasiya ehtiyatlarını formalaşdıra bilərlər.
56.2. Müvafiq icra hakimiyyəti orqanları tabeliklərində olan dövlət orqanlarının öz İnternet informasiya ehtiyatlarını formalaşdırmaları üçün ən qısa zamanda, lakin bu Qanun dərc olunduqdan sonra 2 ildən gec olmayaraq şərait yaratmalıdırlar.
56.3. İctimai funksiyaları yerinə yetirən hüquqi şəxslər (o cümlədən publik hüquqi şəxslər), həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslər, bu Qanunun 9.3-cü maddəsində nəzərdə tutulan informasiya sahibləri öz İnternet informasiya ehtiyatlarını mümkün qədər qısa zamanda, lakin bu Qanun dərc olunduqdan sonra 2 ildən gec olmayaraq yaradırlar.
56.4. İnformasiya sahibləri malik olduqları, fəaliyyət nəticəsində yaratdıqları və ya əldə etdikləri ictimai informasiyaları bu Qanunun 56.1-ci, 56.2-ci və 56.3-cü maddələri qüvvəyə minənədək, qanunvericiliklə nəzərdə tutulmuş digər üsullarla açıqlayır və ya informasiya sorğusu əsasında təqdim edirlər.