7.1. Maddi daşıyıcıda mətn, səs və ya təsvir formasında qeydə alınan və identikləşdirməyə imkan verən istənilən rekvizitli informasiya mənbəyindən, saxlanma yerindən, rəsmi statusundan, mülkiyyət növündən, mənsub olduğu təşkilat tərəfindən yaradılıb-yaradılmadığından asılı olmayaraq, sənədləşdirilmiş informasiya (bundan sonra - sənəd) hesab olunur.
7.2. İnformasiya sahibi sənədə malikdir, əgər:
7.2.1. informasiya sahibində mövcud olan sənəd digər informasiya sahibinə məxsus deyilsə;
7.2.2. digər informasiya sahibində mövcud olan sənəd informasiya sahibinə məxsusdursa.