Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti haqqında Əsasnamə”nin müvafiq yarımbəndlərinin və Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 23 nömrəli Fərmanı ilə təsdiq olunmuş “İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması haqqında” Əsasnamənin 11-ci hissəsinin müddəalarına müvafiq olaraq, informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması üzrə görülən iş haqqının ödənilməsi məsələsinin tənzimlənməsi məqsədilə
1. “İnformasiyanı mühafizə vasitələrinin məcburi sertifikatlaşdırılması üzrə görülən iş haqqının ödənilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Hüquqi təminat idarəsi: bu Qərarın qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunması təmin edilsin.
3. “İnformasiyanı mühafizə vasitələrinin məcburi sertifikatlaşdırılması üzrə görülən iş haqqının ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının keçmiş Milli Təhlükəsizlik Nazirliyinin 2015-ci il 16 yanvar tarixli Q/2 nömrəli qərarı ləğv edilsin.
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin “06” sentyabr 2017-ci il tarixli Q/16 nömrəli qərarı ilə təsdiq edilmişdir.
1.1. Bu Qayda Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 23 nömrəli Fərmanı ilə təsdiq olunmuş “İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması haqqında Əsasnamə”nin 11-ci hissəsinin və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti haqqında Əsasnamə”nin müvafiq yarımbəndlərinin icrası ilə əlaqədar hazırlanmışdır və informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması üzrə görülən iş haqqının ödənilməsi və ödənilən vəsaitlərin uçotunun aparılması qaydalarını müəyyən edir.
1.2. Bu Qaydada istifadə olunan əsas anlayışlar Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 23 nömrəli Fərmanı ilə təsdiq olunmuş “İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması haqqında Əsasnamə” ilə nəzərdə tutulmuş mənaları ifadə edir.
2.1. İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması üzrə görülən iş haqqının ödənilməsi sertifikatlaşdırmanın iştirakçıları arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq həyata keçirilir.
2.2. İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması üçün istehsalçı informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırması üzrə orqana (təşkilata) sifarişlə (ərizə) müraciət edir.
2.3. İnformasiyanı mühafizə vasitələrini sınaqdan keçirən sınaq laboratoriyası müəyyənləşdirildikdən sonra informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması üzrə orqan (təşkilat) və sınaq laboratoriyası tərəfindən sertifikatlaşdırma ilə bağlı görüləcək işlərin smetası tərtib və təsdiq edilir.
2.4. İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması üzrə görülməli olan işlərin smetası təsdiq edildikdən sonra sertifikatlaşdırma iştirakçıları arasında müqavilə bağlanır.
2.5. İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması üzrə orqan (təşkilat) və sınaq laboratoriyası tərəfindən müvafiq işlər yerinə yetirildikdən sonra (sertifikatlaşdırmanın nəticəsindən asılı olmayaraq) istehsalçı tərəfindən müqavilə ilə nəzərdə tutulmuş qaydada vəsaitin informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması üzrə orqanın (təşkilat) və sınaq laboratoriyasının müvafiq büdcədənkənar xəzinə hesabına ödənilməsini təmin edir.
3.1. Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması fəaliyyəti ilə bağlı daxil olmuş vəsaitlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 mart tarixli 16 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”yə müvafiq olaraq büdcədənkənar vəsaitlərdir və həmin daxilolmaların uçotu büdcədənkənar vəsaitlərin uçotu qaydasında aparılır.
3.2. İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması fəaliyyəti ilə bağlı daxilolmalar və həmin daxilolmaların istifadəsi ilə bağlı xərclər büdcədənkənar vəsaitlər üzrə gəlir və xərclər smetasında müvafiq qaydada nəzərə alınır.