Qanunvericilik › İnşaatda Tikinti norma və qaydalarının, dövlət standartlarının tətbiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 15.04.1992) › Tam mətn

İnşaatda Tikinti norma və qaydalarının, dövlət standartlarının tətbiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 15.04.1992)

İnşaatda Tikinti norma və qaydalarının, dövlət standartlarının tətbiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 15.04.1992) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Tikintinin Ümumittifaq normativ – qanunvericilik xarakterli sənədlərini işləyib, təsdiqini təmin edən vahid ittifaq orqanı kimi SSRİ Dövlət Tikinti və İnvestisiyalar Komitəsinin öz fəaliyyətini dayandırması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. Yeni Ümumrespublika tikinti normaları və standartları işlənib təsdiq edilənədək Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura İşləri Komitəsi, respublika nazirlikləri, müəssisə və təşkilatları hazırda tikinti sahəsində qüvvədə olan normativ və qanunvericilik aktlarını rəhbər tutsunlar.

2. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura İşləri Komitəsi respublika iqtisadiyyatında yeni bazar münasibətlərini nəzərə alaraq, respublika ərazisində tikinti normalarının, qaydalarının və dövlət standartlarının tətbiq edilməsi məsələləri ilə bağlı lazımi izahatlar versin və qərarlar qəbul etsin.

3. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura İşləri Komitəsi texniki cəhətdən inkişaf etmiş ölkələrin beynəlxalq və milli standartlaşdırma təşkilatlarının təcrübəsinə uyğun yeni metodik və təşkili prinsipləri nəzərə alaraq “Azərbaycan Respublikasının tikinti norma, qayda və standartları dövlət sisteminin əsas müddəaları”nı əlaqədar təşkilatlarla birlikdə işləyib hazırlasın.

Azərbaycan Respublikasının baş nazirinin səlahiyyətlərini icra edən

Azərbaycan Respublikası Nazirlər Kabineti işlər müdirinin müavini

Bakı şəhəri, 15 aprel 1992-ci il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver