Qanunvericilik › İnsan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən müavinətin məbləğinin müəyyən edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 17.06.2006) › Tam mətn

İnsan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən müavinətin məbləğinin müəyyən edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 17.06.2006)

İnsan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən müavinətin məbləğinin müəyyən edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 17.06.2006) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 avqust tarixli 272 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. İnsan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə 700 manat məbləğində müavinət müəyyən edilsin.

2. Müəyyən edilsin ki, bu qərarın 1-ci bəndi ilə bağlı maliyyələşdirmə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 17 iyun 2006-cı il

1. 27 may 2010-cu il tarixli 99 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə 476)

2. 3 avqust 2012-ci il tarixli 170 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 7 avqust 2012-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, №08, maddə 821)

3. 4 iyun 2019-cu il tarixli 256 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 iyun 2019-cu il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1145)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver