Qanunvericilik › İnsan alverinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 14

Maddə 14. İnsan alveri qurbanlarına yardım mərkəzləri

İnsan alverinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

14.1. İnsan alveri qurbanlarına yardım mərkəzləri (bundan sonra – yardım mərkəzləri) insan alveri qurbanlarına onların hüquq və mənafelərinin müdafiəsinə dair mövcud inzibati və hüquqi prosedurlar haqqında izahatlar vermək, tibbi, psixoloji və digər zəruri yardımın göstərilməsi, habelə insan alveri qurbanlarının sosial reabilitasiyasına kömək məqsədilə yaradılır.

14.2. Yardım mərkəzlərində insan alveri qurbanlarının şəxsiyyətinin anonimliyi təmin edilir və onların razılıqları olmadan barələrində cinayət təqibi orqanlarına və ya digər dövlət orqanlarına məlumat verilmir. İnsan alverinin qurbanı uşaqlar olduqda onlar barədə qəyyumluq və himayə orqanına və uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaya dərhal məlumat verilir.

14.3. Yardım mərkəzlərində davranışından, cinayət təqibi orqanları ilə əməkdaşlıq etmək və insan alverçilərinə qarşı ifadə vermək istəyindən asılı olmayaraq, özünü insan alverinin qurbanı kimi təqdim edən hər hansı şəxsə onun xahişi ilə yardım göstərilir.

14.4. Yardım mərkəzlərində şəxsin insan alverinin qurbanı olması ehtimal olunduqda, bu Qanunun 13-cü maddəsinə uyğun olaraq həmin şəxsin sığınacaqda yerləşdirilməsi üçün tədbirlər görülür.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver