Qanunvericilik › İnsan həyatı üçün təhlükə yaradan üsullarla narkoloji xəstələrin müalicəsi Qaydasının təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 12.08.2002) › Tam mətn

İnsan həyatı üçün təhlükə yaradan üsullarla narkoloji xəstələrin müalicəsi Qaydasının təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 12.08.2002)

İnsan həyatı üçün təhlükə yaradan üsullarla narkoloji xəstələrin müalicəsi Qaydasının təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 12.08.2002) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “İnsan həyatı üçün təhlükə yaradan üsullarla narkoloji xəstələrin müalicəsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 12 avqust 2002-ci il

İnsan həyatı üçün təhlükə yaradan üsullarla (kodlaşdırma və s.) narkoloji xəstələrin müalicəsi hüquqi əhəmiyyətlə bərabər sırf psixoterapevtik əhəmiyyət də kəsb edir və aşağıdakı qaydalara riayət edilməklə həyata keçirilir:

1. insan həyatı üçün tәhlükә yaradan üsulların tətbiq edilməsinə yalnız narkoloji xəstə tərəfindən könüllü olaraq yazılı şəkildə verilmiş ərizə əsasında yol verilir;

2. əgər bu üsullarla müalicə üçün müraciət edən narkoloji xəstə yetkinlik yaşına çatmayıbsa və yaxud məhkəmənin qərarı ilə mәhdud fəaliyyət qabiliyyətli hesab edilərsə, bu halda onun yaxın qohumlarının bu üsulların tətbiqinə etiraz etmədikləri həmin ərizədə qeyd olunmalıdır;

3. bu üsullarla narkoloji xəstələrin müalicəsi dövlət narkoloji ambulator və ya stasionar müəssisələrində həkim komissiyasının qərarı əsasında aparılır:

4. bu üsulların tətbiqindən əvvəl xəstənin vəziyyəti qiymətləndirilməli və lazım gəldikdə müvafiq müalicə tədbirləri həyata keçirilməlidir;

5. həkim-narkoloq tərəfindən klinik (tibbi) psixoloqla birlikdə hər bir narkoloji xəstə üçün fərdi müalicə, psixoloji reabilitasiya və psixoloji korreksiya, habelə sonrakı müşahidə proqramı tərtib edilir;

6. bu üsullarla müalicə üçün xəstə könüllü müraciət etdikdə, onun öz hərəkətlərini, davranışını qiymətləndirə bilmək bacarığı həkim tərəfindən müəyyən edilir;

7. bu üsulları tətbiq edən həkim xəstəni əvvəlcədən bütün baş verə biləcək nəticələr barədə yazılı surətdə xəbərdar edir və sənəd həmişə xəstənin üzərində saxlanılır;

8. bu üsulların tətbiqi digər müalicə tədbirlərinin həyata keçirilməməsinə səbəb ola bilməz;

9. digər müalicə üsullarının tətbiqi zamanı xəstəyə həyatı üçün təhlükə yaradan müalicə üsullarının tətbiq edilməsi nəzərə alınır.

1. 22 fevral 2020-ci il tarixli 62 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 fevral 2020-ci il, № 44, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 210)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver