Qanunvericilik › İnsan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi ilə əlaqədar detoksifikasiyanın keçirilməsi Qaydasının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 31.07.2002) › Tam mətn

İnsan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi ilə əlaqədar detoksifikasiyanın keçirilməsi Qaydasının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 31.07.2002)

İnsan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi ilə əlaqədar detoksifikasiyanın keçirilməsi Qaydasının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 31.07.2002) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli, 581 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "İnsan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi ilə əlaqədar detoksifikasiyanın keçirilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 31 iyul 2002-ci il

1. İnsan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi ilə əlaqədar detoksifikasiya (maddələrin və ya onların dağılması məhsullarının orqanizmdən çıxarılması yolu ilə orqanizmin zəhərlənmə nəticəsində pozulmuş funksiyalarının bərpası, insan psixikasına təsir göstərən maddələrin doğurduğu abstinent sindromunun və asılılığın aradan qaldırılması) narkoloji tibb müəssisəsində təşkil olunmuş intensiv terapiya palatasında həyata keçirilir.

2. İstisna hallarda xəstənin həyatı üçün bilavasitə təhlükə yarandıqda, detoksifikasiya digər tibb müəssisələrində (reanimasiya, toksikologiya şöbələri) həyata keçirilə bilər. Xəstənin həyatı üçün təhlükə aradan qaldırıldıqdan sonra o, narkoloji tibb müəssisəsinə köçürülməlidir.

3. Detoksifikasiya müddəti narkoloji xəstənin psixi və somatik vəziyyətindən asılı olaraq müəyyən edilir.

4. Detoksifikasiya əsasən dezintoksikasiya, hemosorbsiya və plazmaferez metodlarla həyata keçirilir.

5. Göstərilən detoksifikasiya metodları aşağıdakı hallara tətbiq edilə bilər:

narkoloji xəstəliklərlə əlaqədar həyat üçün təhlükə yaradan vəziyyətlərin (ağır abstinensiya halı, psixozlar, koma və s.) mövcudluğu;

narkoloji xəstəliklərlə yanaşı, digər xəstəliklərin (diabet, onkoloji xəstəliklər, hepatitlər, vərəm və s.) olması;

xəstələrin arzusu ilə (yazılı şəkildə) seçilən detoksifikasiya üsulunun Həkim Məsləhət Komissiyasının qərarı əsasında qiymətləndirilməsi və təyininin mümkünlüyü.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver