“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 622 nömrəli Fərmanının 4-cü hissəsinin üçüncü abzasının icrasını təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 14.5-ci bəndini və 19-cu hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyası
1. “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” təsdiq edilsin (əlavə olunur).
2. “Xəstəliklərin Beynəlxalq Təsnifatının onuncu redaksiyasına (XBT 10) keçilməsi ilə əlaqədar, doğum və ölüm hallarını təsdiqləyən tibbi sənədlərin təkmilləşdirilməsi barədə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2001-ci il 02 oktyabr tarixli 100 nömrəli əmri və “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydasına dair Təlimat”ın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2015-ci il 03 iyul tarixli 52 nömrəli əmri və “Tibbi statistika sahəsində işin təkmilləşdirilməsi barədə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2016-cı il 30 dekabr tarixli 100 nömrəli əmrinin 1 nömrəli əlavəsinin 1.3.20-ci və 1.3.21-ci yarımbəndləri ləğv edilsin.
3. Hüquq və daxili nəzarət sektoruna (E.Əzizov) tapşırılsın ki, bu qərar 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.
4. Qərarın icrasına nəzarət nazir müavinlərinə həvalə edilsin.
Nazirin səlahiyyətlərini icra edən
Kollegiyanın məsul katibi vəzifəsini
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1.1. Bu Qayda “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinin ikinci hissəsinə əsasən insanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarlarını və qaydasını müəyyən edir.
2.1. Ölüm zamanı insanın orqanizmində ardıcıllığa malik mərhələli bioloji proseslər gedir. Buna müvafiq olaraq insan olümü kliniki və beyin ölümündən sonra bioloji ölümlə başa çatır.
2.2. Kliniki ölüm mərhələsində ürəyin fəaliyyəti və tənəffüs prosesi dayanır, orqanizmin həyat fəaliyyətinin xarici əlamətlərinin heç biri müşahidə olunmur, lakin təxirəsalınmaz reanimasiyon tədbirlər nəticəsində orqanizmin həyat fəaliyyətini bərpa etmək mümkün olur. Kliniki ölümü tibb işçisi (həkim və ya feldşer) müəyyən edir.
2.3. Ürəyin işləməsi və ağciyərlərin süni ventilyasiyası fonunda beynin bütün funksiyalarının tam dayanmasının və geridönməz proseslərinin qeydə alınması beyin ölümünün baş verməsini göstərir. Beyin ölümü diaqnozu xəstənin olduğu tibb müəssisəsində həkimlərin konsiliumu tərəfindən qoyulur. Konsiliumun tərkibinə öz ixtisası üzrə ən azı 5 il iş təcrübəsi olan həkim anestezioloq-reanimatolo və həkim nevropatoloq daxil edilməlidir..
2.4. Bioloji ölüm orqanizmin həyat fəaliyyətinin geridönməz dayanmasıdır. İnsanın bioloji ölümü orqanizmdə meydana çıxmış erkən və (və ya) gec meyit əlamətləri əsasında müəyyən edilir.
2.4-1. Meyitdən transplantasiya məqsədi ilə insan orqanlarının və toxumalarının götürülməsi zamanı bioloji ölüm və ya beyin ölümünün baş verməsi barədə qərar “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə uyğun olaraq həkim konsiliumu tərəfindən qəbul edilir.
2.4-2. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 25.4-cü maddəsinə əsasən donorun ölüm anının təsdiqində həkim-transplantoloqun və transplantasiya üzrə koordinatorun iştirakı qadağandır.
2.5. Beyin ölümü və ya bioloji ölüm insanın ölüm anı hesab edilir.
3.1. Reanimasiya tədbirləri orqanizmin həyativacib orqan və sistemlərinin funksiyalarının bərpasına, o cümlədən tənəffüs və qan dövranı funksiyalarının süni surətdə saxlanmasına yönəldilir və həkim və ya feldşer tərəfindən həyata keçirilir, onlar olmadıqda isə ürək-ağciyər-beyin reanimasiya tədbirlərinin aparılması üzrə tibbi təlim keçmiş və müvafiq vərdişləri mənimsəmiş şəxslər tərəfindən (fövqəladə hallarda) həyata keçirilir.
3.2. Reanimasiya tədbirləri aşağıdakı hallarda dayandırılır:
3.2.1. bu qaydanın 2.3-cü bəndinə əsasən beyin ölümünün müəyyənləşdirilməsi əsasında insan ölümünün təsdiqlənməsi zamanı;
3.2.2. reanimasiya tədbirlərinin insanın həyati vacib funksiyaların bərpasına 30 dəqiqə ərzində yönəldilməsi nəticəsiz olduqda;
3.2.3. reanimasiya tədbirlərinin tam həcmdə (ağciyərin süni ventilyasiyası, ürəyin masajı, dərman vasitələrinin istifadəsi) keçirilməsinə başlanmasından 10 dəqiqə ərzində, yenidoğulmuşlarda ürək döyüntüsünün olmaması;
3.2.4. bioloji ölümün əlamətləri aşkarlandıqda.
3.4. Bioloji ölüm anı bu Qaydanın 2.4-1-ci bəndi nəzərə alınmaqla bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinin həkim və ya feldşeri tərəfindən müəyyən edilir və “Ölüm haqqında tibbi şəhadətnamə” doldurulur (1 nömrəli əlavə).
4.1. “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir.
4.2. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir.
4.3. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir.
4.4. Aşağıdakı hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir:
4.4.1. hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı;
4.4.2. infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda;
4.4.3. tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında;
4.4.4. zorakı ölümə şübhə olduğu hallarda;
4.4.5. ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda;
4.4.6. ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda;
4.5. Ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir.
4.6. Yenidoğulmuşun ölümü 168 saat ərzində baş veribsə “Perinatal ölüm haqqında tibbi şəhadətnamə” doldurulur (3 nömrəli əlavə).
4.7. Şəhadətnamədə bilavasitə ölümə səbəb olmuş xəstəlik, travma və ya digər hallar və ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmamış digər vacib hallar da ardıcıllıqla qeyd olunmalıdır. Ölümün səbəbi “Xəstəliklərin və Sağlamlıqla Bağlı Problemlərin Beynəlxalq Statistik Təsnifatı (XBT-10)” üzrə kodlaşdırılmalıdır.
4.8. Şəhadətnamə həkim və ya feldşer tərəfindən “Ölüm haqqında tibbi şəhadətnamə” elektron registri vasitəsilə doldurulur, məlumatı dolduran şəxs və tibb müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə imzalanır. Şəhadətnamənin verilməsi üçün müraciət edən şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri tibb müəssisəsinə təqdim etməlidir. Tibb müəssisəsi tərəfindən qeyd edilən sənədlər yoxlanıldıqdan sonra vəfat edənin müraciət etmiş ailə üzvü və ya qohumu şəhadətnaməni elektron xidmət vasitəsilə əldə edə bilər.
4.9. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.1-ci maddəsinə uyğun olaraq, ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülür.
5.1. Bu Qaydanın 4.8-ci bəndinə əsasən şəhadətnamənin elektron xidmət vasitəsilə əldə edildiyi hallar istisna olmaqla, şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin həmin ölüm faktının qeydiyyatdan keçməməsi barədə təsdiqedici sənədi və müraciət edən şəxsin ərizəsi əsasında şəhadətnamənin dublikatı verilir.
5.2. Tibb müəssisəsinin rəhbəri şəhadətnamələrin, o cümlədən onların dublikatlarının düzgün doldurulmasına nəzarət edir və onların qeydiyyatını aparır.
5.3. Şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur.
"İnsan ölüm anının müəyyən edilməsi reanimasiya tədbirlərinin dayandırıması meyarları və qaydası"na 1 nömrəli əlavə
__________________________________________________________________________________________________________________
ÖLMÜŞ ŞƏXS HAQQINDA MƏLUMAT ÖLDÜYÜ YER
Respublika tabeli şəhərlər və rayonlar
Tabeliyində olan şəhər, rayon, kənd, qəsəbə
Peşəsi (vəzifəsi, iş yeri)*
Qəsəbə, kənd küçə, bina, mənzil
I hissə Bilavasitə ölümə səbəb olmuş xəstəlik və ya hal Patoloji prosesin başlanması ilə
(törənmiş və ya nəticəsi olmuş)
(törənmiş və ya nəticəsi olmuş)
(törənmiş və ya nəticəsi olmuş)
II hissə Ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmuş xəstəliklə və ya patoloji halla əlaqədar olmayan başqa vacib hallar
Əlavə tibbi məlumatlar
Travma və zəhərlənmənin tarixi
Ölüm səbəbi təyin edilib
Ölüm nəyin əsasında təyin edilib
Ölən qadın reproduktiv yaşında olduqda
Ölən hansı imtiyazlı qrupa aiddir
Tibbi şəhadətnaməni verən tibb müəssisənin kodu
Tibb işçisinin soyadı
* 1 yaşa qədər ölmüş uşaqlar üçün anaya aid məlumat doldulurur.
** Yalnız 1 yaşa qədər ölmüş uşaqlar üçün doldulurur.
Ölüm haqqında tibbi şəhadətnamənin elektron reyestri
İmzalayan şəxs (və ya şəxslər): (Ad, Soyad / Vəzifə
Sənədin elektron yüklənmə ünvanı:
“İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”na
Çağırışın tarixi «______» ________________________20____ il
Xəstənin yanına gəlmə vaxtı «________» saat «________» dəqiqə
Ünvan _____________________________________________________________________
Xəstənin S.A.A._____________________________________________________________
Yaşı_____________A/T______________Nəbzi______________Hərarəti_______________
Aparılmış müalicə tədbirləri____________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
Səyyar həkimin tövsiyələri (məsləhəti)___________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
Sizə ___saylı KYS-nın aşağıdakı tərkibində təcili tibbi yardım briqadası xidmət etdi:
Həkim:_______________________________________________________________________
Feldşer:______________________________________________________________________
Sürücü:______________________________________________________________________
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
“İnsanın ölüm anının müəyyən edilməsi,
reanimasiya tədbirlərinin dayandırılması
meyarları və qaydası”na 3 nömrəli əlavə
Soyadı, adı, atasının adı
Şəxsiyyəti təsdiq edən sənədin adı
UŞAQ HAQQINDA MƏLUMAT
Soyadı, adı, atasının adı
Ölüm səbəbinin autopsiya ilə təsdiqi
Ölüm səbəbini müəyyən etmişdir
ƏLAVƏ TİBBİ MƏLUMATLAR
Həkimə (feldşerə) müraciətlərin sayı
Uşaq hamiləliyin neçənci həftəsində doğulmuşdur
Uşaq neçə döllü doğuşdan doğulub
Əgər çoxdöllü doğuşdan doğulubsa, əkizlərdən neçəncidir
Diridoğulma əlamətləri
Apqar şkalası: 1 dəq. sonra
bal. Silverman şkalası 1 dəq. sonra
Reanimasiya tədbirləri
Doğuşu qəbul etmişdir
Əvvəlki hamiləliklərdən: diridöllə doğuş sayı
Əvvəlki hamiləliyin nəticəsi
Hamiləlik dövrünün tibbi risk amilləri
Yenidoğulmuşun ağırlaşmaları
Anadangəlmə anomaliyalar
Qan qrupu və Rh: yenidoğulmuş
Peyvəndlərə əks-göstərişlər
Tibbi şəhadətnaməni verən tibb müəssisəsinin adı
1. 24 may 2021-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202105240014, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 31 may 2021-ci il)
2. 19 sentyabr 2022-ci il tarixli 21 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202209190021, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 23 sentyabr 2022-ci il)