Qanunvericilik › İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 10

Maddə 10. Topologiyadan istifadəyə müstəsna hüququn pozulması hesab edilməyən hərəkətlər

İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

10.1. Topologiyadan istifadəyə müstəsna hüququn pozulması hesab edilməyən hərəkətlər aşağıdakılardır:

10.1.1. qanuni əldə edilmiş İS-dən və ya ondan ibarət olan məmulatdan istifadə edən şəxs, İS-in yaxud məlumatın topologiyaya istifadəyə müstəsna hüququn pozulması ilə hazırlandığını və yayıldığını bilməyibsə, topologiyaya hüquq sahibindən müvafiq xəbərdarlıq alandan sonra bu şəxs tərəfindən hər bir İS-ə yaxud məmulata uyğun kompensasiya ödənilməsi;

10.1.2. qazanc götürmədən şəxsi, həmçinin qiymətləndirmə, təhlil, tədqiqat yaxud tədris məqsədləri üçün istifadə;

10.1.3. qanuni yolla təsərrüfat dövriyyəsinə buraxılmış qorunan topologiyalı İS-in yayılması.

10.2. Başqa müəllif tərəfindən müstəqil yaradılmış identik orijinal topologiyadan istifadəyə münasibətdə həyata keçirilən və bu Qanunun 7.4-cü maddəsində göstərilən hərəkətlər topologiyadan istifadəyə müstəsna hüququn pozulması sayılmır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver