“Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 540-VQD nömrəli Qanununun tətbiqi və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 mart tarixli 1296 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 12 oktyabr 2017-ci il
1.1. Bu Qayda “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 13-1.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında internet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin (bundan sonra - operatorlar və provayderlər) uçota alınması, uçot məlumatlarında dəyişikliklərin edilməsi və uçotunun ləğvi qaydasını müəyyən edir.
1.2. İnternet telekommunikasiya xidməti göstərən provayder dedikdə, internet provayder və host provayder nəzərdə tutulur.
1.3. Operatorların və provayderlərin uçotu operatorların və provayderlərin və ya onların səlahiyyətli nümayəndələrinin müraciəti əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən bu Qayda əsasında aparılır.
1.4. Operatorların və provayderlərin uçota alınması, habelə uçot məlumatlarında dəyişiklik edilməsi ödənişsiz həyata keçirilir.
2.1. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. IPv4 - 4-cü versiya internet protokolu;
2.1.2. IPv6 - 6-cı versiya internet protokolu;
2.1.3. İP ünvan - internet şəbəkəsinə qoşulmuş hər bir kompüter və qurğulara verilən unikal şəbəkə ünvanı;
2.1.4. Avtonom Sistem (AS) - vahid marşrutlama siyasətinə malik, bir və ya bir neçə şəbəkə operatoru tərəfindən idarə olunan İP ünvan və marşrutlayıcılar sistemi.
2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar “Telekommunikasiya haqqında” və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş mənaları ifadə edir.
3.1. Operatorlar və provayderlər xidmət göstərməyə başladıqları vaxtdan 15 (on beş) gün müddətində Nazirlikdə uçota durmalıdırlar.
3.2. Operatorlar və provayderlər uçota alınmaları üçün “Elektron hökumət” portalına daxil olaraq müvafiq autentifikasiya prosesini keçməklə, bu Qaydanın 1 və 2 nömrəli əlavələrində göstərilən formada ərizəni elektron qaydada doldururlar, elektron imza sertifikatlarından istifadə etməklə imzalayırlar və bu Qaydanın 3.3-cü bəndində göstərilən sənədləri əlavə edərək göndərirlər.
3.3. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
3.3.1. operator (provayder) hüquqi şəxs olduğu halda, onun nizamnaməsinin surəti;
3.3.3. xidmət göstərməyə başladığı ilk abunəçi (abunəçilər) ilə bağlanılmış müqavilənin (müqavilələrin) surəti (surətləri) (bu Qayda qüvvəyə mindiyi tarixədək internet telekommunikasiya xidməti göstərməyə başlamış operatorlar və provayderlər üçün xidmət müqaviləsinin (müqavilələrin) surəti (surətləri);
3.3.4. ərizə ərizəçinin nümayəndəsi tərəfindən doldurulduğu təqdirdə, müvafiq səlahiyyətini təsdiq edən sənədin surəti.
3.3-1. Uçota alınma üçün nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
3.4. Uçota alınma üçün ərizə müraciət edən şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən doldurulur. Ərizədə göstərilənlərin düzgünlüyünə müraciət edən cavabdehdir.
3.5. Uçota alınma barədə müraciət Nazirliyə daxil olduğu gün qeydiyyata alınır və müraciət edən şəxsə ərizə və tələb olunan sənədlərin surətlərinin qəbul edilməsi barədə elektron təsdiqetmə bildirişi göndərilir.
3.6. Nazirlikdə uçota alınması üçün təqdim olunan sənədlərə onların qeydiyyat tarixindən etibarən 7 (yeddi) iş günü müddətində baxılır.
3.7. Bu Qaydanın 3.8-ci bəndində nəzərdə tutulmuş hallar olmadıqda, operator və provayder 7 (yeddi) iş günü müddətində uçota alınır. Bu halda bu Qaydanın 3 nömrəli əlavəsində göstərilən formada bildiriş gücləndirilmiş elektron imza ilə təsdiqlənməklə, “Elektron Hökumət” portalında yerləşdirilir və müraciət edən şəxsin elektron üsulla əldə etməsi imkanı təmin olunmaqla yanaşı, uçota alınma ilə bağlı elektron təsdiqetmə bildirişi göndərilir.
3.8. Operatorun və provayderin uçota alınmasından aşağıdakı hallarda imtina edilir:
3.8.1. uçota alınma üçün təqdim edilmiş ərizə tam şəkildə doldurulmadıqda və ya ərizəyə qeyri-dürüst, yaxud təhrif olunmuş məlumatların daxil edildiyi müəyyən olunduqda;
3.8.2. təqdim edilmiş sənədlərdə çatışmazlıqlar (bu Qaydanın 3.3-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) aşkar edildikdə;
3.9. Bu Qaydanın 3.8-ci bəndində göstərilən hallar müəyyən edildikdə, operatorun və provayderin uçota alınmasından imtina edilir və uçota alınma barədə müraciətin qeydiyyata alındığı tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq, müraciət edənə imtinanın səbəbləri göstərilməklə elektron formada məlumat verilir.
3.10. İmtinadan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.
3.11. Operator və provayder uçota alınmadan imtina üçün əsas olmuş halları aradan qaldıraraq, 15 (on beş) gün müddətində yenidən müraciət etməlidir.
3.12. Operatorların və provayderlərin uçotu eyniadlı informasiya sistemi vasitəsilə aparılır.
3.13. Uçota alınmış operatorlar və provayderlər barədə aşağıdakı məlumatlar bildirişin təqdim olunduğu tarixdən 3 (üç) iş günü ərzində Nazirliyin internet informasiya ehtiyatında yerləşdirilir:
3.13.1. uçota alınan operatorun və ya provayderin adı;
3.13.2. göstərdiyi internet telekommunikasiya xidmətinin növü;
3.13.3. uçota alınma tarixi və uçot nömrəsi;
3.13.4. uçot ləğv olunduqda, uçotun ləğv olunma tarixi və səbəbi.
4.1. Uçota alınması üçün təqdim edilmiş məlumatlarda hər hansı dəyişiklik (bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla) baş verdikdə, operatorlar və provayderlər və ya onların səlahiyyətli nümayəndələri dəyişiklik baş verdiyi gündən 10 (on) gün müddətində “Elektron hökumət” portalı vasitəsilə təsdiqedici sənədləri müraciətlərinə əlavə etməklə Nazirliyə məlumat verirlər.
4.2. Uçota alınmış operatorların və provayderlərin fəaliyyətlərinin dayandırılması barədə onlar və ya səlahiyyətli nümayəndələri fəaliyyətlərinin dayandırıldığı gündən 10 (on) gün müddətində “Elektron hökumət” portalı vasitəsilə Nazirliyə məlumat verirlər.
4.3. Operatorların və provayderlərin uçot məlumatlarında dəyişiklik edilməsi və ya uçotunun ləğv olunması ilə əlaqədar müraciəti Nazirliyə daxil olduğu gün qeydiyyata alınır və müraciət edən şəxsə müraciətin qəbul edilməsi barədə elektron təsdiqetmə bildirişi göndərilir. Həmin müraciətə onun qeydiyyat tarixindən 3 (üç) iş günü müddətində Nazirlik tərəfindən baxılaraq, müvafiq olaraq, Nazirliyin internet informasiya ehtiyatında yerləşdirilmiş uçot məlumatları yenilənir və ya uçot ləğv edilir.
4.4. Uçot aşağıdakı hallarda ləğv olunur:
4.4.1. uçota alınmış operator və ya provayder tərəfindən xidmət göstərilməsinin dayandırıldığı barədə müvafiq ərizə təqdim edildikdə;
4.4.2. uçota alınma üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə;
4.4.3. vergi ödəyicisi olan fiziki şəxs vergi uçotundan çıxarıldıqda;
4.4.4. məhkəmənin müvafiq qərarı olduqda;
4.4.5. hüquqi şəxs ləğv edildikdə.
5.1. Nazirlik operatorların və provayderlərin uçotunun həyata keçirilməsi üçün:
5.1.1. operatorların və provayderlərin uçota alınması istiqamətində tədbirlər görür;
5.1.2. operatorlar və provayderlər ilə bağlı aidiyyəti dövlət orqanlarına və qurumlarına sorğular verir;
5.1.3. uçot məlumatlarının aktuallığını təmin edir.
5.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), habelə bu Qaydanın 4.4.3-cü və 4.4.5-ci yarımbəndləri ilə əlaqədar operatorlar və provayderlər barədə məlumatların “Elektron hökumət” portalı vasitəsilə Nazirlik tərəfindən əldə edilməsi üçün şərait yaradır.
Bu Qayda qüvvəyə mindiyi tarixədək internet telekommunikasiya xidməti göstərməyə başlamış operatorlar və provayderlər Qaydanın qüvvəyə mindiyi tarixdən sonrakı 2 (iki) ay ərzində Nazirliyə müraciət edərək, bu Qaydaya uyğun olaraq uçota durmalıdırlar.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə
Hüquqi şəxsin adı: ____________________________________________________________
Rəhbərin vəzifəsi, soyadı və adı: _______________________________________________
Hüquqi ünvanı: ______________________________________________________________
Fəaliyyət ünvanı: _____________________________________________________________
İnternet informasiya ehtiyatının ünvanı: _________________________________________
Fəaliyyət növü (biri və ya bir neçəsi seçilməlidir): Operator ☐, İnternet provayder ☐, Host provayder ☐
Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN): ________________________________
Göstərdiyi internet telekommunikasiya xidmətinin növləri_________________________
_____________________________________________________________________________
Fəaliyyətinin əhatə dairəsi: _____________________________________________________
İstifadəsində olan “IPv4” və “IPv6” intervalı: _____________________________________
Avtonom Sistem (AS) nömrəsi: _________________________________________________
Xidmət göstərməyə başladığı tarix: _____________________________________________
Telefon nömrəsi: _____________________________________________________________
Faks nömrəsi: ________________________________________________________________
Elektron poçt ünvanı: _________________________________________________________
Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi: _________________________________________
Şəxsiyyət vəsiqəsini verən orqanın adı və vəsiqənin verilmə tarixi: __________________
Yaşayış yeri: _________________________________________________________________
Telefon nömrəsi: _____________________________________________________________
Faks nömrəsi: ________________________________________________________________
Elektron poçt ünvanı: _________________________________________________________
Qoşma: Uçota alınma üçün tələb olunan sənədlər.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə
Soyadı, adı və atasının adı: ____________________________________________________
Şəxsiyyət vəsiqəsinə dair məlumatlar:
Seriya və nömrə: _____________________________________________________________
Nə vaxt və kim tərəfindən verilmişdir: __________________________________________
Ünvanı: _____________________________________________________________________
Fəaliyyət ünvanı: _____________________________________________________________
İnternet informasiya ehtiyatının ünvanı:__________________________________________
Fəaliyyət növü (biri və ya bir neçəsi seçilməlidir): Operator ☐, İnternet provayder ☐, Host provayder ☐
Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN): ________________________________
Göstərdiyi internet telekommunikasiya xidmətinin növləri: ________________________
_____________________________________________________________________________
Fəaliyyətin əhatə dairəsi: ______________________________________________________
İstifadəsində olan “IPv4” və “IPv6” intervalı: _____________________________________
Avtonom Sistem (AS) nömrəsi: _________________________________________________
Xidmət göstərməyə başladığı vaxt: ______________________________________________
Telefon nömrəsi: ______________________________________________________________
Faks nömrəsi: ________________________________________________________________
Elektron poçt ünvanı: _________________________________________________________
Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi: _________________________________________
Şəxsiyyət vəsiqəsini verən orqanın adı və vəsiqənin verilmə tarixi: __________________
Yaşayış yeri: _________________________________________________________________
Telefon nömrəsi: _____________________________________________________________
Faks nömrəsi: ________________________________________________________________
Elektron poçt ünvanı: _________________________________________________________
Qoşma: Uçota alınma üçün tələb olunan sənədlər.
“____” ____________ 20____ il tarixində internet telekommunikasiya xidməti göstərən ________________________________ kimi uçota
alınmışdır. Bu sənəd gücləndirilmiş elektron imza ilə təsdiqlənmişdir.
Sənədə aid informasiyanı qrafik şəkildə təsvir edən ikiölçülü matriks-kod (QR kod)
1. 30 aprel 2018-ci il tarixli 191 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 may 2018-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 836)
2. 14 sentyabr 2018-ci il tarixli 388 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 sentyabr 2018-ci il, № 206, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1916)
3. 9 iyun 2021-ci il tarixli 166 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyun 2021-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, IV kitab, maddə 672)
4. 4 aprel 2022-ci il tarixli 138 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 aprel 2022-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 388)
5. 5 avqust 2023-cü il tarixli 278 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 avqust 2023-cü il, “Xalq” qəzeti, 11 avqust 2023-cü il, № 169, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, II kitab, maddə 1261)
6. 22 may 2024-cü il tarixli 274 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 611)