Qanunvericilik › “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bir sıra normativ hüquqi aktların təsdiqi barədə (Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, 03.08.2011) › Tam mətn

“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bir sıra normativ hüquqi aktların təsdiqi barədə (Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, 03.08.2011)

“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bir sıra normativ hüquqi aktların təsdiqi barədə (Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, 03.08.2011) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı

“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bir sıra normativ hüquqi aktların təsdiqi barədə

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməni əsas tutaraq və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2010-cu il tarixli 353 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

2. Lisenziyalaşdırma və nəzarət şöbəsinə (A.Əhmədov) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələlərin həll edilməsini təmin etsin.

3. Hüquq şöbəsinə (Y.Məmmədov) tapşırılsın:

3.1. bu Qaydaların 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin;

3.2. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn normativ hüquqi aktların digər icra hakimiyyəti orqanları ilə razılaşdırılması prosesini sürətləndirsin.

4. Ümumi şöbəyə (K.Abbasova) tapşırılsın ki, QKDK-nın aparatının, QKDK-nın Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin, habelə tabeliyində olan qurumların bu Qərarla tanış olmalarını təmin etsin.

5. QKDK sədrinin 06 mart 2000-ci il tarixli 036 nömrəli Əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında fəaliyyət göstərən investisiya fondlarının vahid reyestrinin aparılması”, “İnvestisiya fondunun nizamnamə kapitalının formalaşdırılması”, “İnvestisiya fondlarının fəaliyyətinə dair sənədlərin saxlanılması və investisiya fondu tərəfindən ona məxsus qiymətli kağızların depozitariyə verilməsi”, “İnvestisiya fondunun və fondun müdiriyyətinin (müdirinin) fəaliyyətinin nəticələri haqqında hesabatların Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə təqdim olunması, mətbuatda dərc olunması, habelə digər kütləvi informasiya vasitələrində verilməsi” Qaydaları, “İnvestisiya fondları ilə depozitari arasında bağlanan depozitar müqaviləsinin əsas müddəalarına dair”, “İnvestisiya fondunun idarə edilməsi barədə müqaviləyə dair”, “İnvestisiya fondunun ala biləcəyi qiymətli kağızların növləri, habelə fondun investisiya portfelinin likvidliyi üzrə” Tələbləri, “Açıq investisiya fondlarının xalis aktivlərinin qiymətləndirilməsi qaydaları haqqında” Əsasnaməsi qüvvədən düşmüş hesab edilsin.

6. Bu Qərarın icrasına nəzarət sədr müavini İ.Muradova həvalə edilsin.

1. 06 sentyabr 2012-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201209060014, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 13 sentyabr 2012-ci il)

2. 30 noyabr 2012-ci il tarixli 17 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201211300017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 dekabr 2012-ci il)

3. 12 dekabr 2012-ci il tarixli 18 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201212120018, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 dekabr 2012-ci il)

4. 18 dekabr 2013-cü il tarixli 5 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201312180005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 dekabr 2012-ci il)

5. 7 iyul 2017-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201707070277, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2017-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver