Qanunvericilik › İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 10

Maddə 10. Paylı investisiya fondunun təşkili və fəaliyyəti

İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

10.1. Paylı investisiya fondu açıq, interval və ya qapalı formada yaradılır.

10.2. Paylı investisiya fondunun yaradılması barədə qərar idarəçi tərəfindən qəbul edilir.

10.3. İdarəçi paylı investisiya fondunun idarə edilməsi qaydalarına müvafiq olaraq fondu təşkil edən bütün əmlak hüquqlarını payçıların xeyrinə həyata keçirir.

10.4. İdarəçi paylı investisiya fondunun əmlakı ilə bağlı fondun idarə edilməsi qaydalarına zidd olmayan əqdlər bağlayır. Bu əqdlər idarəçi tərəfindən, onun hansı paylı investisiya fondunun adından çıxış etdiyi göstərilməklə bağlanılır.

10.5. İdarəçi idarəetməsində olan paylı investisiya fondunun fəaliyyəti ilə bağlı məhkəmə orqanlarında iddiaçı və cavabdeh qismində çıxış edir.

10.6. Paylı investisiya fondunun formalaşdırılmasının baş tutmuş hesab edilməsi üçün yetərli olan kapitalın minimum həcminə dair tələblər Mərkəzi Bank tərəfindən müəyyən edilir.

10.7. Paylı investisiya fondunun xalis aktivlərinin minimum həcminə dair tələblər Mərkəzi Bank tərəfindən müəyyən edilir.

10.8. Vençur kapitalı fondu kimi fəaliyyət göstərən qapalı paylı investisiya fondunun pay mülkiyyətçilərinin (peşəkar investorlarının) ümumi sayı yüzdən çox ola bilməz.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver