Qanunvericilik › İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 2

Maddə 2. İnvestisiya fondları haqqında qanunvericilik

İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

2.1. Azərbaycan Respublikasında investisiya fondlarının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, bu Qanun və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları, Mərkəzi Bankın normativ xarakterli aktları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.

2.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Qanundan fərqli qaydalar müəyyən edildikdə, beynəlxalq müqavilələrin normaları tətbiq edilir.

2.3. Bu Qanun, dövlətin investisiya siyasətinin həyata keçirilməsi üçün dövlət tərəfindən yaradılmış hüquqi şəxslərə və onların təsis etdiyi qurumlara şamil olunmur.

2.3-1. Ələt azad iqtisadi zonasında investisiya fondları sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.

2.4. İnvestisiya fondları dövlətin, dövlət isə investisiya fondlarının öhdəliklərinə görə məsuliyyət daşımır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver