32.1. Səhmdar investisiya fondu, onun və (və ya) paylı investisiya fondunun idarəçisi tərəfindən səhmlərin (payların) əldə edilməsi və (və ya) geri satın alınmasına dair sifarişlərin qəbulu yerlərində investorlara, səhmdarlara və pay mülkiyyətçilərinə tanış olmaq üçün aşağıdakılar barədə məlumatlar təqdim edilməlidir:
32.1.1. səhmdar investisiya fondunun nizamnaməsi, investisiya bəyannaməsi, emissiya prospekti (informasiya memorandumu) və paylı investisiya fondunun qaydaları;
32.1.2. investisiya fondunun aktivlərinin tərkibi, strukturu və dəyəri, investisiya fondunun xalis aktivləri və bu məlumatların müəyyən edildiyi son tarixə bir payın hesablanmış dəyəri;
32.1.3. səhmdar investisiya fondunun və ya idarəçinin ötən maliyyə ili üzrə kənar auditor tərəfindən müvafiq rəy əlavə edilməklə təsdiq olunmuş maliyyə hesabatları;
32.1.4. ötən maliyyə ili üzrə səhmdar investisiya fonduna, idarəçiyə, depozitara, auditora və qiymətləndiriciyə (qiymətləndirici təşkilata) fondun aktivləri hesabına ödənilməli olan mükafatların, xərclərin və xidmət haqlarının həcmi;
32.1.5. səhmdar investisiya fonduna, idarəçiyə, depozitara qarşı son bir il ərzində tətbiq edilmiş sanksiyalar.