AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASININ QƏRARI
“İnvestisiya fondlarının və idarəçinin hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması Qaydaları”nın təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 288 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nin 4.10.12-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti
1. “İnvestisiya fondlarının və idarəçinin hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq və icraat departamentinə (Əfqan Baxışov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
İdarə Heyətinin sədri
1.1. Bu Qaydalar “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.5-ci maddəsinə müvafiq olaraq hazırlanmışdır.
1.2. Bu Qaydalar səhmdar investisiya fondları və investisiya fondlarının idarəedilməsi fəaliyyətini həyata keçirənlər (bundan sonra – idarəçi) tərəfindən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına (bundan sonra – Palata) təqdim edilən hesabatlara dair tələbləri, habelə onların Palataya təqdim edilməsi və açıqlanması qaydalarını müəyyən edir.
2.1. Səhmdar investisiya fondu fəaliyyəti ilə əlaqədar olaraq Palataya yarımillik və illik hesabatlar təqdim edir.
2.2. Səhmdar investisiya fondu tərəfindən Palataya təqdim edilən yarımillik hesabatın tərkibi aşağıdakılardan ibarətdir:
2.2.1. maliyyə vəziyyəti haqqında hesabat, mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat, kapitalda dəyişiklər haqqında hesabat, pul vəsaitlərinin hərəkətləri haqqında hesabat, əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər;
2.2.2. investisiya fondunun aktivləri və öhdəlikləri haqqında hesabat (Əlavə № 1);
2.2.3. investisiya fondunun əmlakında baş vermiş dəyişikliklər haqqında hesabat (Əlavə № 2);
2.2.4. səhmdar investisiya fondunun fiziki və hüquqi şəxs olan səhmdarlarının ayrı-ayrılıqda sayı və səhmləri haqqında hesabat (Əlavə № 3);
2.2.5. səhmdar investisiya fondunun nizamnamə kapitalının on faizi və daha artıq həcmdə səsli səhmlərə malik olan şəxslər haqqında məlumat (fiziki şəxsin soyadı, adı, atasının adı; hüquqi şəxsin adı, olduğu yer və VÖEN-i), onların hər birinə məxsus olan səhmlərin sayı və səhmdar investisiya fondunun nizamnamə kapitalında payı;
2.2.6. təşkilati və idarəetmə strukturunda baş vermiş dəyişikliklər barədə məlumat.
2.3. Səhmdar investisiya fondu tərəfindən Palataya təqdim edilən illik hesabatın tərkibi bu Qaydaların 2.2.1 – 2.2.6-cı yarımbəndlərində nəzərdə tutulmuş məlumatlardan əlavə olaraq aşağıdakılardan ibarətdir:
2.3.1. investisiya fondunun xərcləri haqqında hesabat (Əlavə № 4);
2.3.2. xidmətindən istifadə etdiyi investisiya şirkətləri, auditorlar, qiymətləndiricilər və depozitar haqqında məlumat (adı, olduğu yer, VÖEN, lisenziya əsasında fəaliyyət göstərdikdə lisenziyanın nömrəsi və verilmə tarixi).
3.1. İdarəçi öz fəaliyyəti ilə əlaqədar olaraq Palataya yarımillik və illik hesabatlar təqdim edir.
3.2. İdarəçi tərəfindən Palataya təqdim edilən yarımillik hesabatın tərkibi aşağıdakılardan ibarətdir:
3.2.1. idarəçinin təşkilati-hüquqi forması, tam və qısaldılmış adı, dövlət qeydiyyatının tarixi və nömrəsi;
3.2.2. idarəçinin hüquqi ünvanı və olduğu yer;
3.2.3. idarəçinin adında və təşkilati-hüquqi formasında dəyişikliklər olduqda, idarəçinin bütün əvvəlki adları və təşkilati-hüquqi formaları, habelə onların dövlət qeydiyyatına alındığı tarixlər, idarəçi hüquqi şəxslərin birləşməsi şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxslərin adları və təşkilati-hüquqi formaları;
3.2.4. idarəçinin fiziki və hüquqi şəxs olan səhmdarlarının (payçıların) ayrı-ayrılıqda sayı;
3.2.5. idarəçinin nizamnamə kapitalının on faizi və daha artıq həcmdə səsli səhmlərə (paylara) malik olan şəxslər haqqında məlumat (fiziki şəxsin soyadı, adı, atasının adı; hüquqi şəxsin adı, olduğu yer və VÖEN-i), onların hər birinə məxsus olan səhmlərin sayı və səhmdar investisiya fondunun nizamnamə kapitalında payı;
3.2.6. idarəetməsində olan investisiya fondları və ya digər şəxslər barədə məlumat;
3.2.7. təşkilati və idarəetmə strukturunda baş vermiş dəyişikliklər barədə məlumat;
3.2.8. maliyyə vəziyyəti haqqında hesabat, mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat, kapitalda dəyişikliklər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.
3.3. İdarəçi tərəfindən Palataya təqdim edilən illik hesabatın tərkibi bu Qaydaların 3.2.1 – 3.2.8-ci yarımbəndlərində nəzərdə tutulmuş məlumatlardan əlavə olaraq aşağıdakılardan ibarətdir:
3.3.1. idarəçinin fəaliyyətinin yoxlanılması ilə bağlı kənar auditorun rəyi;
3.3.2. xidmətindən istifadə etdiyi investisiya şirkətləri, auditorlar, qiymətləndiricilər və depozitar haqqında məlumat (adı, olduğu yer, VÖEN, lisenziya əsasında fəaliyyət göstərdikdə lisenziyanın nömrəsi və verilmə tarixi).
4.1. İdarəçi idarəetməsində olan paylı investisiya fondlarının fəaliyyəti ilə əlaqədar olaraq Palataya aylıq, rüblük, yarımillik və illik hesabatlar təqdim edir.
4.2. İdarəetməsində olan paylı investisiya fondlarının fəaliyyəti ilə əlaqədar olaraq İdarəçi tərəfindən Palataya təqdim edilən yarımillik hesabata aşağıdakılar daxildir:
4.2.1. investisiya fondunun aktivləri və öhdəlikləri haqqında hesabat (Əlavə №1);
4.2.2. investisiya fondunun əmlakında baş vermiş dəyişikliklər haqqında hesabat (Əlavə №2);
4.2.3. paylı investisiya fondunun payçılarının ayrı-ayrılıqda sayı və payları haqqında hesabat (Əlavə № 3);
4.2.4. paylı investisiya fondunun paylarının on faizi və daha artıq həcminə malik olan şəxslər haqqında məlumat (fiziki şəxsin soyadı, adı, atasının adı; hüquqi şəxsin adı, olduğu yer və VÖEN-i), onların hər birinə məxsus olan payların sayı və paylı investisiya fondunun paylarına faizlə nisbəti.
4.3. İdarəetməsində olan paylı investisiya fondlarının fəaliyyəti ilə əlaqədar olaraq idarəçi tərəfindən Palataya təqdim edilən illik hesabatların tərkibi bu Qaydaların 4.2.1–4.2.4-cü yarımbəndlərində nəzərdə tutulmuş məlumatlardan əlavə olaraq aşağıdakılardan ibarətdir:
4.3.1. investisiya fondunun xərcləri haqqında hesabat (Əlavə №4);
4.3.2. xidmətindən istifadə etdiyi investisiya şirkətləri, auditorlar, qiymətləndiricilər və depozitar haqqında məlumat (adı, olduğu yer, VÖEN, lisenziya əsasında fəaliyyət göstərdikdə lisenziyanın nömrəsi və verilmə tarixi).
4.4. İdarəçi idarəetməsində olan açıq paylı investisiya fondlarının fəaliyyəti ilə əlaqədar olaraq aylıq, interval paylı investisiya fondlarının fəaliyyəti ilə əlaqədar isə rüblük olaraq, bu Qaydaların 4.2.1-4.2.4-cü yarımbəndlərində nəzərdə tutulmuş hesabatları Palataya təqdim edir.
5.1. İllik hesabat hər başa çatmış təqvim ilinin nəticələri üzrə hazırlanmalı və növbəti ilin ilk 4 (dörd) ayı ərzində Palataya səhmdar investisiya fondu və idarəçi tərəfindən təqdim edilməlidir.
5.2. Yarımillik hesabat hər təqvim ilinin 6 (altı) ayın nəticələri üzrə hazırlanmalı və hər bir yarımil başa çatdıqdan sonra 2 (iki) ay ərzində Palataya təqdim edilməlidir.
5.3. Rüblük hesabatlar hər təqvim rübünün nəticələri üzrə hazırlanmalı və hesabat dövrünün başa çatmasından etibarən 10 (on) iş günündən gec olmayan müddətdə Palataya təqdim edilməlidir.
5.4. Aylıq hesabatlar hər təqvim ayının nəticələri üzrə hazırlanmalı və hesabat dövrünün başa çatmasından etibarən 5 (beş) iş günündən gec olmayan müddətdə Palataya təqdim edilməlidir.
5.5. Təqdim edilmiş illik və yarımillik hesabatlarda nöqsanlar aşkar edildikdə, hesabatların təqdim edildiyi tarixdən etibarən 15 iş gün müddətində Palata həmin nöqsanların aradan qaldırılmasını və bu hesabatların açıqlanmasının dayandırılmasını səhmdar investisiya fondundan və idarəçidən yazılı surətdə tələb edir.
5.6. Bu Qaydaların 5.5-ci bəndi ilə müəyyən edilmiş müddət ərzində illik və yarımillik hesabatın açıqlanmasının dayandırılması Palata tərəfindən tələb olunmadıqda, səhmdar investisiya fondu və ya idarəçi yarımillik və illik hesabatda olan məlumatların (bu Qaydaların 2.2.5-ci, 3.2.5-ci və 4.2.4-cü yarımbəndləri ilə müəyyən edilmiş məlumatlar yalnız qiymətli kağızları kütləvi təklif üsulu ilə yerləşdirilən emitentlər üçün) Palataya təqdim edildiyi tarixdən etibarən 30 gün ərzində kütləvi informasiya vasitələrində açıqlanmasını təmin etməlidir.
5.7. Hesabatların səhifələri nömrələnməli, tikilməli, səhmdar investisiya fondunun və ya idarəçinin icra orqanının rəhbəri və baş mühasibi tərəfindən imzalanmalı və səhmdar investisiya fondunun və ya idarəçinin icra orqanının möhürü ilə təsdiq edilməlidir.
“İnvestisiya fondlarının və idarəçinin hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması” Qaydalarına Əlavə № 1
İnvestisiya fondun adı
Lisenziya nömrəsi və tarixi
Dövlət qiymətli kağızları
Dövlət Qısamüddətli İstiqrazları
Dövlət Ortamüddətli İstiqrazları
Dövlət Uzunmüddətli İstiqrazları
Bələdiyyə İstiqrazları
Digər dövlət qiymətli kağızları
İƏİT ölkələrinin dövlət qiymətli kağızları
Digər ölkələrin dövlət qiymətli kağızları
Korporativ qiymətli kağızlar
Yerli fond birjalarında listinqə daxil olan emitentlər tərəfindən emissiya edilən səhmlər
İƏİT ölkələrinin fond birjalarında listinqə daxil olan emitentlər tərəfindən emissiya edilən səhmlər
Digər ölkələrin fond birjalarında listinqə daxil olan emitentlər tərəfindən emissiya edilən səhmlər
Listinqə daxil olmayan yerli emitentlər tərəfindən emissiya edilən səhmlər
Listinqə daxil olmayan xarici emitentlər tərəfindən emissiya edilən səhmlər
Yerli fond birjalarında listinqə daxil olan emitentlər tərəfindən emissiya edilən istiqrazlar
İƏİT ölkələrinin fond birjalarında listinqə daxil olan emitentlər tərəfindən emissiya edilən istiqrazlar
Digər ölkələrin fond birjalarında listinqə daxil olan emitentlər tərəfindən emissiya edilən istiqrazlar
Listinqə daxil olmayan yerli emitentlər tərəfindən emissiya edilən istiqrazlar
Listinqə daxil olmayan xarici emitentlər tərəfindən emissiya edilən istiqrazlar
Törəmə qiymətli kağızlar
Yerli fond birjalarında ticarət olunan
İƏİT ölkələrinin fond birjalarında ticarət olunan
Digər xarici ölkələrin fond birjalarında ticarət olunan
Hər hansı tənzimlənən bazarda ticarət olunmayan
Maliyyə vasitəçilərinə qarşı öhdəliklər
Depozitara qarşı öhdəliklər
İdarəçiyə qarşı öhdəliklər
Qiymətləndiriciyə qarşı öhdəliklər
Auditora qarşı öhdəliklər
Dövriyyədə olan payların və ya səhmlərin ümumi sayı
Bir payın cari dəyəri və ya bir səhmin geri alınma dəyəri
İdarəçinin və ya səhmdar investisiya fondunun rəhbəri
_______________________________ ___________________
(Soyadı, Adı, Atasının adı) (imzası)
İdarəçinin və ya səhmdar investisiya fondunun baş mühasibi
_______________________________ ___________________
(Soyadı, Adı, Atasının adı) (imzası)
“İnvestisiya fondlarının və idarəçinin hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması” Qaydalarına Əlavə № 2
İnvestisiya fondunun adı
Lisenziya nömrəsi və tarixi
Qiymətli kağızlarla ticarətdən əldə edilən gəlirlər
Qiymətli kağızlarla ticarətlə bağlı ortaya çıxan xərclər
Qiymətli kağızlarla ticarətdən əldə edilən xalis mənfəət (10-20)
Daşınmaz əmlakla ticarətdən əldə edilən gəlirlər
Daşınmaz əmlakla ticarətlə bağlı ortaya çıxan xərclər
Daşınmaz əmlakla ticarətdən əldə edilən xalis mənfəət (40-50)
Digər əmlakla ticarətdən əldə edilən gəlirlər
Digər əmlakla ticarətlə bağlı ortaya çıxan xərclər
Digər əmlakla ticarətdən əldə edilən xalis mənfəət (70-80)
Daşınmaz əmlakın kirayə verilməsindən əldə edilən gəlirlər
Kotirovka olunmuş qiymətli kağızların dəyərindəki artım (azalma)
Kotirovka olunmamış qiymətli kağızların dəyərindəki artım (azalma)
digər qiymətli kağızlar
Daşınmaz əmlakın qiymətindəki artım (azalma)
İdarəçinin mükafatları
Digər idarəetmə xərcləri
Yeni payların emissiyası nəticəsində kapitalda baş vermiş artım
Payların geri alınması nəticəsində kapitalda baş vermiş azalma
İnvestisiya fondunun kapitalında baş vermiş ümumi dəyişiklik (030 + 060 + 090 + 100 + 110 + 120 + 130 + 140 + 150 + 160 + 190 + 210 - 170 - 180 - 200 - 220)
İdarəçinin və ya səhmdar investisiya fondunun rəhbəri
_______________________________ ___________________
(Soyadı, Adı, Atasının adı) (imzası)
İdarəçinin və ya səhmdar investisiya fondunun baş mühasibi
_______________________________ ___________________
(Soyadı, Adı, Atasının adı) (imzası)
“İnvestisiya fondlarının və idarəçinin hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması” Qaydalarına Əlavə № 3
İnvestisiya fondunun adı
Lisenziya nömrəsi və tarixi
Yerləşdirilmiş səhmlərin (payların) ümumi həcmi:
Azərbaycan Respublikasının vətəndaşı fiziki şəxslərin sahib olduğu səhmlərin (payların) həcmi
Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxslərin sahib olduğu səhmlərin (payların) həcmi
Qeyri-rezident fiziki şəxslərin sahib olduğu səhmlərin (payların) həcmi
Azərbaycan Respublikasından kənarda qeydiyyatdan keçmiş hüquqi şəxslərin sahib olduğu səhmlərin (payların) həcmi
Əməkdaşlıq etməyən ərazilərin vətəndaşları, habelə qeydiyyat və yaşayış yeri belə ərazilər olan fiziki şəxslərin sahib olduğu səhmlərin (payların) həcmi
Əməkdaşlıq etməyən ərazilərdə qeydiyyatdan keçmiş hüquqi şəxslərin sahib olduğu səhmlərin (payların) həcmi
Nominal saxlamada olan səhmlərin (payların) həcmi
İdarəçinin və ya Səhmdar investisiya fondunun rəhbəri
_______________________________ ___________________
(Soyadı, Adı, Atasının adı) (imzası)
İdarəçinin və ya Səhmdar investisiya fondunun baş mühasibi
_______________________________ ___________________
(Soyadı, Adı, Atasının adı) (imzası)
“İnvestisiya fondlarının və idarəçinin hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması” Qaydalarına Əlavə № 4
İnvestisiya fondunun adı
Mükafatların ümumi həcmi
mərkəzi depozitara ödənilmiş
qiymətləndiriciyə ödənilmiş
İnvestisiya fondunun idarəedilməsi ilə bağlı olaraq ortaya çıxan xərclərin ümumi həcmi
... (investisiya şirkətlərinin komissiyaları)
... (bank köçürmə xərcləri)
Mükafatların ödənilməsi ilə bağlı ayrılmış ehtiyat
Xərclərin ümumi həcmi
İdarəçinin və ya Səhmdar investisiya fondunun rəhbəri
_______________________________ ___________________
(Soyadı, Adı, Atasının adı) (imzası)
İdarəçinin və ya Səhmdar investisiya fondunun baş mühasibi
_______________________________ ___________________
(Soyadı, Adı, Atasının adı) (imzası)
1. 26 iyul 2019-cu il tarixli 1951100030 Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201907260030, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 avqust 2019-cu il)