“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 31.5-ci və 39.5-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.1.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti
1. “İnvestisiya şirkətinin davamlı kapital tələbləri haqqında Qayda” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş “İnvestisiya şirkətinin davamlı kapital tələbləri haqqında Qayda” dərc edildiyi gündən altı ay sonra qüvvəyə minsin.
3. Maliyyə bazarlarının hüquqi təminatı departamentinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
Bu Qayda “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 31.5-ci və 39.5-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və investisiya şirkətləri, həmçinin xarici investisiya şirkətlərinin filialları (bundan sonra – investisiya şirkətləri) üçün məcmu kapitalın strukturunu, komponentlərini və leverec əmsalını, likvidlik tələblərini, habelə məcmu kapital tələbini və hesablanması qaydalarını müəyyən edir.
2.1. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. bazar riski – bazar qiymətlərindəki dəyişikliklərdən yaranan balans və balansdankənar mövqelər üzrə itki riskləri;
2.1.2. cəmi kapital tələbi – bu Qaydanın 8.4-cü və ya 8.5-ci bəndində müəyyən edilmiş kapital tələbi;
2.1.3. çoxtərəfli inkişaf bankı - iki və daha artıq ölkə tərəfindən iqtisadi inkişafın dəstəklənməsi məqsədilə təsis edilmiş beynəlxalq maliyyə təşkilatı;
2.1.4. əməliyyat riski – qeyri-adekvat və ya uğursuz daxili proseslərdən, insanlardan, sistemlərdən, habelə kənar hadisələrdən yaranan zərər riski;
2.1.5. əmtəə qiymət riski – əmtəə qiymətlərindəki volatillikdən meydana gələn itki riskləri;
2.1.6. hesablaşma riski – əqd üzrə əməliyyat başa çatdıqda qarşı tərəfin pul vəsaitlərini, qiymətli kağızları və ya digər aktivləri çatdırmaq üzrə öhdəliklərini yerinə yetirməməsi riskləri;
2.1.7. kapitalın hibrid elementləri - səhmlərin və borc öhdəliklərinin xüsusiyyətlərini özündə birləşdirən müddətli və müddətsiz maliyyə alətləri, subordinasiya borc öhdəlikləri və ya digər oxşar qiymətli kağızlar;
2.1.8. kapital artıqlığı - səhmlərin yerləşdirilməsi zamanı onların satış dəyəri ilə nominal dəyəri arasında yaranmış fərq həcmində əldə edilmiş vəsait;
2.1.9. kollektiv investisiyalara dair qiymət riski – kollektiv investisiya sxemlərinin qiymətlərindəki volatillikdən meydana gələn itki riskləri;
2.1.10. kontragent riski – əqd üzrə hesablaşmanın aparılmasından əvvəl kontragentin müflis olması səbəbindən öhdəliyini yerinə yetirə bilməməsi nəticəsində meydana gələn itki riskləri;
2.1.11. konsentrasiya riski – investisiya şirkətinin ticarət kitabındakı mövqelər və ticarət kitabından kənar aktivləri üzrə fərdi müştəri və ya müştəri qrupuna, habelə kontragent və ya bir neçə əlaqəli kontragentə qarşı məcmu kapitalının 25%-ni keçən risklər;
2.1.12. kredit riski – borcalanın, emitentin və ya kontragentin öz öhdəliyini icra edə bilməməsi nəticəsində itkinin yaranması riski;
2.1.13. risk dərəcəsi üzrə ölçülmüş aktivlər - tutulmalar çıxıldıqdan sonra balans aktivlərinin və balansdankənar öhdəliklərin hər birinin risk dərəcəsinə əsasən qiymətləndirilmiş dəyəri;
2.1.14. leverec əmsalı – investisiya şirkətinin I dərəcəli kapitalının (bu Qaydanın 7.1.2 və 7.1.3-cü yarımbəndlərinə müəyyən edilmiş tutulmalardan sonra) balans aktivlərinə nisbəti;
2.1.15. maliyyə institutları – kredit təşkilatları, sığortaçılar, təkrarsığortaçılar, hüquqi şəxs olan sığorta vasitəçiləri və investisiya şirkətləri;
2.1.16. sekyuritizasiya olunmuş istiqraz - sekyuritizasiya şirkəti tərəfindən emissiya olunan və istiqraz üzrə ödənişləri sekyuritizasiya planına uyğun olaraq aktivlərdən daxil olan pul vəsaitlərinin hesabına ödənilən istiqraz;
2.1.17. məcmu kapital – bu Qayda ilə müəyyən edilmiş I dərəcəli (əsas) və II dərəcəli (əlavə) kapitala daxil olan komponentlərin (elementlərin) cəmi ilə məcmu kapitaldan tutulmaların fərqi (xarici investisiya şirkətlərinin filialları üçün məcmu kapitala bərabər tutulmuş vəsait);
2.1.18. qeyri-maddi aktivlər - kompüter proqramları, müəlliflik hüquqları, patent, təbii ehtiyatlardan istifadə hüquqları, lisenziyalar, ticarət və əmtəə nişanları, “nou-hau”, “qudvil” və fiziki ifadə forması olmayan, lakin dəyər yaradan və mülkiyyət hüququnun obyekti kimi tanınan digər hüquqlar;
2.1.19. qısa mövqe – aktivin dəyərinin azalacağı gözlənilərək borc götürülmüş qiymətli kağızların, əmtəə və ya valyutanın satışı;
2.1.20. uzun mövqe – aktivin dəyərinin artacağı gözlənilərək qiymətli kağızlar, əmtəə və ya valyutanın alışı;
2.1.21. səhm qiymət riski – səhm qiymətlərindəki dəyişkənlik nəticəsində yaranan zərər riski;
2.1.22. borc alətləri üzrə spesifik risklər – borc alətləri üzrə emitentlə bağlı faktorlardan meydana gələn qiymət fərqi riski;
2.1.23. spesifik mövqe riski – müvafiq maliyyə alətinin emitenti ilə bağlı faktorlardan meydana gələn qiymət fərqi riski;
2.1.24. subordinasiya borc öhdəlikləri - emissiya şərtlərinə görə ödəmə vaxtı çatdıqda ödənilən, investisiya şirkətinin aktivlərin girovu ilə təmin edilməyən, mülkiyyətçisinin tələbi ilə geri alınmayan, son ödəmə müddəti başa çatana kimi bu öhdəlik üzrə ödəmə (əsas borc və ya əsas borc üzrə faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlər) baş tutmadığı təqdirdə investisiya şirkətini müflis elan etmək və ya ləğv etmək hüququ verməyən, investisiya şirkəti ləğv edilərkən onların ödənilməsi digər kreditorların tələbləri tam ödənildikdən sonra icra olunan öhdəliklər;
2.1.25. ticarət kitabı – investisiya şirkəti tərəfindən öz hesabına ticarət və ya hedcinq məqsədi üçün saxlanılan və əsasən bazar risklərinə məruz qalan qiymətli kağızlar və ya digər maliyyə alətləri, habelə əmtəələr üzrə mövqelərdən ibarət portfel;
2.1.26. k-faktor tələbi – investisiya şirkətinin müştərilər və bazar üzrə, habelə özünün məruz qaldığı riskləri qarşılamaq üçün saxlamalı olduğu kapitalın minimum miqdarı;
2.1.27. ümumi faiz dərəcəsi riski – ümumi bazar xüsusiyyətinə uyğun olaraq faiz dərəcəsindəki dəyişikliklə bağlı meydana gələn itki riskləri;
2.1.28. ümumi mövqe riski – ümumi bazar xüsusiyyətinə uyğun olaraq səhmlər üzrə bazar qiymətlərindəki hərəkətlə bağlı, borc alətləri üzrə isə faiz dərəcəsindəki dəyişikliklə bağlı yaranan risklər;
2.1.29. xarici valyuta riski – xarici valyuta məzənnəsindəki dəyişikliklərlə bağlı investisiyanın dəyərinin dəyişməsi riski;
2.1.30. idarə olunan aktivlər (və ya AUM) – investisiya şirkəti tərəfindən fərdi investorların portfelinin idarə edilməsi;
2.1.31. saxlanılan və idarə olunan aktivlər (və ya ASA) - investisiya şirkətinin öz balansında və ya üçüncü tərəf hesablarında görünməsindən asılı olmayaraq, investisiya şirkətinin müştərilər üçün qiymətli kağızlar hesabının idarə edilməsi;
2.2. Bu Qaydanın məqsədləri üçün “əlaqəli kontragent” və “müştəri qrupu” anlayışları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49−1.1-ci maddəsində göstərilən şəxsləri, habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49−1.1.6-cı maddəsində göstərilən şəxsin ən azı 20 faiz payla birbaşa və ya dolayı yolla iştirak etdiyi hüquqi şəxsləri əhatə edir.
2.3. Bu Qaydada istifadə olunan digər anlayışlar Qanunda və maliyyə bazarlarını tənzimləyən digər hüquqi aktlarda müəyyən edilmiş mənaları ifadə edir.
3.1. İnvestisiya şirkətinin məcmu kapitalı investisiya şirkətinin biznes strategiyasını dəstəkləməli, daxili və xarici mühitdə baş verən əlverişsiz dəyişikliklər zamanı investisiya şirkətinin maliyyə dayanıqlığının təmin etməlidir.
3.2. Məcmu kapitala yalnız dəyəri pul vəsaiti ilə ödənilən maliyyə alətləri daxil edilir.
3.3. İnvesitisiya şirkətinin nizamnamə kapitalı (xarici investisiya şirkətlərinin filialları üçün nizamnamə kapitalına bərabər tutulmuş vəsait) yalnız Azərbaycan Respublikasının milli valyutasında ödənilən pul vəsaiti ilə formalaşdırılır.
3.4. İnvestisiya şirkəti fəaliyyəti ərzində bu Qaydaya uyğun olaraq hesablanmış cəmi kapital tələbinə, həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən müəyyən edilmiş minimum nizamnamə kapitalına bərabər və ya ondan daha yüksək məcmu kapitala malik olmalıdır.
3.5. Məcmu kapitalın cəmi kapital tələbinə yaxud minimum nizamnamə kapitalına olan nisbəti 1.025 həddindən az olduğu halda investisiya şirkəti dərhal bu barədə Mərkəzi Banka yazılı bildiriş göndərməlidir.
4.1. İnvestisiya şirkətinin məcmu kapitalının strukturuna birinci (I) dərəcəli (əsas məcmu kapital) və ikinci (II) dərəcəli kapital (əlavə məcmu kapital) daxildir.
4.2. Məcmu kapital I və II dərəcəli kapitala daxil olan komponentlərin cəmi ilə məcmu kapitaldan tutulmaların fərqinə bərabərdir. I və II dərəcəli kapitala aid olan komponentlər bu Qaydanın 5-ci və 6-cı hissələrində müəyyən edilir.
4.3. İnvestisiya şirkətinin Müşahidə Şurası və icra orqanı məcmu kapitalın investisiya şirkətinin üzləşdiyi bütün risklərin səviyyəsinə uyğun həcmdə, bu Qaydada müəyyən edilən minimum miqdardan az olmayaraq saxlanmasına riayət olunmasını təmin etməlidir.
4.4. Məcmu kapitalın investisiya şirkətinin biznes fəaliyyətinin və risk mühitinin xüsusiyyətlərinə uyğun qiymətləndirilməsi və onun səviyyəsinin müəyyən edilməsi mexanizmləri, o cümlədən investisiya şirkətinin məruz qaldığı kredit, bazar, əməliyyat və digər risklərin məcmu kapital tələbinə potensial təsirinin qiymətləndirilməsi prosedurları mövcud olmalıdır.
4.5. Risklərin idarə edilməsi üzrə investisiya şirkətinin siyasətində onun kapitala olan cari və gələcək tələbatı, gözlənilən kapital xərcləri, kapitalın arzuolunan səviyyəsi və strukturu, kapitalın daxili və xarici mənbələri, həmçinin investisiya şirkətinin maliyyə vəziyyətinin pisləşməsi halında əlavə kapital vəsaitlərinin cəlb edilməsi imkanları və müddətləri müəyyən edilir.
5.1. I dərəcəli kapital investisiya şirkətinin əsas kapitalı hesab olunur və onun məbləği (aparılan “tutulmalardan” sonra) investisiya şirkətinin hesablanmış məcmu kapitalında 50 (əlli) faizdən az olmamalıdır.
5.2. I dərəcəli kapitala aşağıdakı komponentlər daxildir:
5.2.1. dövriyyəyə buraxılıb tam ödənilmiş adi səhmlər;
5.2.2. kapital artıqlığı;
5.2.3. keçmiş illərin bölüşdürülməmiş xalis mənfəəti (zərəri).
5.3. Keçmiş illərin bölüşdürülməmiş xalis mənfəətinə (zərərinə) aşağıdakılar daxil edilir:
5.3.1. cari ilin zərəri istisna olmaqla, bütün əvvəlki illərin yığılıb bölüşdürülməmiş mənfəəti;
5.3.2. kapital ehtiyatları (əvvəlki illərin bölüşdürülməmiş mənfəəti hesabına yaradılmış fondlar).
6.1. İnvestisiya şirkətinin hesablanmış məcmu kapitalında II dərəcəli kapitalın məbləği I dərəcəli kapitalın məbləğindən (aparılan “tutulmalardan” sonra) çox olmamalıdır. Bundan artıq olan hissə məcmu kapitalın hesablanması zamanı nəzərə alınmır.
6.2. II dərəcəli kapitala aşağıdakı komponentlər daxil edilir:
6.2.1. cari ilin mənfəəti;
6.2.2. kapitalın hibrid elementləri.
6.3. II dərəcəli kapitala daxil edilə bilməsi üçün kapitalın hibrid elementləri aşağıdakı meyarlara cavab verməlidir:
6.3.1. kreditorların tələbi ilə geri çağırılmasının qeyri-mümkünlüyü;
6.3.2. investisiya şirkətinin bu alətlər üzrə faiz ödənişlərini təxirə salmaq hüququnun olması;
6.3.3. investisiya şirkəti ləğv edildikdə bu alətlər üzrə öhdəliklərin ödənilməsinin bütün digər kreditorların tələbləri tam ödənildikdən sonra icra olunması;
6.3.4. bu alətlər üzrə öhdəliklərin investisiya şirkətinin öz aktivləri ilə icrasına hər hansı formada təminat verilməməsi;
6.3.5. bu Qaydanın 3.4-cü bəndində müəyyən olunan göstəricilərin müəyyən edilmiş minimum səviyyədən aşağı olduğu halda investisiya şirkətinin bu alətlər üzrə öhdəliklərinin icrasını təxirə salmaq hüququnun olması;
6.3.6. investisiya şirkətinin bu alətlər üzrə öhdəliklərinin əsas məbləğinin icra müddətinin bu cür öhdəliklərin yaranma tarixindən ən azı 5 (beş) ildən sonra və ya müddətsiz şərti ilə müəyyən olunması.
6.4. Kapitalın hibrid elementləri, o cümlədən subordinasiya borc öhdəlikləri II dərəcəli kapitalda ödəniş müddətinin başa çatmasına 5 (beş) il qaldıqda qalıq müddətinin birinci ilinin əvvəlindən başlayaraq hər il 20 (iyirmi) faiz azaldılmaqla nəzərə alınır.
7.1. Məcmu kapitaldan çıxılan məbləğlər aşağıdakılardır:
7.1.1. I dərəcəli kapitaldan geri alınmış adi səhmlər;
7.1.2. amortizasiya nəzərə alınmaqla, bütün qeyri-maddi aktivlərin xalis dəyəri;
7.1.3. Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) əsasən müəyyən edilmiş təxirə salınmış vergi aktivlərinin məbləği;
7.1.4. maliyyə ili üzrə zərərlər;
7.1.5. ticarət portfelində əks olunmayan törəmə müəssisələrə və digər hüquqi şəxslərin kapitalına edilmiş investisiyalar.
8.1. İnvestisiya şirkətinin davamlı kapital tələbinin hesablanma qaydası onun kateqoriyasına əsasən müəyyən edilir.
8.2. Aşağıdakı xidmətlərdən hər hansı birini göstərən və müştəri aktivləri istisna olmaqla, ötən təqvim ili üzrə aktivlərin bazar dəyəri ilə hesablanmış cəmi məbləğinin ədədi ortası 50 000 000 (əlli milyon) manatdan artıq olan investisiya şirkətləri I kateqoriyalı investisiya şirkəti hesab edilir:
8.2.1. qiymətli kağızların öhdəlik götürməklə yerləşdirilməsi və anderraytinqi;
8.2.2. mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması.
8.3. I kateqoriyalı investisiya şirkətlərinə aid edilməyən digər investisiya şirkətləri II kateqoriyalı investisiya şirkəti kimi təsnifləşdirilir.
8.4. I kateqoriyalı investisiya şirkətlərinin davamlı kapital tələbi onun kredit riskləri, bazar riskləri, əməliyyat riskləri, hesablaşma və kontragent riskləri, habelə konsentrasiya risklərinə qarşı hesablanmış kapital tələblərinin cəminə bərabərdir.
8.5. II kateqoriyalı investisiya şirkətlərinin davamlı kapital tələbi onun nizamnamə kapitalının minimum miqdarı, audit olunmuş illik maliyyə hesabatları əsasında hesablanmış əməliyyat və inzibati xərclərinin 25 (iyirmi beş) faizi həcmində və K-faktor tələblərinin ən böyüyünə bərabərdir.
9.1. Kredit riski üzrə kapital tələbinin hesablanması zamanı risk bu Qaydaya uyğun olaraq kateqoriyalara bölünür, hər bir kateqoriya üzrə risk çəkisi müəyyən edilir və cəmi risk dərəcəsi üzrə ölçülmüş aktivlərin 8%-i həddində kredit riski üzrə kapital tələbi müəyyən edilir.
9.2. Aktivlər üzrə risk çəkisi risk keyfiyyətindən asılı olaraq müəyyən olunur.
9.3. Bir aktiv üzrə birdən çox kredit reytinqi mövcud olduqda, onların arasından minimum kredit reytinqi nəzərə alınır.
9.4. Xarici dövlətlər və onların mərkəzi bankları, yerli hakimiyyət və bələdiyyə orqanları, maliyyə institutları, yerli və ya xarici kommersiya təşkilatları və investisiya fondlarına qarşı olan tələblərin, həmçinin bu emitentlər tərəfindən emissiya edilmiş istiqrazların beynəlxalq reytinq agentlikləri tərəfindən qiymətləndirilmiş kredit keyfiyyəti bu Qaydanın 1 saylı əlavəsinə uyğun olaraq müəyyən edilir.
9.5. Bu Qaydanın 9.4-cü bəndində qeyd edilən emitentlərə qarşı olan tələblərin və onlar tərəfindən emissiya edilmiş istiqrazların risk çəkisi bu Qaydanın 2 saylı əlavəsinə uyğun olaraq müəyyən edilir.
9.6. Paylarının (səhmlərinin) 51 (əlli bir) və daha artıq faizi dövlətə məxsus hüquqi şəxslər tərəfindən emissiya edilmiş istiqrazların risk çəkisi 50% müəyyən edilir.
9.7. Beynəlxalq reytinq agentlikləri tərəfindən reytinq verilmiş və ya kredit reytinqi olmayan sekyuritizasiya olunmuş istiqrazların kredit keyfiyyəti bu Qaydaların 1 saylı Əlavəsinə, risk çəkisi isə bu Qaydanın 3 saylı Əlavəsinə uyğun olaraq müəyyən edilir.
9.8. Digər balans aktivləri risk qruplarına aşağıdakı xüsusiyyətlərindən asılı olaraq aid edilir:
9.8.1. 0 (sıfır) faizli (0,0 əmsallı) risk qrupu:
9.8.1.1. Azərbaycan Respublikasının dövlət qiymətli kağızları, Mərkəzi Bank tərəfindən buraxılan qiymətli kağızlar, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra – Fond) buraxdığı təmin edilmiş qiymətli kağızlar;
9.8.1.2. beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş “AAA” kredit reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik çoxtərəfli inkişaf bankları tərəfindən buraxılmış qiymətli kağızların təmin olunmuş hissəsi;
9.8.1.3. aktivin Azərbaycan Respublikasının dövlət qiymətli kağızları, dövlət və Mərkəzi Bankın zəmanəti, habelə Mərkəzi Bank tərəfindən buraxılmış qiymətli kağızlar ilə qeyd-şərtsiz təmin olunmuş hissəsi;
9.8.1.4. aktivlərin Azərbaycan Respublikasının milli valyutası ilə təmin edilmiş hissəsi.
9.8.2. 20 (iyirmi) faizli (0,2 əmsallı) risk qrupu:
9.8.2.1. 0 (sıfır) faizli risk qrupuna aid edilməyən və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinqinə malik çoxtərəfli inkişaf bankları tərəfindən buraxılmış qiymətli kağızların təmin olunmuş hissəsi;
9.8.2.2. Fondun buraxdığı təmin edilməmiş qiymətli kağızlar;
9.8.2.3. Azərbaycan Respublikasının bələdiyyə istiqrazları;
9.8.2.4. Azərbaycan Respublikasında kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış istiqrazlar.
9.8.3. 50 (əlli) faizli (0,5 əmsallı) risk qrupu:
9.8.3.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2016-cı il tarixli 534 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin Siyahısı”nda nəzərdə tutulan və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş kredit reytinqi Azərbaycan Respublikasının ölkə (suveren) borc reytinqindən maksimum 1 (bir) pillə aşağı olan hüquqi şəxslərin buraxdığı qiymətli kağızlar;
9.8.4. 100 (yüz) faizli (1,0 əmsallı) risk qrupu:
9.8.4.1. beynəlxalq reytinq agentlikləri tərəfindən kredit reytinqi verilməmiş xarici dövlətlər, həmin dövlətlərin mərkəzi bankları, mərkəzi və yerli icra hakimiyyəti orqanları, yaxud bələdiyyələrin buraxılmış istiqrazlar;
9.8.4.2. bu Qaydanın 7-ci hissəsinə müvafiq olaraq investisiya şirkətinin məcmu kapitalından tutulmayan səhmlər;
9.8.4.3. birja tərəfindən listinqə daxil edilmiş emitentlərin səhmləri;
9.8.4.4. aktivlərin beynəlxalq reytinq agentlikləri tərəfindən kredit reytinqi verilməmiş xarici dövlətlərin milli valyutası ilə təmin edilmiş hissəsi;
9.8.4.5. bu Qaydanın 9.8.1-ci, 9.8.2-ci, 9.8.3-cü və 9.8.5-ci yarımbəndlərində göstərilən risk qruplarına aid olmayan digər aktivlər.
9.8.5. 150 (yüz əlli) faizli (1,5 əmsallı) risk qrupu:
9.8.5.1. təxirə salınmış aktivlər;
9.8.5.2. yüksək riskli sayılan aktivlərə, o cümlədən yeni yaranmış və üç ildən az fəaliyyət göstərən şirkətlərə edilən investisiyalar;
9.8.5.3. birja tərəfindən listinqə daxil edilməmiş emitentlərin səhmləri.
9.8.6. Digər aktivlər üzrə risk çəkisi aşağıdakı qaydada müəyyən edilir:
9.8.6.1. qızıl ehtiyatları üzrə risk çəkisi 0% olaraq;
9.8.6.2. debitor borcları üzrə risk çəkisi 20% olaraq;
9.8.6.3. verilmiş avanslar və qazanılmamış hesablanmış gəlir üzrə risk çəkisi 100% olaraq;
9.8.6.4. daşınmaz əmlak və avadanlıqlar üzrə risk çəkisi 100% olaraq müəyyən edilir.
9.9. Kredit riski üzrə ölçülmüş yekun aktivlər aşağıdakı düsturla hesablanır:
: kredit riski üzrə ölçülmüş aktivlər
: aktivlərin kredit riski üzrə risk çəkisi
10.1. Bazar riski üzrə kapital tələbi mövqe riski, əmtəə qiymət riski, xarici valyuta riski, ümumi faiz dərəcəsi riski və kollektiv investisiyalara dair qiymət riski üzrə kapital tələbinin cəminə bərabərdir;
10.2. İnvestisiya şirkətinin mövqe riski üzrə kapital tələbi onun səhm qiymət riski və borc alətləri üzrə spesifik risklərə dair kapital tələbinin cəminə bərabərdir:
10.2.1. Səhm qiymət riski üzrə kapital tələbi spesifik və ümumi mövqe riskləri üzrə kapital tələbinin cəminə bərabərdir:
SRK: Səhm qiymət riski üzrə kapital tələbi;
SSr: səhm üzrə spesifik mövqe riskləri üzrə kapital tələbi;
SÜr: səhm üzrə ümumi mövqe riskləri üzrə kapital tələbi.
10.2.2. İnvestisiya şirkəti səhmlər üzrə spesifik və ümumi mövqe riskləri üzrə kapital tələbini hesablamaq üçün xalis uzun mövqelərini və xalis qısa mövqelərini hesablamalıdır;
10.2.3. Xalis uzun mövqe hər bir səhm üzrə uzun mövqenin qısa mövqedən çox olan hissəsinə bərabərdir:
SUM: Səhm üzrə uzun mövqe;
SQM: Səhmlər üzrə qısa mövqe;
SXUM: Səhmlər üzrə xalis uzun mövqe.
10.2.4. Xalis qısa mövqe hər bir səhm üzrə qısa mövqenin uzun mövqedən çox olan hissəsinə bərabərdir:
SXQM: Səhmlər üzrə xalis qısa mövqe.
10.2.5. Səhm üzrə spesifik mövqe riskləri üzrə kapital tələbi cəmi xalis uzun mövqelər ilə cəmi xalis qısa mövqelərin modul qiymətlərinin cəminin 8% risk çəkisi ilə hasilinə bərabərdir:
10.2.6. Səhm üzrə ümumi mövqe riskləri üzrə kapital tələbi cəmi uzun mövqelər ilə cəmi qısa mövqelərin modul qiymətlərinin fərqinin 8% risk çəkisi ilə hasilinə bərabərdir:
10.2.7. Borc alətləri üzrə kapital tələbi borc alətləri üzrə spesifik risklər və ümumi faiz dərəcəsi riskləri üzrə kapital tələbinin cəminə bərabərdir:
BAK: borc alətləri üzrə kapital tələbi;
BSQR: borc alətləri üzrə spesifik risklər üzrə kapital tələbi;
ÜFR: Ümumi faiz dərəcəsi riski üzrə kapital tələbi.
10.2.8. Borc alətləri üzrə spesifik risklər üçün kapital tələbi aşağıdakı qaydada və bu Qaydanın 4 saylı Əlavəsinə uyğun olaraq hesablanır:
10.2.8.1. “aşağı risk” kateqoriyası 0% kredit risk çəkisi ilə qiymətləndirilən dövlət orqanlarına (dövlət qurumlarına) şamil olunur;
10.2.8.2. “orta risk” kateqoriyası 20% və ya 50% kredit risk çəkisi ilə qiymətləndirilən təşkilatlara şamil olunur;
10.2.8.3. “yüksək risk” kateqoriyası 100% kredit risk çəkisi ilə qiymətləndirilən təşkilatlara şamil olunur;
10.2.8.4. “digər” kateqoriyası 150% kredit risk çəkisi ilə qiymətləndirilən təşkilatlara şamil olunur.
10.2.9. İnvestisiya şirkətinin ticarət kitabında əks olunan borc alətləri üzrə mövqelər risk kateqoriyasına və ödəniş müddətinə əsasən bu Qaydanın 4 saylı Əlavəsinə uyğun müəyyən edilir və müvafiq risk əmsalının hasili ilə hesablanır. Borc alətləri üzrə spesifik risklər üçün kapital tələbi aşağıdakı düsturla hesablanır:
: Borc alətləri üzrə mövqe;
: Borc alətləri üzrə risk əmsalı.
10.2.10. Ümumi faiz dərəcəsi riski üzrə kapital tələbi bu Qaydanın 5 saylı Əlavəsinə uyğun olaraq hesablanır.
10.2.11. İnvestisiya şirkətinin ticarət kitabındakı mövqelər qalıq ödəniş müddətinə və kredit risk çəkisinə uyğun olaraq bu Qaydanın 5 saylı Əlavəsində verilmiş cədvələ daxil edilir və hər mövqe müvafiq risk əmsalının hasili ilə hesablanır.
10.2.12. Risk çəkisi ilə müəyyən edilmiş ümumi faiz dərəcəsi riski üzrə kapital tələbi ümumi xalis mövqe üzrə, zaman həddi üzrə və aralıqlar üzrə kapital tələbinin cəminə bərabərdir:
ÜXM: Ümumi xalis mövqe üzrə kapital tələbi;
Zh: Zaman həddi üzrə kapital tələbi;
At: Aralıqlar üzrə kapital tələbi.
10.3. Ümumi xalis mövqe üzrə kapital tələbi risk əmsalı ilə hesablanmış cəmi uzun mövqelər ilə cəmi qısa mövqelərin fərqinə bərabərdir və aşağıdakı düsturla hesablanır:
: Borc alətləri üzrə uzun mövqe;
: Borc alətləri üzrə qısa mövqe;
: Borc aləti üzrə risk əmsalı.
10.4. Zaman həddi üzrə kapital tələbi yalnız örtüşən mövqelər üçün və aşağıdakı düstura müvafiq olaraq hesablanır:
10.5. Bir zaman həddində həm uzun, həm də qısa mövqe olduqda mövqelər örtüşür. Bu zaman kəmiyyətcə kiçik olan mövqe örtüşür və örtüşən mövqe üzrə kapital tələbi hesablanır. Mövqenin örtüşməyən hissəsi uzun mövqe ilə kiçik mövqenin fərqinə bərabərdir və aralıqlar üzrə kapital tələbinin hesablanmasında istifadə olunur.
10.6. Aralıqlar üzrə kapital tələbi aşağıdakı düstura uyğun olaraq hesablanır:
A1öm: 1-ci aralıqda örtüşən mövqelər;
A2öm: 2-ci aralıqda örtüşən mövqelər;
A3öm: 3-cü aralıqda örtüşən mövqelər;
A1A2öm: 1-ci və 2-ci aralıqlar arasında örtüşən mövqelər;
A2A3öm: 2-ci və 3-cü aralıqlar arasında örtüşən mövqelər;
A1Aöm: 1-ci və 3-cü aralıqlar arasında örtüşən mövqelər.
10.7. Bir aralığın müxtəlif zaman hədlərində həm uzun, həm də qısa mövqe olduqda mövqelər örtüşür. Örtüşən mövqelər üzrə aralıqdaxili və aralıqlararası kapital tələbi müəyyən edilir.
10.8. Əmtəə qiymət riski üzrə kapital tələbi aşağıdakılar üzrə hesablanır:
10.8.1. qiymətli metallar (qızıl istisna olmaqla), kənd təsərrüfatı məhsulları, faydalı qazıntılar;
10.8.2. əmtəəyə əsaslanan törəmə alətlər.
10.9. Əmtəə qiymət riski üzrə kapital tələbi hesablanarkən ilk növbədə tək formalı əmtəələr müəyyən edilməlidir.
10.10. Tək formalı əmtəə aşağıdakıları əhatə edir:
10.10.1. bir-birinə çevrilə bilən alt kateqoriya əmtəə mövqeləri üzrə tutulan mövqelər;
10.10.2. bir-birini əvəz edə bilən oxşar əmtəələr üzrə mövqe, bu halda əmtəələrin qiymət dəyişikliyi arasında azı son bir il ərzindəki korrelyasiya 0,9-dan az olmamalıdır.
10.11. Əmtəə qiymət riski üzrə kapital tələbi sadələşdirilmiş yanaşma ilə hesablanır. Sadələşdirilmiş yanaşmaya müvafiq olaraq hər bir əmtəə standart ölçü vahidi və cari valyuta məzənnəsi ilə göstərilir.
10.12. Əmtəə qiymət riski üzrə kapital tələbi aşağıdakı düstura uyğun olaraq hesablanır:
ƏmRK: Əmtəə qiymət riski üzrə kapital tələbi;
XM: Əmtəə qiymət riski üzrə xalis mövqe;
ÜM: Əmtəə qiymət riski üzrə ümumi mövqe.
10.13. Cəmi xalis mövqe hər bir əmtəə və tək formalı əmtəə üçün cəmi uzun mövqelər ilə cəmi qısa mövqelərin fərqinə bərabərdir:
UM: Əmtəə qiymət riski üzrə uzun mövqe;
QM: Əmtəə qiymət riski üzrə qısa mövqe.
10.14. Cəmi ümumi mövqe hər bir əmtəə və tək formalı əmtəə üzrə ümumi uzun mövqelər ilə qısa mövqelərin modul qiymətinin cəminə bərabərdir:
10.15. İnvestisiya şirkətinin xarici valyuta üzrə cəmi xalis mövqeyi onun məcmu kapitalının 2%-dən çox olduqda, xarici valyuta riski üzrə kapital tələbi aşağıdakı düstura uyğun olaraq hesablanır:
XM: Xarici valyuta riski üzrə xalis mövqe;
XVRK: Xarici valyuta riski üzrə kapital tələbi.
10.16. Cəmi xalis mövqe aşağıdakı qaydada hesablanır:
XUM: Xarici valyuta riski üzrə xalis uzun mövqe;
XQM: Xarici valyuta riski üzrə xalis qısa mövqe;
QzM: Qızıl üzrə xalis mövqe.
10.16.1. hər bir xarici valyuta və qızıl üzrə xalis mövqelər müəyyən edilir və cari valyuta məzənnəsi ilə göstərilir;
10.16.2. xarici valyutalar üzrə cəmi xalis uzun mövqelər ilə cəmi xalis qısa mövqelərdən daha böyük olanı müəyyən edilir;
10.16.3. qızıl üzrə uzun və ya qısa olmasından asılı olmayaraq xalis mövqe müəyyən edilir.
10.17. Aşağıdakı mövqelər xarici valyuta riski üzrə kapital tələbinin hesablanmasında istisna edilir:
10.17.1. investisiya şirkətinin bu Qaydanın 3.4-cü bəndində müəyyən olunan kapital göstəricilərinin xarici valyuta riskindən qorunması üçün tutulan və ticarət məqsədi daşımayan uzunmüddətli mövqelər;
10.17.2. məcmu kapitalın hesablanması zamanı şirkətin məcmu kapitalından tutulan xarici valyuta riski daşıyan mövqelər.
10.18. Xarici valyuta riski üzrə kapital tələbinin hesablanmasından istisna edilən mövqelər haqqında investisiya şirkəti tərəfindən Mərkəzi Banka məlumat verilməlidir.
10.19. Kollektiv investisiyalara dair qiymət riski üzrə kapital tələbi ticarət kitabında olan mövqelərin ümumi bazar riski və spesifik riskləri müəyyən edilərək hər bir xalis mövqeyin 16% risk çəkisi ilə vurulması ilə hesablanır:
: kollektiv investisiyalara dair qiymət riski üzrə kapital tələbi;
: kollektiv investisiyalar üzrə spesifik risk;
: kollektiv investisiyalar üzrə ümumi risk;
UM: kollektiv investisiyalar üzrə uzun mövqe;
QM: kollektiv investisiyalar üzrə qısa mövqe.
11.1. Əməliyyat riskləri üzrə kapital tələbi investisiya şirkətinin ötən 3 (üç) il ərzində audit olunmuş maliyyə hesabatının 15 (on beş) faizə vurulmuş müsbət illik əməliyyat mənfəəti cəminin orta məxrəci götürülərək aşağıdakı düsturla hesablanır:
KTƏR: Əməliyyat riskləri üzrə kapital tələbi
: müsbət illik əməliyyat mənfəəti;
: 3 illik dövr üzrə müsbət əməliyyat mənfəəti əldə edilmiş illərin sayı.
11.2. Əməliyyat mənfəətinin mənfi və ya 0-a (sıfıra) bərabər olduğu il əməliyyat riskləri üzrə kapital tələbinin hesablanması zamanı düsturun surətində həmin il üzrə əməliyyat mənfəəti, məxrəcində isə həmin il nəzərə alınmır.
11.3. Ötən 3 il ərzində hər il əməliyyat mənfəəti mənfi və ya 0 (sıfır) olduğu təqdirdə investisiya şirkətinin əməliyyat riskləri üzrə kapital tələbi 0 (sıfır) kimi müəyyən olunur.
11.4. Əməliyyat mənfəəti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının “30” yanvar 2017-ci il tarixli “Q-01” nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın 2 nömrəli Əlavəsi – “Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat”da qeyd edilən aşağıdakı göstəricilərin cəminə bərabərdir:
11.4.1. əsas əməliyyat gəlirləri;
11.4.2. sair əməliyyat gəlirləri;
11.4.3. satışın maya dəyəri üzrə xərclər (-);
11.4.4. sair əməliyyat xərcləri (-).
12.1. İnvestisiya şirkətinin öz hesabına bağladığı əqdlər üzrə hesablaşma tamamlanmadıqda həmin əqdlər üzrə hesablaşma riski üzrə kapital tələbi müəyyən edilir.
12.2. Ödənişə qarşı çatdırılma prinsipi ilə bağlanan əqdlərin hesablaşma riski üzrə kapital tələbi investisiya şirkəti tərəfindən səhm, istiqraz, törəmə maliyyə alətləri, xarici valyuta və əmtəə ilə aparılan əqdlərdə (repo və əks-repo müqavilələri və qiymətli kağızlar və əmtəələrin borc verilməsi və borc götürülməsi istisna olmaqla) hesablaşmanın vaxtında aparılmaması nəticəsində razılaşdırılmış hesablaşma qiyməti ilə cari bazar qiyməti arasında yaranan fərqin bu Qaydanın 6 saylı Əlavəsinə uyğun olaraq müəyyən edilmiş hesablaşma riski üzrə kapital tələbi faktoruna vurulması ilə hesablanır:
HKTHR: Hesablaşma riski üzrə kapital tələbi;
QF: Razılaşdırılmış hesablaşma qiyməti ilə cari bazar qiyməti arasında yaranan fərq;
H: Hesablaşma riski üzrə kapital tələbi faktoru.
12.3. Ödənişə qarşı çatdırılma prinsipi ilə bağlanmayan əqdlərin hesablaşma riski üzrə kapital tələbi aşağıdakı hallarda hesablanır:
12.3.1. investisiya şirkəti qiymətli kağızlar, törəmə maliyyə alətləri, xarici valyuta və ya əmtəəni qəbul etmədən əvvəl ödəniş etdikdə və ya sözügedən aktivləri ödəniş qəbul etmədən əvvəl çatdırdıqda;
12.3.2. transsərhəd əməliyyatlar üzrə investisiya şirkəti tərəfindən ödəniş və ya çatdırılma həyata keçirildikdən sonra bir və ya bir neçə gün keçdikdə.
12.4. Ödənişə qarşı çatdırılma prinsipi ilə bağlanmayan əqdlərin hesablaşma riski üzrə kapital tələbi aşağıdakı qaydada hesablanır:
12.4.1. əqd üzrə ilk müqavilə mərhələsində ödəniş və ya çatdırılma həyata keçirilməyibsə, kapital tələbi nəzərdə tutulmur;
12.4.2. ikinci müqavilə üzrə ödəniş və ya çatdırılma həyata keçirilmiş, lakin 4 (dörd) iş gününədək qarşı tərəf tərəfindən müvafiq öhdəlik yerinə yetirilməmişdirsə, bu halda əməliyyat kredit riski hesab edilir və bu Qaydaya uyğun olaraq kapital tələbi hesablanır;
12.4.3. ikinci müqavilə üzrə ödəniş və ya çatdırılmadan sonra 5 (beş) iş günündən etibarən qarşı tərəf tərəfindən müvafiq öhdəlik yerinə yetirilməmiş qalırsa, bu müddətdən əqdin bitməsinə qədər olan dövrdə əqdin dəyəri məcmu kapitaldan tutulmalıdır.
13.1. Kontragent riski əqd üzrə hesablaşmanın həyata keçirilməsindən əvvəl kontragentin defolt elan edilməsindən yaranır və kontragent riski üzrə kapital tələbi investisiya şirkətinin ticarət kitabındakı aşağıdakı mövqelər üzrə hesablanır:
13.1.1. törəmə maliyyə alətləri üzrə mövqelər;
13.1.2. repo, əks-repo müqavilələri, habelə qiymətli kağızlar və əmtəələrin kreditə verilməsi və ya borc götürülməsi üzrə mövqelər;
13.1.3. marja ticarəti əqdləri üzrə xalis mövqe;
13.1.4. uzunmüddətli hesablaşma nəzərdə tutulmuş əqdlər üzrə mövqelər.
13.2. Kontragent riski üzrə kapital tələbi kontragent risk əmsalı verilmiş girovdan böyük olduqda fərq kredit risk dərəcəsi üzrə ölçülmüş aktivlərin 8% həddində müəyyən edilərək aşağıdakı düsturla hesablanır:,
R*: Kontragent riski dərəcəsi üzrə ölçülmüş aktivlər;
: Kontragent riskinə məruz qalmış qiymətin volatilliyə uyğunlaşdırılmış məbləği;
: Girovun volatliliyə uyğunlaşdırılmış məbləği;
: kredit risk çəkisi;
KKR: Kontragent riski üzrə kapital tələbi
13.3. Girovun volatilliyə uyğunlaşdırılmış məbləği aşağıdakı qayda ilə hesablanır:
: girov üzrə müəyyən edilmiş volatillik;
: məzənnə fərqi üzrə müəyyən edilmiş volatillik.
13.4. Kontragent riskinə məruz qalmış qiymətin volatilliyə uyğunlaşdırılmış məbləği aşağdakı qayda ilə hesablanır:
: Kontragent riskinə məruz qalmış məbləğ üzrə müəyyən edilmiş volatillik;
R: Kontragent riskinə məruz qalmış məbləğ.
13.5. Törəmə maliyyə alətləri üzrə birjadankənar əqdlər zamanı kontragent riskinə məruz qalmış qiymətin volatilliyə uyğunlaşdırılmış məbləği kontragent riskinə məruz qalmış məbləğə bərabərdir:
14.1. Konsentrasiya riski investisiya şirkətinin öz hesabına əməliyatlarının aparılması üzrə xidmətlərin davamiyyətinə təhlükə yarada bilən, şirkətin məcmu kapitalının əhəmiyyətli hissəsini təşkil edən müəyyən aktiv və öhdəliklərdən yaranan fərdi müştəriyə (və ya müştəri qrupuna) yaxud kontragentə (və ya əlaqəli kontragentə) qarşı risklərdir.
14.2. Konsentrasiya riski aşağıdakılar istisna olmaqla, balans və balansdankənar komponentlərdir:
14.2.1. investisiya şirkətinin məcmu kapitalından tutulmalar;
14.2.2. xarici valyuta ilə əməliyyatlar zamanı 2 (iki) iş günü ərzində hesablaşma ilə bağlı risklər;
14.2.3. qiymətli kağızlarla əqdlərdə ödəniş və ya çatdırılmadan sonra 5 (beş) iş günü ərzində hesablaşma ilə bağlı risklər;
14.2.4. investisiya şirkəti tərəfindən həyata keçirilən anderraytinq zamanı müştəri adına mərkəzi depozitar tərəfindən açılmış pul hesabı.
14.3. İnvestisiya şirkəti fərdi müştəri/kontragentə qarşı konsentrasiya risklərini aşağıda qeyd olunanların cəmini hesablayaraq müəyyən etməlidir:
14.3.1. fərdi müştəri/kontragent tərəfindən emissiya edilən bütün maliyyə alətləri üzrə uzun mövqelərin qısa mövqelərdən çox olan hissəsini (müsbət olduqda);
14.3.2. fərdi müştərinin cəmi debitor borcu ilə bağlı risklər;
14.3.3. anderraytinq məqsədi ilə fərdi müştərinin borc aləti və ya səhmlərinin alışı ilə bağlı xalis riskləri;
14.3.4. əqd və ya müqavilələrdən meydana gələn fərdi müştəriyə qarşı kontragent risklərini;
14.3.5. fərdi müştəriyə/kontragentə qarşı ticarət kitabı üzrə və ticarət kitabından kənar risklərin cəmini.
14.4. Müştəri qrupuna və əlaqəli kontragentlərə qarşı olan kapital tələbi həmin fərdi şəxslərə olan kapital tələblərinin cəmlənməsi yolu ilə hesablanır.
14.5. İnvestisiya şirkətləri ayrı-ayrı müştəriyə və ya müştəri qrupuna/kontragent və ya əlaqəli kontragentə qarşı olan kapital tələbi birinci dərəcəli kapitalının 10%-ni keçdiyi hallarda aşağıdakı məlumatları Mərkəzi Banka təqdim etməlidirlər:
14.5.1. Unikal müştəri kodu və ya müştəri qrupunun tərkibini təşkil edən şəxslərin siyahısı;
14.5.2. tətbiq olunduğu halda, kredit riskinin azaldılması tədbirləri nəzərə alınmadan əvvəlki risk dərəcəsinin dəyəri;
14.5.3. əgər istifadə olunubsa, maliyyələşdirilən və ya maliyyələşdirilməyən kredit təminatının növü;
14.5.4. tətbiq olunduğu halda, kredit riskinin azaldılması tədbirləri nəzərə alındıqdan sonra risk dərəcəsinin dəyəri.
14.6. İnvestisiya şirkəti fərdi müştəriləri yeni müştəri kimi qeydiyyatdan keçirdikdə onun digər müştərilərlə eyni qrupa aid olub-olmamasını müəyyən etməlidir.
14.7. Fərdi müştərilərə və ya müştəri qrupuna/kontragent və ya əlaqəli kontragentə qarşı olan cəmi kapital tələbi ticarət kitabı və ticarət kitabından kənar olan kapital tələblərinin cəmlənməsi yolu ilə hesablanır.
14.8. İnvestisiya şirkətinin fərdi müştəriyə və ya müştəri qrupuna/kontragent və ya əlaqəli kontragentə (maliyyə institutları istisna olmaqla) qarşı olan konsentrasiya riskinin limiti onun məcmu kapitalının 25%-dən çox olduqda bu Qaydanın 14.11-ci bəndinə uyğun olaraq kapital tələbi hesablanır.
14.9. İnvestisiya şirkətinin maliyyə institutlarına dair konsentrasiya risk limiti onun məcmu kapitalının 100%-dən çox ola bilməz.
14.10. Aşağıda göstərilən qruplara daxil olan mövqelər konsentrasiya riskinin hesablanmasından istisna olunur:
14.10.1. Azərbaycan Respublikasının dövlət qiymətli kağızları və Mərkəzi Bank tərəfindən buraxılmış qiymətli kağızlar;
14.10.2. Azərbaycan Respublikası hökuməti tərəfindən zəmanət verilmiş istiqrazlar;
14.10.3. Mərkəzi Bank tərəfindən zəmanət verilmiş istiqrazlar;
14.10.4. Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar tərəfindən buraxılmış qiymətli kağızlar;
14.10.5. bu Qaydaya əsasən 0% kredit riski çəkisinə malik olan xarici ölkələrin qiymətli kağızları, həmin ölkələrin mərkəzi bankları tərəfindən buraxılmış qiymətli kağızlar və ya bu mərkəzi banklar tərəfindən zəmanət verilmiş öhdəliklər.
14.11. İnvestisiya şirkəti ticarət kitabındakı konsentrasiya risk limitini keçən əməliyyatları üzrə kapital tələbini sözügedən riskin spesifik risk və tələb olunduqda hesablaşma və kontragent riskləri üzrə kapital tələbinə əsasən hesablamalıdır.
14.12. Limitdən artıq risk 10 (on) iş günü və ya daha az davam etdikdə, konsentrasiya riski üzrə əlavə kapital tələbi spesifik risklər və ya kontragent riskləri üzrə kapital tələbinin 200%-i həcmində müəyyən olunur.
14.13. Limitdən artıq risk 10 (on) iş günündən çox davam etdikdə, investisiya şirkəti konsentrasiya riski üzrə əlavə kapital tələbini sözügedən əqdlər üzrə spesifik risk və ya kontragent riski üzrə kapital tələbinin cəmi bu Qaydanın 7 saylı Əlavəsinə uyğun olaraq hesablanır.
14.14. İnvestisiya şirkəti konsentrasiya riskinin məcmu kapitalın 25% həddini keçdiyi andan etibarən ən geci 2 (iki) iş günü ərzində Mərkəzi Banka yazılı bildiriş göndərir. Bu bildirişdə aşağıdakılar əks olunur:
14.14.1. limiti keçmənin səbəbləri və buna səbəb olan mövqelər barədə məlumatlar;
14.14.2. riskin azaldılması üçün nəzərdə tutulan tədbirlər barədə məlumatlar.
15.1. K-faktor riskləri üzrə kapital tələbinin hesablanmasında aşağıdakı komponentlər cəmlənir:
15.1.1. müştəri risk faktorları üzrə kapital tələbi;
15.1.2. bazar risk faktorları üzrə kapital tələbi;
15.1.3. investisiya şirkəti risk faktorları üzrə kapital tələbi.
15.2. Müştəri risk faktorları üzrə kapital tələbi aşağıdakı düstura uyğun olaraq hesablanır:
K-AUM: İdarə olunan aktivlər üzrə k-faktor kapital tələbi;
K-ASA: Saxlanılan və idarə olunan aktivlər üzrə k-faktor kapital tələbi;
K-CMH: Saxlanılan müştəri pul vəsaitləri üzrə k-faktor kapital tələbi;
K-COH: İcra edilmiş müştəri sifarişləri üzrə k-faktor kapital tələbi.
15.3. Bazar risk faktorları üzrə kapital tələbi bu Qaydanın 10-cu hissəsinə uyğun olaraq hesablanır.
15.4. İnvestisiya şirkəti risk faktorları üzrə kapital tələbi aşağıdakı düstura uyğun olaraq hesablanır:
K-DTF: Gündəlik ticarət həcmi üzrə k-faktor kapital tələbi;
K-TCD: Kontragentin defolt riski üzrə k-faktor kapital tələbi;
K-CON: Konsentrasiya riski üzrə k-faktor kapital tələbi.
15.5. Konsentrasiya riski üzrə k-faktor kapital tələbi (K-CON) bu Qaydanın 14-cü hissəsinə uyğun olaraq hesablanır.
16.1. İdarə olunan aktivlər (AUM) üzrə k-faktor kapital tələbi aşağıdakı qaydada hesablanır:
16.1.1. son 15 (on beş) ay üzrə hər ayın son günündə idarə olunan aktivlərin bazar dəyəri ilə hesablanmış cəmi məbləğləri müəyyən edilir;
16.1.2. bu Qaydanın 16.1.1-ci yarımbəndində hesablanmış məbləğlər müvafiq ayların son günündə gün sonuna olan məzənnə ilə investisiya şirkətinin əsas fəaliyyət valyutasına konvertasiya olunur və son 3 (üç) ay istisna edilməklə bu məbləğlərin ədədi ortası hesablanır;
16.1.3. idarə olunan aktivlər üzrə k-faktor kapital tələbi bu Qaydanın 16.1.2-ci yarımbəndində hesablanmış məbləğin bu Qaydanın 8 saylı Əlavəsində qeyd olunan müvafiq əmsal ilə hasili olaraq hesablanır.
17.1. Saxlanılan müştəri vəsaitləri (CMH) üzrə k-faktor kapital tələbi aşağıdakı qaydada hesablanır:
17.1.1. son 9 ay üzrə hər günün sonunda investisiya şirkətinin hesabında saxlanan müştəri vəsaitlərinin cəmi məbləğləri müəyyən edilir;
17.1.2. bu Qaydanın 17.1.1-ci yarımbəndində hesablanmış məbləğlər müvafiq ayların son günündə gün sonuna olan məzənnə ilə investisiya şirkətinin əsas fəaliyyət valyutasına konvertasiya olunur və son 3 ay istisna edilməklə bu məbləğlərin ədədi ortası hesablanır;
17.1.3. saxlanılan müştəri vəsaitləri üzrə k-faktor kapital tələbi bu Qaydanın 17.1.2-ci yarımbəndində hesablanmış məbləğin bu Qaydanın 8 saylı Əlavəsində qeyd olunan müvafiq əmsal ilə hasili olaraq hesablanır.
18.1. Saxlanılan və idarə olunan aktivlər (ASA) üzrə k-faktor kapital tələbi aşağıdakı qaydada hesablanır:
18.1.1. son 9 ay üzrə hər günün sonunda investisiya şirkətinin saxladığı və idarə etdiyi aktivlərin bazar dəyəri ilə hesablanmış cəmi məbləği müəyyən edilir;
18.1.2. bu Qaydanın 18.1.1-ci yarımbəndində hesablanmış məbləğlər müvafiq ayların son günündə gün sonuna olan məzənnə ilə investisiya şirkətinin əsas fəaliyyət valyutasına konvertasiya olunur və son 3 (üç) ay istisna edilməklə bu məbləğlərin ədədi ortası hesablanır;
18.1.3. saxlanılan və idarə olunan aktivlər üzrə k-faktor kapital tələbi bu Qaydanın 18.1.2-ci yarımbəndində hesablanmış məbləğin bu Qaydanın 8 saylı Əlavəsində qeyd olunan müvafiq əmsal ilə hasili olaraq hesablanır.
19.1. İcra edilmiş müştəri sifarişləri (COH) üzrə k-faktor kapital tələbi aşağıdakı qaydada hesablanır:
19.1.1. son 6 ay üzrə hər günün sonunda investisiya şirkətinin icra edilmiş müştəri sifarişlərinin cəmi məbləği müəyyən edilir;
19.1.2. bu Qaydanın 19.1.1-ci yarımbəndində hesablanmış məbləğlər müvafiq ayların son günündə gün sonuna olan məzənnə ilə investisiya şirkətinin əsas fəaliyyət valyutasına konvertasiya olunur və son 3 (üç) ay istisna edilməklə bu məbləğlərin ədədi ortası hesablanır;
19.1.3. icra edilmiş müştəri sifarişləri üzrə k-faktor kapital tələbi bu Qaydanın 19.1.2-ci yarımbəndində hesablanmış məbləğin bu Qaydanın 8 saylı Əlavəsində qeyd olunan müvafiq əmsal ilə hasili olaraq hesablanır;
19.1.4. müştəri sifarişlərinin həcmi nağd və törəmə maliyyə alətləri əməliyyatları üzrə alış və satış əqdlərinin modul qiyməti şəkildə aşağıdakı kimi hesablanır:
19.1.4.1. qiymətli kağızlar ilə bağlanan əqdlər üzrə hər əqddən əldə edilmiş və ya həmin əqd üçün ödənilmiş məbləğdə;
19.1.4.2. törəmə maliyyə alətləri üzrə bağlanan əqdlərin ümumi məbləği.
19.1.5. İdarə edilən aktivlər (AUM) çərçivəsində icra edilmiş sifarişlər icra edilmiş müştəri sifarişləri (COH) üzrə k-faktor kapital tələbinin hesablanmasında nəzərə alınmır.
20.1. Kontragent defolt riski (TCD) üzrə k-faktor kapital tələbi investisiya şirkətinin öz hesabına əməliyyatlar aparması çərçivəsində aşağıda qeyd olunan əməliyyatlara tətbiq edilir:
20.1.1. törəmə maliyyə aləti üzrə əməliyyatlar;
20.1.2. uzunmüddətli hesablaşma əməliyyatları;
20.1.3. repo əməliyyatları;
20.1.4. qiymətli kağızların və ya əmtəələrin kredit və ya borc alınması əməliyyatları;
20.1.5. marja ticarəti üzrə əməliyyatlar.
20.2. TCD üzrə k-faktor kapital tələbi aşağıdakı düstura əsasən hesablanır:
EV = investisiya şirkətinin açıq mövqeyi;
KR = Kontragent üzrə risk çəkisi (Əlavə 9);
CVA əmsalı = 20.7-ci bənddə qeyd olunan meyara uyğun 1 və ya 1.5.
20.3. Açıq mövqe üzrə dəyər aşağıdakı düsturla müəyyən edilir:
RC = əvəzləşdirmə xərci (20.4-cü bənd);
PFE = potensial gələcək mövqe (20.5-ci bənd);
C = girov dəyəri (20.6-cı bənd)
20.4. Əvəzləşmə xərci aşağıda qeyd olunduğu kimi müəyyən edilir:
20.4.1. törəmə maliyyə alətləri üçün RC, törəmə maliyyə alətinin cari bazar dəyəri kimi müəyyən edilir;
20.4.2. uzunmüddətli əməliyyatlar üçün RC, hesablaşma zamanı investisiya şirkəti tərəfindən ödənilməli və ya qəbul edilməli olan nağd hesablaşma məbləği kimi müəyyən edilir (alınacaqlar müsbət məbləğ, ödəniləcəklər isə mənfi məbləğ kimi nəzərə alınır);
20.4.3. repo və qiymətli kağızların kredit və ya borc alınması əməliyyatları üçün RC, borc verilmiş/borclanmış pul vəsaitlərinin məbləği kimi müəyyən edilir (borc verilmiş müsbət, borclanmış isə mənfi kimi qəbul edilir);
20.4.4. marja ticarəti əməliyyatları üçün RC aktivlərin balans dəyərinə əsasən müəyyən edilir.
20.5. Yalnız törəmə maliyyə alətləri üçün hesablanan PFE hər bir törəmə maliyyə aləti mövqeyi üçün ümumi məbləğ ilə bu Qaydanın 10 saylı Əlavəsində qeyd olunan müvafiq nəzarət faktorunun hasili kimi hesablanır.
20.6. Girovun dəyəri bu Qaydanın 11 saylı Əlavəsində qeyd olunan müvafiq əmsal ilə girov dəyərinin hasili kimi müəyyən edilir.
20.7. Aşağıda qeyd olunan hallarda CVA əmsalı 1, digər hallarda isə 1.5 təyin edilir:
20.7.1. qeyri-maliyyə institutu kontragentləri ilə bağlanmış əqdlər;
20.7.2. investisiya şirkətinə aidiyyəti olan şəxslər ilə bağlanmış əqdlər;
20.7.3. uzunmüddətli hesablaşma əməliyyatları;
20.7.4. investisiya şirkətinin investorlara əqdlərin bağlanması üçün kredit və ya digər formada borc verilməsi və marja ticarəti mövqeləri üçün.
21.1. Gündəlik ticarət həcmi (DTF) üzrə k-faktor kapital tələbi investisiya şirkətinin öz hesabına əməliyyatlar aparması çərçivəsində aşağıdakı qaydada hesablanır:
21.1.1. son 9 (doqquz) ay üzrə hər günün sonunda investisiya şirkətinin icra etdiyi ticarət həcminin cəmi məbləği müəyyən edilir və son 3 (üç) ay istisna edilməklə günlük orta məbləğ hesablanır;
21.1.2. bu Qaydanın 21.1.1-ci yarımbəndində hesablanmış məbləğlər müvafiq ayların son günündə gün sonuna olan məzənnə ilə investisiya şirkətinin əsas fəaliyyət valyutasına konvertasiya olunur və son 3 (üç) ay istisna edilməklə bu məbləğlərin ədədi ortası hesablanır;
21.1.3. gündəlik ticarət həcmi üzrə k-faktor kapital tələbi bu Qaydanın 21.1.2-ci yarımbəndində hesablanmış məbləğin bu Qaydanın 8 saylı Əlavəsində qeyd olunan müvafiq əmsalı ilə hasili olaraq hesablanır;
21.1.4. gündəlik ticarət həcmi nağd və törəmə maliyyə alətləri əməliyyatları üzrə alış və satış əqdlərinin məbləğinin modul dəyərlərinin cəmi şəklində aşağıda qeyd olunan qaydada hesablanır:
21.1.4.1. nağd əməliyyatlar üzrə hər ticarətdən əldə edilmiş və ya ödənilmiş məbləğ;
21.1.4.2. törəmə maliyyə alətləri ilə əməliyyatlar zamanı əqdin ümumi məbləği.
21.2. Hesablanma zamanı investisiya şirkəti hesabından (özü, yaxud müştərisi üçün) icra edilmiş əməliyyatlar nəzərə alınır.
22.1. İnvestisiya şirkəti bu Qaydanın 22.2-ci bəndində qeyd edilən leverec əmsalının ən azı 3% səviyyəsində saxlanılmasını təmin etməlidir.
22.2. Leverec əmsalı aşağıdakı düsturla hesablanır:
T₁: I dərəcəli kapital
TT₁: I dərəcəli kapitaldan tutulmalar
23.1. İnvestisiya şirkəti əvvəlki il üzrə audit olunmuş maliyyə hesabatları əsasında hesablanmış əməliyyat və inzibati xərclərinin ən azı üçdə birinə ekvivalent olan həcmdə likvid aktivlərə malik olmalıdır.
23.2. Aşağıdakı aktiv növləri likvid hesab olunur:
23.2.1. investisiya şirkətinin kassalarında, nümayəndəlik və filiallarında, habelə yerli və xarici banklarda və digər maliyyə təşkilatlarında saxlanılan pul vəsaitləri;
23.2.2. Azərbaycan Respublikasının buraxdığı dövlət istiqrazları, Mərkəzi Bank tərəfindən buraxılmış qiymətli kağızlar;
23.2.3. beynəlxalq reytinq agentliklərinin minimum ölkə reytinqi "AA-" (və ya ekvivalent reytinq) olan ölkələrin hökumətləri və ya mərkəzi bankları tərəfindən buraxılmış qiymətli kağızlar;
23.2.4. təminatlı qiymətli kağızlar;
23.2.5. beynəlxalq reytinq agentliklərindən "AAA" (və ya ekvivalent reytinq) kredit reytinqinə malik çoxtərəfli inkişaf bankları tərəfindən buraxılmış qiymətli kağızlar;
23.2.6. beynəlxalq reytinq agentliklərindən minimum kredit reytinqi "AA-" (və ya ekvivalent reytinq) olan qeyri-maliyyə təşkilatlarının korporativ borc qiymətli kağızları;
23.2.7. qeyri-maliyyə təşkilatlarının dövlət zəmanəti ilə təmin edilən və ya Mərkəzi Bank tərəfindən pul siyasətinin həyata keçirilməsi üçün tətbiq edilən alətlər üzrə təminat kimi qəbul edilən qiymətli kağızlarla qeyd-şərtsiz təmin olunmuş borc qiymətli kağızları;
23.2.8. minimum investisiya dərəcəsi reytinqinə malik qeyri-maliyyə təşkilatlarının korporativ borc qiymətli kağızları.
23.3. Likvid aktivlərin hesablanması zamanı aktivlərin hesabat tarixinə bazar dəyəri nəzərə alınır.
24.1. İnvestisiya şirkətləri bu Qayda qüvvəyə mindiyi tarixdən etibarən 3 (üç) ay ərzində bu Qaydanın 8-ci hissəsinə uyğun olaraq davamlı kapital tələbini müəyyən etməlidir.
24.2. İnvestisiya şirkəti hər təqvim ilinin ilk ayında bu Qaydanın 8-ci hissəsinə uyğun qiymətləndirmə apararaq öz kateqoriyasını müəyyən etməli, müəyyən edilmiş kateqoriya barədə dərhal Mərkəzi Bankı məlumatlandırmalı və bu Qaydanın 24.3-cü bəndinin tələbləri nəzərə alınmaqla təqvim ilinin ilk rübü ərzində həmin kateqoriyanın tələblərinə tam uyğunluğun təmin edilməsini yekunlaşdırmalıdır.
24.3. Bu Qaydanın 8-ci hissəsinə müvafiq olaraq müəyyən kateqoriyaya aid edilmiş investisiya şirkətinin bu Qaydanın 24.2-ci bəndinin tələbinə uyğun olaraq növbəti qiymətləndirməni aparması zamanı digər kateqoriyaya aid olması müəyyən edildikdə, yeni kateqoriyaya keçidi nəticəsində investisiya şirkətinin cəmi kapital tələbində ilk dəfə azalma baş verərsə, investisiya şirkətinin kateqoriyasının dəyişdirilməsinə yol verilmir. Bir sonrakı təqvim ili üzrə qiymətləndirmə nəticəsi əvvəlki ildəki ilə eynidirsə, cəmi kapital tələbinin azalmasından asılı olmayaraq investisiya şirkəti yeni kateqoriyaya aid edilir və bu zaman təqvim ilinin ilk rübü ərzində həmin kateqoriyanın tələblərinə tam uyğunluğunu təmin etməlidir.
Qalıq ödəniş müddəti (ay)
Borc alətləri üzrə risk əmsalı (%)
Mərkəzi hökumətlər, mərkəzi banklar və ictimai sektorun təşkilatları
Kredit təşkilatları və investisiya şirkətləri
Əmtəə/emissiya müavinəti
Mərkəzi hökumətlər və ya mərkəzi banklar tərəfindən buraxılan borc qiymətli kağızları
Digər təşkilatlar tərəfindən buraxılmış borc qiymətli kağızları
Sekyuritizasiya mövqeləri
Səhmlər və konvertasiya edilə bilən qiymətli kağızlar
Digər qiymətli kağızlar və əmtəə