80.1. İnzibati şikayətə baxdıqdan sonra şikayət instansiyası:
80.1.1. inzibati aktı dəyişdirmədən, inzibati şikayəti isə təmin etmədən saxlayır və ya;
80.1.2. inzibati aktı tamamilə və ya qismən ləğv edir və işdə olan və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni inzibati akt qəbul edir və ya;
80.1.3. inzibati aktı dəyişdirir;
80.1.4. inzibati şikayət bu Qanunun 71.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən verilibsə, həmin şikayət üzrə aparılmış araşdırmanın nəticəsinə dair qərar qəbul edir.
80.2. Şikayət instansiyası tərəfindən inzibati şikayət üzrə qəbul edilmiş qərar inzibati akt sayılır və inzibati aktlara dair bu Qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.